அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான அசர்பைஜானி மொழிபெயர்ப்பு

பக்க எண்:close

external-link copy
103 : 37

فَلَمَّآ أَسۡلَمَا وَتَلَّهُۥ لِلۡجَبِينِ

Hər ikisi Allahın əm­rinə boyun əydikləri və İbrahim Allahın əmrini yerinə yetirmək üçün öz oğlunu üzüs­tə yerə uzatdığı zaman info
التفاسير:

external-link copy
104 : 37

وَنَٰدَيۡنَٰهُ أَن يَٰٓإِبۡرَٰهِيمُ

İbrahim Allahın əmrini yerinə yetirib oğlunu qurban kəsmək istədikdə, Biz onu çağırıb dedik: “Ey İbra­him! info
التفاسير:

external-link copy
105 : 37

قَدۡ صَدَّقۡتَ ٱلرُّءۡيَآۚ إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ

Artıq sən yuxuda gördüyünü - oğlunu qurban kəsmək əmrini yerinə yetirdin!” Biz səni bu böyük imtahandan qurtardığımız kimi, yaxşı iş görən kimsələri də, sınaqlardan və müsibətlərdən xilas etməklə, mü­ka­fat­lan­dırırıq. info
التفاسير:

external-link copy
106 : 37

إِنَّ هَٰذَا لَهُوَ ٱلۡبَلَٰٓؤُاْ ٱلۡمُبِينُ

Həqiqətən, bu, açıq-aydın bir imtahan idi ki, İbrahim ondan müvəffəqiyyətlə keçdi. info
التفاسير:

external-link copy
107 : 37

وَفَدَيۡنَٰهُ بِذِبۡحٍ عَظِيمٖ

Biz İsmailin əvəzinə bö­yük bir qoç fidyə verdik ki, onun əvəzinə o qoçu kəssin. info
التفاسير:

external-link copy
108 : 37

وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ

Sonra gələn ümmətlər onu tərifləsinlər deyə, onların arasında onun üçün gözəl xatirə qoyduq. info
التفاسير:

external-link copy
109 : 37

سَلَٰمٌ عَلَىٰٓ إِبۡرَٰهِيمَ

Allahın ona salamı olsun və bu onun üçün hər bir zərərdən və bəladan qoruyan bir dua olsun! info
التفاسير:

external-link copy
110 : 37

كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ

Biz İbrahimi əmrə itaət etdiyinə görə mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, belə mükafatlandırırıq!” info
التفاسير:

external-link copy
111 : 37

إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ

Həqiqətən İbrahim, Allaha etdiyi ibadətləri tam yerinə yetirən mömin qullarımızdan idi. info
التفاسير:

external-link copy
112 : 37

وَبَشَّرۡنَٰهُ بِإِسۡحَٰقَ نَبِيّٗا مِّنَ ٱلصَّٰلِحِينَ

Biz ona digər bir övlad - peyğəmbər və əməlisaleh olacaq bir övlad ilə müjdə verdik. Bu da, İshaq idi. Bu, onun, Allaha itaət edib yeganə övladı İsmaili qurban kəsmək istəyinin əvəzi idi. info
التفاسير:

external-link copy
113 : 37

وَبَٰرَكۡنَا عَلَيۡهِ وَعَلَىٰٓ إِسۡحَٰقَۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحۡسِنٞ وَظَالِمٞ لِّنَفۡسِهِۦ مُبِينٞ

Biz ona və onun oğlu İshaqa Öz tərəfimizdən bə­rə­kət ver­dik və onlara verdiyimiz nemətləri artırdıq. Bu nemətlərdən bir, onların övladlarını artırmağımız idi. Hər ikisinin nəs­lin­də Rəbbinə itaət edib yax­şı iş gö­rənləri də var, küfr və asiliklər etməklə açıq-aydın özlərinə zülm edən­ləri də. info
التفاسير:

external-link copy
114 : 37

وَلَقَدۡ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ

Biz Musaya və onun qardaşı Haruna da peyğəmbərlik bəxş etdik. info
التفاسير:

external-link copy
115 : 37

وَنَجَّيۡنَٰهُمَا وَقَوۡمَهُمَا مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ

