Kur'an-ı Kerim meal tercümesi - Muhtasar Kur'an-ı Kerim Tefsiri Azerice Tercümesi

external-link copy
18 : 40

وَأَنذِرۡهُمۡ يَوۡمَ ٱلۡأٓزِفَةِ إِذِ ٱلۡقُلُوبُ لَدَى ٱلۡحَنَاجِرِ كَٰظِمِينَۚ مَا لِلظَّٰلِمِينَ مِنۡ حَمِيمٖ وَلَا شَفِيعٖ يُطَاعُ

Ey Peyğəmbər, onları ya­xınlaşan qiyamət günü ilə qorxut. O gün mütləq gələcəkdir. Hər gələn şey yaxındır. O gün ürəklər onun qorxusundan qalxıb öz sahiblərinin xirtdəyinə çata­caq. Həmin vaxt onlar səssiz duracaq və Mərhəmətli Allahın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq. Allaha şərik qoşmaq və asilik etməklə özlərinə zülm etmiş kimsələrin o gün nə bir ya­xın dostu, nə də şəfaətçilik etmək vaxtı gəldikdə, sözü keçən bir şəfaətçisi olar. info
التفاسير:
Bu sayfadaki ayetlerin faydaları:
• التذكير بيوم القيامة من أعظم الروادع عن المعاصي.
Qiyamət gününü xatırlatmaq, asiliklərdən çəkindirən ən böyük amillərdən biridir. info

• إحاطة علم الله بأعمال عباده؛ خَفِيَّة كانت أم ظاهرة.
Allahın elminin Öz qullarının əməllərini, - istər gizli olsun, istərsə də aşkar, - ehtiva etməsi. info

• الأمر بالسير في الأرض للاتعاظ بحال المشركين الذين أهلكوا.
Həlak olmuş müşriklərin başına gələnlərdən ibrət almaq üçün yer üzündə gəzib dolaşmaq əmr edilmişdir. info