Kur'an-ı Kerim meal tercümesi - Azerice Tercüme - Alihan Musayev

Sayfa numarası:close

external-link copy
15 : 16

وَأَلۡقَىٰ فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِكُمۡ وَأَنۡهَٰرٗا وَسُبُلٗا لَّعَلَّكُمۡ تَهۡتَدُونَ

(Allah,) yer sizi yırğalamasın deyə, onun üstündə möhkəm dağlar, habelə, düzgün istiqamət götürəsiniz deyə, çaylar və yollar yaratdı. info
التفاسير:

external-link copy
16 : 16

وَعَلَٰمَٰتٖۚ وَبِٱلنَّجۡمِ هُمۡ يَهۡتَدُونَ

(Yollarda) əlamətlər də (yaratdı. İnsanlar getdikləri) istiqaməti ulduzlar vasitəsilə də müəyyənləşdirərlər. info
التفاسير:

external-link copy
17 : 16

أَفَمَن يَخۡلُقُ كَمَن لَّا يَخۡلُقُۚ أَفَلَا تَذَكَّرُونَ

Heç yaradan (Allah), yarada bilməyənə (məxluqa) bənzəyərmi?! Məgər düşünmürsünüz? info
التفاسير:

external-link copy
18 : 16

وَإِن تَعُدُّواْ نِعۡمَةَ ٱللَّهِ لَا تُحۡصُوهَآۗ إِنَّ ٱللَّهَ لَغَفُورٞ رَّحِيمٞ

Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. info
التفاسير:

external-link copy
19 : 16

وَٱللَّهُ يَعۡلَمُ مَا تُسِرُّونَ وَمَا تُعۡلِنُونَ

Allah sizin gizli saxladıqlarınızı da, aşkara çıxartdıqlarınızı da bilir. info
التفاسير:

external-link copy
20 : 16

وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ

(Müşriklərin) Allahdan başqa tapındıqları (bütlər) heç bir şey yarada bilməzlər. (Əksinə,) onlar özləri yaradılmışlar. info
التفاسير:

external-link copy
21 : 16

أَمۡوَٰتٌ غَيۡرُ أَحۡيَآءٖۖ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ

(Onlar) ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər. info
التفاسير:

external-link copy
22 : 16

إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۚ فَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٞ وَهُم مُّسۡتَكۡبِرُونَ

Sizin məbudunuz Tək olan İlahdır. Axirətə inanmayanların qəlbləri (isə haqqı) inkar edir. Özləri də təkəbbürlüdürlər. info
التفاسير:

external-link copy
23 : 16

لَا جَرَمَ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُسۡتَكۡبِرِينَ

Şübhəsiz ki, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. O, təkəbbürlük edənləri sevməz. info
التفاسير:

external-link copy
24 : 16

وَإِذَا قِيلَ لَهُم مَّاذَآ أَنزَلَ رَبُّكُمۡ قَالُوٓاْ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ

(Kafirlərdən:) “Rəbbiniz (peyğəmbərinə) nə nazil etmişdir?”– deyə soruşduqda, onlar: “Keçmişdəkilərin nağıllarını!”– deyə cavab verdilər. info
التفاسير:

external-link copy
25 : 16

لِيَحۡمِلُوٓاْ أَوۡزَارَهُمۡ كَامِلَةٗ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَمِنۡ أَوۡزَارِ ٱلَّذِينَ يُضِلُّونَهُم بِغَيۡرِ عِلۡمٍۗ أَلَا سَآءَ مَا يَزِرُونَ

Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və cahillikləri üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları (yük) necə də pisdir! info
التفاسير:

external-link copy
26 : 16

قَدۡ مَكَرَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَأَتَى ٱللَّهُ بُنۡيَٰنَهُم مِّنَ ٱلۡقَوَاعِدِ فَخَرَّ عَلَيۡهِمُ ٱلسَّقۡفُ مِن فَوۡقِهِمۡ وَأَتَىٰهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ

Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi. info
التفاسير: