ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - අස්රියානු පරිවර්තනය - අලි ඛාන් මුසායේෆ්

පිටු අංක:close

external-link copy
6 : 2

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ سَوَآءٌ عَلَيۡهِمۡ ءَأَنذَرۡتَهُمۡ أَمۡ لَمۡ تُنذِرۡهُمۡ لَا يُؤۡمِنُونَ

Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməzlər. info
التفاسير:

external-link copy
7 : 2

خَتَمَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَعَلَىٰ سَمۡعِهِمۡۖ وَعَلَىٰٓ أَبۡصَٰرِهِمۡ غِشَٰوَةٞۖ وَلَهُمۡ عَذَابٌ عَظِيمٞ

Allah onların qəlblərini və qulaqlarını möhürləmişdir, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. info
التفاسير:

external-link copy
8 : 2

وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَمَا هُم بِمُؤۡمِنِينَ

İnsanlardan elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər. info
التفاسير:

external-link copy
9 : 2

يُخَٰدِعُونَ ٱللَّهَ وَٱلَّذِينَ ءَامَنُواْ وَمَا يَخۡدَعُونَ إِلَّآ أَنفُسَهُمۡ وَمَا يَشۡعُرُونَ

Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. (Halbuki) onlar, yalnız özlərini aldadır və (bunu) hiss etmirlər. info
التفاسير:

external-link copy
10 : 2

فِي قُلُوبِهِم مَّرَضٞ فَزَادَهُمُ ٱللَّهُ مَرَضٗاۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكۡذِبُونَ

Onların qəlblərində xəstəlik vardır və Allah onların xəstəliyini daha da artırmışdır. Yalan danışdıqlarına görə onlar üçün ağrılı-acılı bir əzab vardır. info
التفاسير:

external-link copy
11 : 2

وَإِذَا قِيلَ لَهُمۡ لَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ قَالُوٓاْ إِنَّمَا نَحۡنُ مُصۡلِحُونَ

Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq islah edənlərik!”– deyirlər. info
التفاسير:

external-link copy
12 : 2

أَلَآ إِنَّهُمۡ هُمُ ٱلۡمُفۡسِدُونَ وَلَٰكِن لَّا يَشۡعُرُونَ

Əslində, elə onların özləri fəsad törədənlərdir, lakin (bunu) hiss etmirlər. info
التفاسير:

external-link copy
13 : 2

وَإِذَا قِيلَ لَهُمۡ ءَامِنُواْ كَمَآ ءَامَنَ ٱلنَّاسُ قَالُوٓاْ أَنُؤۡمِنُ كَمَآ ءَامَنَ ٱلسُّفَهَآءُۗ أَلَآ إِنَّهُمۡ هُمُ ٱلسُّفَهَآءُ وَلَٰكِن لَّا يَعۡلَمُونَ

Onlara: “İnsanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Əslində, səfeh elə onların özləridir, lakin (bunu) bilmirlər. info
التفاسير:

external-link copy
14 : 2

وَإِذَا لَقُواْ ٱلَّذِينَ ءَامَنُواْ قَالُوٓاْ ءَامَنَّا وَإِذَا خَلَوۡاْ إِلَىٰ شَيَٰطِينِهِمۡ قَالُوٓاْ إِنَّا مَعَكُمۡ إِنَّمَا نَحۡنُ مُسۡتَهۡزِءُونَ

Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə xəlvətə çəkildikdə isə: “Şübhəsiz ki, biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!”– deyirlər. info
التفاسير:

external-link copy
15 : 2

ٱللَّهُ يَسۡتَهۡزِئُ بِهِمۡ وَيَمُدُّهُمۡ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ

Allah da, onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, öz zəlalətləri icində şaşqın qalarlar. info
التفاسير:

external-link copy
16 : 2

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ ٱشۡتَرَوُاْ ٱلضَّلَٰلَةَ بِٱلۡهُدَىٰ فَمَا رَبِحَت تِّجَٰرَتُهُمۡ وَمَا كَانُواْ مُهۡتَدِينَ

Onlar doğru yol əvəzində azğınlığı satın almış kimsələrdir. Onların ticarəti qazanc gətirmədi, özləri də doğru yola yönəlmədilər. info
التفاسير: