ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - අස්රියානු පරිවර්තනය - අලි ඛාන් මුසායේෆ්

පිටු අංක:close

external-link copy
30 : 41

إِنَّ ٱلَّذِينَ قَالُواْ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسۡتَقَٰمُواْ تَتَنَزَّلُ عَلَيۡهِمُ ٱلۡمَلَٰٓئِكَةُ أَلَّا تَخَافُواْ وَلَا تَحۡزَنُواْ وَأَبۡشِرُواْ بِٱلۡجَنَّةِ ٱلَّتِي كُنتُمۡ تُوعَدُونَ

Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə (ölüm anında) mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! info
التفاسير:

external-link copy
31 : 41

نَحۡنُ أَوۡلِيَآؤُكُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَفِي ٱلۡأٓخِرَةِۖ وَلَكُمۡ فِيهَا مَا تَشۡتَهِيٓ أَنفُسُكُمۡ وَلَكُمۡ فِيهَا مَا تَدَّعُونَ

Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkdiyi və istədiyiniz hər şey vardır. info
التفاسير:

external-link copy
32 : 41

نُزُلٗا مِّنۡ غَفُورٖ رَّحِيمٖ

Bağışlayan və Rəhmli (Allah) tərəfindən bir ziyafət olaraq”. info
التفاسير:

external-link copy
33 : 41

وَمَنۡ أَحۡسَنُ قَوۡلٗا مِّمَّن دَعَآ إِلَى ٱللَّهِ وَعَمِلَ صَٰلِحٗا وَقَالَ إِنَّنِي مِنَ ٱلۡمُسۡلِمِينَ

Allaha tərəf çağıran, saleh əməl edən və: “Mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz söyləyən kim ola bilər?! info
التفاسير:

external-link copy
34 : 41

وَلَا تَسۡتَوِي ٱلۡحَسَنَةُ وَلَا ٱلسَّيِّئَةُۚ ٱدۡفَعۡ بِٱلَّتِي هِيَ أَحۡسَنُ فَإِذَا ٱلَّذِي بَيۡنَكَ وَبَيۡنَهُۥ عَدَٰوَةٞ كَأَنَّهُۥ وَلِيٌّ حَمِيمٞ

Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. info
التفاسير:

external-link copy
35 : 41

وَمَا يُلَقَّىٰهَآ إِلَّا ٱلَّذِينَ صَبَرُواْ وَمَا يُلَقَّىٰهَآ إِلَّا ذُو حَظٍّ عَظِيمٖ

Bu ancaq səbir edənlərə verilər və ancaq böyük qismət sahiblərinə nəsib olar. info
التفاسير:

external-link copy
36 : 41

وَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيۡطَٰنِ نَزۡغٞ فَٱسۡتَعِذۡ بِٱللَّهِۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir. info
التفاسير:

external-link copy
37 : 41

وَمِنۡ ءَايَٰتِهِ ٱلَّيۡلُ وَٱلنَّهَارُ وَٱلشَّمۡسُ وَٱلۡقَمَرُۚ لَا تَسۡجُدُواْ لِلشَّمۡسِ وَلَا لِلۡقَمَرِ وَٱسۡجُدُواْۤ لِلَّهِۤ ٱلَّذِي خَلَقَهُنَّ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ

Gecə və gündüz, günəş və ay Onun (vəhdaniyyətinə dəlalət edən) dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin. info
التفاسير:

external-link copy
38 : 41

فَإِنِ ٱسۡتَكۡبَرُواْ فَٱلَّذِينَ عِندَ رَبِّكَ يُسَبِّحُونَ لَهُۥ بِٱلَّيۡلِ وَٱلنَّهَارِ وَهُمۡ لَا يَسۡـَٔمُونَ۩

Əgər onlar (Allaha səcdə etməkdən) təkəbbürlük göstərsələr (bilsinlər ki), Rəbbinin yanında olanlar (mələklər) gecə-gündüz usanmadan Onun şəninə təriflər deyərlər. info
التفاسير: