ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විිවරණයේ සංෂිප්ත අනුවාදය - අසර්බයිජානු පරිවර්තනය

əd-Duha

සූරාවෙහි අරමුණු:
بيان عناية الله بنبيه في أول أمره وآخره.
İslamın həm əvvəlində, həm də axırında Allahın Öz peyğəmbərinin qeydinə qalmasının bəyan edilməsi. info

external-link copy
1 : 93

وَٱلضُّحَىٰ

Uca Allah gündüzün əvvəlinə and içir. info
التفاسير:

external-link copy
2 : 93

وَٱلَّيۡلِ إِذَا سَجَىٰ

O, həmçinin, zülmətə bürünən və içində insanların hərkətinin sakitləşən gecəyə and içir. info
التفاسير:

external-link copy
3 : 93

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ

Ey Peyğəmbər! Vəhy nazil olmadığı vaxtda müşriklərin iddia etdiyi kimi deyil, Rəbbin səni nə tərk etdi, nə də sənə qəzəbləndi. info
التفاسير:

external-link copy
4 : 93

وَلَلۡأٓخِرَةُ خَيۡرٞ لَّكَ مِنَ ٱلۡأُولَىٰ

Tükənməz nemətlərlə dolu olan axirət yurdu, əlbəttə, sənin üçün dünya həyatından daha xeyirlidir. info
التفاسير:

external-link copy
5 : 93

وَلَسَوۡفَ يُعۡطِيكَ رَبُّكَ فَتَرۡضَىٰٓ

Rəbbin sənə və sənin ümmətinə böyük nemət bəxş edəcək, sən də, Onun sənə və sənin ümmətinə bəxş etdiyindən razı qalacaqsan. info
التفاسير:

external-link copy
6 : 93

أَلَمۡ يَجِدۡكَ يَتِيمٗا فَـَٔاوَىٰ

Sən körpə ikən, atan da dünyadan köçmüş ikən Rəbbin səni tapıb sənə sığınacaq vermədimi?! Əvvəlcə baban Əbdülmüttəlib, sonra da əmin Əbu Talib səni öz himayəsinə götürmüşdür. info
التفاسير:

external-link copy
7 : 93

وَوَجَدَكَ ضَآلّٗا فَهَدَىٰ

Sən kitabın və imanın nə olduğunu bilmədiyin bir halda O səni tapıb bunlardan sənə bilmədiklərini öyrətdi. info
التفاسير:

external-link copy
8 : 93

وَوَجَدَكَ عَآئِلٗا فَأَغۡنَىٰ

Və səni kasıb ikən tapıb zəngin etdi. info
التفاسير:

external-link copy
9 : 93

فَأَمَّا ٱلۡيَتِيمَ فَلَا تَقۡهَرۡ

Elə isə atasını itirmiş uşaqla pis davranma və ona xor baxma. info
التفاسير:

external-link copy
10 : 93

وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنۡهَرۡ

Səndən kömək diləyən ehtiyaclını yanından qovma. info
التفاسير:

external-link copy
11 : 93

وَأَمَّا بِنِعۡمَةِ رَبِّكَ فَحَدِّثۡ

Allahın sənə bəxş etdiyi nemətlərə şükür et və onlardan söhbət aç. info
التفاسير:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• منزلة النبي صلى الله عليه وسلم عند ربه لا تدانيها منزلة.
Heç kəsin məqamı, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) öz Rəbbi yanında olan məqamına bərabər ola bilməz. info

• شكر النعم حقّ لله على عبده.
Nemətlərə şükür etmək Allahın Öz qulu üzərində olan haqqıdır. info

• وجوب الرحمة بالمستضعفين واللين لهم.
Zəiflərə mərhəmət göstərməyin və onlarla mülayim rəftar etməyin vacib olması. info