Kur'an-ı Kerim meal tercümesi - Azerice Tercüme - Alihan Musayev

əl-Mutaffifin

external-link copy
1 : 83

وَيۡلٞ لِّلۡمُطَفِّفِينَ

Çəkidə və ölçüdə aldadanların vay halına! info
التفاسير:

external-link copy
2 : 83

ٱلَّذِينَ إِذَا ٱكۡتَالُواْ عَلَى ٱلنَّاسِ يَسۡتَوۡفُونَ

O kəslər ki, insanlardan (bir şey) alıb ölçdükləri zaman (onu) tam ölçərlər. info
التفاسير:

external-link copy
3 : 83

وَإِذَا كَالُوهُمۡ أَو وَّزَنُوهُمۡ يُخۡسِرُونَ

Onlar üçün bir şey ölçdükləri və ya çəkdikləri zaman (onu) əskildərlər. info
التفاسير:

external-link copy
4 : 83

أَلَا يَظُنُّ أُوْلَٰٓئِكَ أَنَّهُم مَّبۡعُوثُونَ

Məgər onlar (öldükdən sonra) diriləcəklərini zənn etmirlərmi?! info
التفاسير:

external-link copy
5 : 83

لِيَوۡمٍ عَظِيمٖ

(Özü də) əzəmətli bir gündə. info
التفاسير:

external-link copy
6 : 83

يَوۡمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلۡعَٰلَمِينَ

O gün insanlar aləmlərin Rəbbi üçün (qəbirlərindən) qalxacaqlar! info
التفاسير:

external-link copy
7 : 83

كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡفُجَّارِ لَفِي سِجِّينٖ

Xeyr! Günahkarların kitabı Siccindədir. info
التفاسير:

external-link copy
8 : 83

وَمَآ أَدۡرَىٰكَ مَا سِجِّينٞ

Sən nə biləsən ki, Siccin nədir?! info
التفاسير:

external-link copy
9 : 83

كِتَٰبٞ مَّرۡقُومٞ

O, yazılı bir kitabdır! info
التفاسير:

external-link copy
10 : 83

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

O gün (Qiyaməti) yalan sayanların vay halına! info
التفاسير:

external-link copy
11 : 83

ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوۡمِ ٱلدِّينِ

O kəslər ki, Din gününü yalan sayarlar. info
التفاسير:

external-link copy
12 : 83

وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعۡتَدٍ أَثِيمٍ

Bunu həddi aşan günahkardan başqa heç kəs yalan saymaz. info
التفاسير:

external-link copy
13 : 83

إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ

Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əfsanələridir!”– deyər. info
التفاسير:

external-link copy
14 : 83

كَلَّاۖ بَلۡۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُواْ يَكۡسِبُونَ

Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür. info
التفاسير:

external-link copy
15 : 83

كَلَّآ إِنَّهُمۡ عَن رَّبِّهِمۡ يَوۡمَئِذٖ لَّمَحۡجُوبُونَ

Xeyr, o gün onlarla Rəbbi arasına pərdə çəkiləcəkdir! info
التفاسير:

external-link copy
16 : 83

ثُمَّ إِنَّهُمۡ لَصَالُواْ ٱلۡجَحِيمِ

Sonra onlar Cəhənnəmə girəcəklər. info
التفاسير:

external-link copy
17 : 83

ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ

Sonra onlara: “Budur sizin yalan saydığınız (Cəhənnəm)!”– deyiləcəkdir. info
التفاسير:

external-link copy
18 : 83

كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡأَبۡرَارِ لَفِي عِلِّيِّينَ

Xeyr! Yaxşıların kitabı İlliyyundadır! info
التفاسير:

external-link copy
19 : 83

وَمَآ أَدۡرَىٰكَ مَا عِلِّيُّونَ

Sən nə biləsən ki, İlliyyun nədir?! info
التفاسير:

external-link copy
20 : 83

كِتَٰبٞ مَّرۡقُومٞ

O, yazılı bir kitabdır! info
التفاسير:

external-link copy
21 : 83

يَشۡهَدُهُ ٱلۡمُقَرَّبُونَ

Ona, Allaha yaxın olanlar (mələklər) şahid olar. info
التفاسير:

external-link copy
22 : 83

إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٍ

Həqiqətən, yaxşılar nemət içində olacaqlar. info
التفاسير:

external-link copy
23 : 83

عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ

Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar. info
التفاسير:

external-link copy
24 : 83

تَعۡرِفُ فِي وُجُوهِهِمۡ نَضۡرَةَ ٱلنَّعِيمِ

Sən onların üzündə nemətlərin sevincini görəcəksən. info
التفاسير:

external-link copy
25 : 83

يُسۡقَوۡنَ مِن رَّحِيقٖ مَّخۡتُومٍ

Onlara möhürlü (əl dəyməmiş) şərabdan içirdiləcəkdir. info
التفاسير:

external-link copy
26 : 83

خِتَٰمُهُۥ مِسۡكٞۚ وَفِي ذَٰلِكَ فَلۡيَتَنَافَسِ ٱلۡمُتَنَٰفِسُونَ

Onun sonu müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar! info
التفاسير:

external-link copy
27 : 83

وَمِزَاجُهُۥ مِن تَسۡنِيمٍ

Onun qatışığı təsnimdəndir (təsnim bulağındandır). info
التفاسير:

external-link copy
28 : 83

عَيۡنٗا يَشۡرَبُ بِهَا ٱلۡمُقَرَّبُونَ

O elə bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər. info
التفاسير:

external-link copy
29 : 83

إِنَّ ٱلَّذِينَ أَجۡرَمُواْ كَانُواْ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ يَضۡحَكُونَ

Günahkarlar (dünyada) iman gətirənlərə gülürdülər. info
التفاسير:

external-link copy
30 : 83

وَإِذَا مَرُّواْ بِهِمۡ يَتَغَامَزُونَ

Onların (möminlərin) yanından keçdikdə bir-birinə qaş-göz edirdilər. info
التفاسير:

external-link copy
31 : 83

وَإِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمُ ٱنقَلَبُواْ فَكِهِينَ

Ailələrinin yanına qayıtdıqda (möminlərə istehza etdikləri üçün) fərəhlə qayıdırdılar. info
التفاسير:

external-link copy
32 : 83

وَإِذَا رَأَوۡهُمۡ قَالُوٓاْ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ

Onları (möminləri) gördükdə isə: “Bunlar azmışlardır!”– deyirdilər. info
التفاسير:

external-link copy
33 : 83

وَمَآ أُرۡسِلُواْ عَلَيۡهِمۡ حَٰفِظِينَ

Halbuki onlar möminlərə gözətçi göndərilməmişdilər. info
التفاسير:

external-link copy
34 : 83

فَٱلۡيَوۡمَ ٱلَّذِينَ ءَامَنُواْ مِنَ ٱلۡكُفَّارِ يَضۡحَكُونَ

Bu gün (Qiyamət günü) isə iman gətirənlər kafirlərə güləcəklər. info
التفاسير:

external-link copy
35 : 83

عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ

Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar. info
التفاسير:

external-link copy
36 : 83

هَلۡ ثُوِّبَ ٱلۡكُفَّارُ مَا كَانُواْ يَفۡعَلُونَ

Kafirlər etdikləri əməllərin cəzasını aldılarmı?! info
التفاسير: