அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான அசர்பைஜானி மொழிபெயர்ப்பு

பக்க எண்:close

external-link copy
127 : 37

فَكَذَّبُوهُ فَإِنَّهُمۡ لَمُحۡضَرُونَ

Qövmü onu yalançı say­dı. Elə bu günahlarına görə də, onlar əzaba düçar olacaqlar. info
التفاسير:

external-link copy
128 : 37

إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ

Yalnız onun qövmündən mömin olmuş Allaha ixlasla ibadət etmiş kimsələrdən başqa. Belələri, əzaba düçar olmaqdan qurtulacaqlar. info
التفاسير:

external-link copy
129 : 37

وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ

Biz onun üçün, sonra gələn nəsillər arasında gözəl təriflər və xoş xatirələr saxladıq. info
التفاسير:

external-link copy
130 : 37

سَلَٰمٌ عَلَىٰٓ إِلۡ يَاسِينَ

İlyasa Allahdan salam və təriflər olsun! info
التفاسير:

external-link copy
131 : 37

إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ

Biz İlyası bu gözəl mükafatla mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, özlərinin Rəbbinə itaət etdiklərinə görə belə mükafatlandıracağıq. info
التفاسير:

external-link copy
132 : 37

إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ

Həqiqətən, İlyas Rəbbinə sidq-ürəklə iman gətirmiş həqiqi mömin qullarımızdan idi. info
التفاسير:

external-link copy
133 : 37

وَإِنَّ لُوطٗا لَّمِنَ ٱلۡمُرۡسَلِينَ

Şübhəsiz ki, Lut da, Allahın öz qövmlərinə müjdə verən və qorxudan olaraq göndərdiyi elçilərindən biri idi. info
التفاسير:

external-link copy
134 : 37

إِذۡ نَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ

Bir zaman Biz onu və bütün ai­ləsini qövmünə göndərdiyimiz əzabdan xilas etdiyimizi xatırla. info
التفاسير:

external-link copy
135 : 37

إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ

Yalnız onun zövcəsindən başqa. O qadın da, qövmünün düçar olacağı əzaba düçar olmuşdu. Çünki o, onlar kimi kafir idi. info
التفاسير:

external-link copy
136 : 37

ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ

Sonra Biz onun qövmündən yerdə qalanları - onu yalançı sayanları və onun gətirdiyi risaləti təsdiq etməyənləri məhv etdik. info
التفاسير:

external-link copy
137 : 37

وَإِنَّكُمۡ لَتَمُرُّونَ عَلَيۡهِم مُّصۡبِحِينَ

Ey Məkkə əhli, siz Şama səfər edərkən, səhər çağı on­la­rın məhv olduğu yerdən keçirsiniz. info
التفاسير:

external-link copy
138 : 37

وَبِٱلَّيۡلِۚ أَفَلَا تَعۡقِلُونَ

Həmçinin, axşam çağı da, onların yanından keçirsiniz. Mə­gər anla­mırsınız və onların haqqı yalan saydıqdan, küfr etdikdən və əvvəlki nəsillərdən heç kəsin etmədiyi fahişəliyi etdikdən sonra, onların başına gələnlərdən ibrət almırsınız?! info
التفاسير:

external-link copy
139 : 37

وَإِنَّ يُونُسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ

Şübhəsiz ki, qulumuz Yunis da, Allahın öz qövmlərinə müjdə verən və qorxudan olaraq göndərdiyi elçilərindən biri idi. info
التفاسير:

external-link copy
140 : 37

إِذۡ أَبَقَ إِلَى ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ

Bir zaman o, Rəbbinin izni olmadan qövmünün (küfründən) qaçıb insanlar və əşyalarla dolu bir gəmiyə minmişdi. info
التفاسير:

external-link copy
141 : 37

فَسَاهَمَ فَكَانَ مِنَ ٱلۡمُدۡحَضِينَ

Gəmi dolu olduğundan az qala batacaqdı. Gəmidəkilər insan sayının həddən ziyadə olduğundan dolayı, gəminin batacağından qorxduqlarına görə, öz aralarından bəzilərini dənizə atmaq üçün püşk atmaq qərarına gəldilər. Yunus uduzanlar arasında idi. Odur ki, onu da dənizə atdılar. info
التفاسير:

external-link copy
142 : 37

فَٱلۡتَقَمَهُ ٱلۡحُوتُ وَهُوَ مُلِيمٞ

Onlar onu dənizə atdıqda ba­lıq onu tutub udmuşdu. O vaxt o, Rəbbinin izni olmadan dənizə çıxdığına görə qınanmağa layiq idi. info
التفاسير:

