Kur'an-ı Kerim meal tercümesi - Muhtasar Kur'an-ı Kerim Tefsiri Azerice Tercümesi

Sayfa numarası:close

external-link copy
34 : 4

ٱلرِّجَالُ قَوَّٰمُونَ عَلَى ٱلنِّسَآءِ بِمَا فَضَّلَ ٱللَّهُ بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖ وَبِمَآ أَنفَقُواْ مِنۡ أَمۡوَٰلِهِمۡۚ فَٱلصَّٰلِحَٰتُ قَٰنِتَٰتٌ حَٰفِظَٰتٞ لِّلۡغَيۡبِ بِمَا حَفِظَ ٱللَّهُۚ وَٱلَّٰتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَٱهۡجُرُوهُنَّ فِي ٱلۡمَضَاجِعِ وَٱضۡرِبُوهُنَّۖ فَإِنۡ أَطَعۡنَكُمۡ فَلَا تَبۡغُواْ عَلَيۡهِنَّ سَبِيلًاۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيّٗا كَبِيرٗا

Kişilər qadınlara hamilik edib, onlarnı ehtiyaclarını ödəyirlər. Bu, Allahın kişiləri qadınlardan üstün etməsi, kişilərə qadınlar üçün öz mallarından xərcləməyin vacib olması və kişilərin qadınlara himayəçilik etməsi səbəbindəndir. Əməlisaleh qa­dın­lar həm Rəbbinə həm də ərlərinə itaət edərlər və ərləri onlardan uzaqda olduqda onların qo­run­ması la­zım gələn şeyləri Allahın hi­mayə­si sa­­yəsində qo­­­ruyanlardır. Ey kişilər! Sözdə və əməldə ərlərinə asilik etmələ­rindən qorx­du­ğunuz qa­dın­la­ra Allahı xatırlataraq, Ondan qorxmağı nəsihət edin. Bunun fay­dası olmadığı təqdirdə, onlarla əlaqədə olmağı tərk edərək arxanızı onlara təfəf çevirib onlardan yatağınızı ayırın, bu da fayda ver­məzsə, onları yüngülvari vurun! Əgər sizə itaət etsələr, on­lara zülm edib, əziyyət verərək başqa yollara əl atmayın. Həqiqətən, Allah hər bir şeydən ucadır, O, zatında və sifətlərində bö­yükdür. Elə isə siz Ondan qorxun. info
التفاسير:

external-link copy
35 : 4

وَإِنۡ خِفۡتُمۡ شِقَاقَ بَيۡنِهِمَا فَٱبۡعَثُواْ حَكَمٗا مِّنۡ أَهۡلِهِۦ وَحَكَمٗا مِّنۡ أَهۡلِهَآ إِن يُرِيدَآ إِصۡلَٰحٗا يُوَفِّقِ ٱللَّهُ بَيۡنَهُمَآۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا خَبِيرٗا

Ey ər-arvadın yaxınları! Əgər ər-arvad arasında olan ix­tilafın düşmənçiliyə və bir-birinə arxa çevirməyə gətirib çıxaracağından qorxsanız, bu zaman onların arasını ya ayırmaq, ya da ki barışdırmaqın hansının daha xeyirli olduğunu hökm vermək üçün, ki­şinin ailə­sin­dən adil bir hakim və qadının ailəsindən adil bir hakim gön­­dərin. Əgər hakimlər gözəl bir tərzdə, ər-arvadın arasını islah etmək istəsələr, Allah da onların arasını ba­rış­dı­rar və ixtilafı onlardan qaldırar. Həqiqətən, Allaha, qullarından heç bir şey gizli qalmaz və O, insanların qəblərində gizli saxladıqları incəlikləri biləndir. info
التفاسير:

external-link copy
36 : 4

۞ وَٱعۡبُدُواْ ٱللَّهَ وَلَا تُشۡرِكُواْ بِهِۦ شَيۡـٔٗاۖ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنٗا وَبِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱلۡجَارِ ذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡجَارِ ٱلۡجُنُبِ وَٱلصَّاحِبِ بِٱلۡجَنۢبِ وَٱبۡنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخۡتَالٗا فَخُورًا

Allaha boyun əyərək yalnız Ona ibadət edin, Onunla yanaşı heç bir şeyə ibadət etməyin! Va­li­deynlərə hörmət edərək və qeydlərinə qalaraq onlara yax­şı­lıq edin! Qohum-əqrə­ba­ya, ye­tim­lərə və ehtiyac sahiblərinə yax­şı­lıq edin! Qohumluq əlaqəniz olan qonşuya və qohumluq əlaqəniz olmayan qonşuya da yax­şı­lıq edin! Habelə, yol yoldaşınıza və yolda qalmış qərib müsafirə yax­şı­lıq edin! Kö­lə və cariyələrinizə də yax­şı­lıq edin! Həqi­qə­tən, Allah özünü bəyənənləri, Allahın qullarına təkəbbürlük göstərənləri və özü­nü insanlardan üstün tutub fəxr edərək öz nəfsini öyən­ləri sevməz!
info
التفاسير:

external-link copy
37 : 4

ٱلَّذِينَ يَبۡخَلُونَ وَيَأۡمُرُونَ ٱلنَّاسَ بِٱلۡبُخۡلِ وَيَكۡتُمُونَ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۗ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا

Allah özlərinə ruzi olaraq bəxş etdiyindən Allahın onlara vacib buyurduqlarını xərcləməyə mane olan kimsələri və bu xəsisliyi başqalarına da söz və əməlləri ilə əmr edənləri, Alla­hın Öz lüt­fün­dən on­lara bəxş etdiyi ruzini, elmi və s. bu kimi nemətləri insanlardan giz­lə­dib, onlara haqqı bəyan etməyib, əksinə haqqı qizlədib batili yayanları sevməz. Çünki bu xislətlər, küfür xislətləridir. Biz artıq ka­fir­lər üçün rəzil edici bir əzab ha­zırlamışıq. info
التفاسير:
Bu sayfadaki ayetlerin faydaları:
• ثبوت قِوَامة الرجال على النساء بسبب تفضيل الله لهم باختصاصهم بالولايات، وبسبب ما يجب عليهم من الحقوق، وأبرزها النفقة على الزوجة.
• Kişilərin qadınlar üzərində ixtiyar sahibi olmasının sübutu. Bu, Allahın kişiləri qadınlar üzərində hökm sahibi etdərək kişiləri qadınlardan üstün etməsi və zövcəyə öz mallarından xərcləməsi kimi qadınların kişilər üzərində vacib hüquqlarının olması səbəbindəndir. info

• التحذير من البغي وظلم المرأة في التأديب بتذكير العبد بقدرة الله عليه وعلوه سبحانه.
• Qadını tərbiyələndirdikdə, ona qarşı zorakılığa yol verməkdən çəkindirmək və insana, Allahın onun üzərində qüdrət sahibi olduğuna xatırlatmaq. info

• التحذير من ذميم الأخلاق، كالكبر والتفاخر والبخل وكتم العلم وعدم تبيينه للناس.
• İnsanı təkəbbür, öyünmək, paxıllıq etmək, elmi gizlətmək və onu insanlara bəyan etməmək kimi pis əxlaqdan çəkindirmək. info