Biz onların hər ikisini və onların qövmü İsrail oğullarını, Fironun onları kölə etməsindən və onların dənizdə qərq olmasından xilas etdik. info
التفاسير:

external-link copy
116 : 37

وَنَصَرۡنَٰهُمۡ فَكَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ

Biz onlara Firona və onun ordusuna qarşı yardım etdik və on­lar öz düşmənlərinə qa­lib gəldilər. info
التفاسير:

external-link copy
117 : 37

وَءَاتَيۡنَٰهُمَا ٱلۡكِتَٰبَ ٱلۡمُسۡتَبِينَ

Biz Musaya və onun qardaşı Haruna Allahın açıq-aydın, içində heç bir şübhə olmayan Kitabını - Tövratı verdik. info
التفاسير:

external-link copy
118 : 37

وَهَدَيۡنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ

Onların hər ikisini, heç bir əyriliyi olmayan doğru yola yönəltdik! Bu, pak və müqəddəs Xaliqin rizasına doğru yönəldən İslam dininin yoludur. info
التفاسير:

external-link copy
119 : 37

وَتَرَكۡنَا عَلَيۡهِمَا فِي ٱلۡأٓخِرِينَ

Biz hər ikisi üçün, sonra gələn nəsillər arasında gözəl təriflər və xoş xatirələr saxladıq. info
التفاسير:

external-link copy
120 : 37

سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ

Allahdan onların hər ikisinə gözəl salam və təriflər olsun, üstəlik, hər bir xoşagəlməz şeydən salamat qalsınlar! info
التفاسير:

external-link copy
121 : 37

إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ

Biz Musanı və Harunu bu gözəl mükafatla mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, özlərinin Rəbbinə itaət etdiklərinə görə belə mükafatlandıracağıq. info
التفاسير:

external-link copy
122 : 37

إِنَّهُمَا مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ

Həqiqətən, Musa və Harun Allaha iman gətirən və Allahın onlara buyurduqlarını yerinə yetirən qullarımızdan idi. info
التفاسير:

external-link copy
123 : 37

وَإِنَّ إِلۡيَاسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ

Şübhəsiz ki, İlyas da, Rəbbinin göndərdiyi el­çilər­dən­ idi. Allah ona peyğəmbərlik və risalət bəxş etmişdir. info
التفاسير:

external-link copy
124 : 37

إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَلَا تَتَّقُونَ

Bir zaman o, İsrail oğullarından elçi göndərildiyi qöv­mü­nə demişdi: “Ey qövmüm, məgər siz Allahın əmrlərini yerinə yetirməklə - Allahın təkliyini qəbul etməklə və qadağan etdiyi əməllərdən - şirkdən çəkinməklə Allahdan qorx­mur­su­nuz? info
التفاسير:

external-link copy
125 : 37

أَتَدۡعُونَ بَعۡلٗا وَتَذَرُونَ أَحۡسَنَ ٱلۡخَٰلِقِينَ

Siz yaradanların ən yax­şısı olan Allaha ibadət etməyi buraxıb bütünüz Bələ ibadət edirsiniz?! info
التفاسير:

external-link copy
126 : 37

ٱللَّهَ رَبَّكُمۡ وَرَبَّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ

Allah sizin Rəbbinizdir. O Rəbbiniz ki, həm sizi, həm də, sizin əcadlarınızı yaratmışdır. Allahdan başqa nə fayda, nə də zərər verən bütlər yox, məhz Allah ibadət edilməyə layiqdir. info
التفاسير:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• قوله: ﴿فَلَمَّآ أَسْلَمَا﴾ دليل على أن إبراهيم وإسماعيل عليهما السلام كانا في غاية التسليم لأمر الله تعالى.
Uca Allahın: ﴾Onlar təslim olduqda﴿ sözü, İbrahim və İsmailin (aleyhiməssəlam) hər ikisinin Uca Allahın əmrinə tam şəkildə təslim olduqlarına dəlildir. info

• من مقاصد الشرع تحرير العباد من عبودية البشر.
İnsanları bəşərin köləliyindən azad etmək şəriətin ali hədəflərindən birdir. info

• الثناء الحسن والذكر الطيب من النعيم المعجل في الدنيا.
Gözəl tərif və xoş xatirə (mömin kimsəyə) qiyamətdən əvvəl hələ bu dünyada ikən bəxş edilmiş nemətdir. info