external-link copy
143 : 37

فَلَوۡلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلۡمُسَبِّحِينَ

Əgər Yunis bu hadisədən öncə Allahı çox zikr edənlərdən olmasaydı, habelə, balığın qarnında Allahı yad edib, Onun şəninə təriflər deməsəydi, info
التفاسير:

external-link copy
144 : 37

لَلَبِثَ فِي بَطۡنِهِۦٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ

balığın qarnında qiyamət gününə qədər qalardı. Belə ki, balığın qarnı onun üçün qəbir olardı. info
التفاسير:

external-link copy
145 : 37

۞ فَنَبَذۡنَٰهُ بِٱلۡعَرَآءِ وَهُوَ سَقِيمٞ

O, balığın qarnında uzun müddət qaldığına görə, halsız olduğu vəziy­yətdə, Biz onu balığın qarnından çıxardıb, heç bir ağac və tikili olmayan boş bir sahəyə atdıq. info
التفاسير:

external-link copy
146 : 37

وَأَنۢبَتۡنَا عَلَيۡهِ شَجَرَةٗ مِّن يَقۡطِينٖ

Və o boş sahədə onun üstünə kölgə salmaq üçün, üstəlik onun meyvəsindən yesin deyə, qabaq növündən iriyarpaqlı bir ağac bitirdik. info
التفاسير:

external-link copy
147 : 37

وَأَرۡسَلۡنَٰهُ إِلَىٰ مِاْئَةِ أَلۡفٍ أَوۡ يَزِيدُونَ

Biz onu sayı yüz min, hətta daha çox olan bir qövmünə peyğəmbər gön­dər­dik. info
التفاسير:

external-link copy
148 : 37

فَـَٔامَنُواْ فَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٖ

Onlar ona iman gətir­di­lər və onun gətridiyi (risaləti) təsdiqlədilər, Allah da onlara dünya həyatında əcəlləri yetişənədək firavanlıq nəsib etdi. info
التفاسير:

external-link copy
149 : 37

فَٱسۡتَفۡتِهِمۡ أَلِرَبِّكَ ٱلۡبَنَاتُ وَلَهُمُ ٱلۡبَنُونَ

Ey Muhəmməd, müşriklərə inkar edərək soruş: “Yoxsa, xoşlamadığınız qız­ları Allaha, sevdiyiniz oğ­lan­ları isə özünüzə nisbət edirsiniz?! Bu nə cür bölgüdür?!” info
التفاسير:

external-link copy
150 : 37

أَمۡ خَلَقۡنَا ٱلۡمَلَٰٓئِكَةَ إِنَٰثٗا وَهُمۡ شَٰهِدُونَ

Onlar mələklərin yaradılışında iştirak etmədikləri və bunu görmədikləri halda, onların di­şi olduğunu necə iddia edə bilərlər?! info
التفاسير:

external-link copy
151 : 37

أَلَآ إِنَّهُم مِّنۡ إِفۡكِهِمۡ لَيَقُولُونَ

Müşriklər Allaha qarşı yalan danışaraq və Ona iftira ataraq Onun övladının olduğunu iddia edirlər. Onların bu iddiası yalandır.
info
التفاسير:

external-link copy
152 : 37

وَلَدَ ٱللَّهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ

Müşriklər Allaha qarşı yalan danışaraq və Ona iftira ataraq Onun övladının olduğunu iddia edirlər. Onların bu iddiası yalandır.
info
التفاسير:

external-link copy
153 : 37

أَصۡطَفَى ٱلۡبَنَاتِ عَلَى ٱلۡبَنِينَ

Məgər Allah onların nifrət etdiyi qızları Özü üçün seçib, onların sevdiyi oğlanlardan üstünmü tutmuş­dur?! Əsla belə deyildir. info
التفاسير:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• سُنَّة الله التي لا تتبدل ولا تتغير: إنجاء المؤمنين وإهلاك الكافرين.
Allahın əvəzedilməz və dəyişilməz qanunu belədir ki, möminlər qurtuluşa, kafirlər isə həlaka məhkumdurlar. info

• ضرورة العظة والاعتبار بمصير الذين كذبوا الرسل حتى لا يحل بهم ما حل بغيرهم.
Elçiləri yalançı sayan kimsələrin başına gəlmiş müsibətlərdən ibrət almaq gərəkdir ki, onların başına gələnlər, bunların da başına gəlməsin. info

• جواز القُرْعة شرعًا لقوله تعالى: ﴿ فَسَاهَمَ فَكَانَ مِنَ اْلْمُدْحَضِينَ ﴾.
Uca Allahın: ﴾o, püşk atmış və uduzanlardan olmuşdu﴿ ayəsinə əsasən şəriətdə püşk atmağın caiz olması. info