ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විිවරණයේ සංෂිප්ත අනුවාදය - අසර්බයිජානු පරිවර්තනය

ən-Nəbə

සූරාවෙහි අරමුණු:
بيان أدلة القدرة على البعث والتخويف من العاقبة.
Allahın ölüləri diriltməyə qadir olması barədə dəlilləri bəyan etmək və pis aqibət ilə qorxutmaq. info

external-link copy
1 : 78

عَمَّ يَتَسَآءَلُونَ

Allah o müşriklərə öz Rəsulunu (səllallahu aleyhi və səlləm) göndərdikdən sonra onlar bir-birindən nə haqqında soruşurlar? info
التفاسير:

external-link copy
2 : 78

عَنِ ٱلنَّبَإِ ٱلۡعَظِيمِ

Onların bəzisi digərlərindən böyük xəbər barədə soruşur. Bu,onlara göndərilən elçiyə nazil edilmiş, dirilmə barədə xəbərləri ehtiva edən bu Qurandır. info
التفاسير:

external-link copy
3 : 78

ٱلَّذِي هُمۡ فِيهِ مُخۡتَلِفُونَ

O Quran ki, onlar onun sehr, yaxud şeir, yaxud kahinlik, yaxud da keçmişdəkilərin əfsanələri olduğunu iddia etməklə onun vəsfi xüsusunda ixtilafa düşmüşlər. info
التفاسير:

external-link copy
4 : 78

كَلَّا سَيَعۡلَمُونَ

Bu iş heç də onların iddia etdikləri kimi deyildir. Quranı təkzib edən o müşriklər bu təkzibin pis aqibətini hökmən biləcəklər. info
التفاسير:

external-link copy
5 : 78

ثُمَّ كَلَّا سَيَعۡلَمُونَ

Bir daha xeyr, onlar bu təkzibin pis aqibətini hökmən biləcəklər. info
التفاسير:

external-link copy
6 : 78

أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ مِهَٰدٗا

Onlar yer üzərində qərar tutsunlar deyə Biz onu yataq tək dümdüz etmədikmi?! info
التفاسير:

external-link copy
7 : 78

وَٱلۡجِبَالَ أَوۡتَادٗا

Yer tərpənməsin deyə Biz onun üzərində dirəklər tək dağlar yerləşdirdik. info
التفاسير:

external-link copy
8 : 78

وَخَلَقۡنَٰكُمۡ أَزۡوَٰجٗا

Ey insanlar! Biz sizi kişi və qadın olaraq cüt-cüt yaratdıq. info
التفاسير:

external-link copy
9 : 78

وَجَعَلۡنَا نَوۡمَكُمۡ سُبَاتٗا

İşlərinizi dayandırıb istirahət edəsiniz deyə sizin üçün yuxu yaratdıq. info
التفاسير:

external-link copy
10 : 78

وَجَعَلۡنَا ٱلَّيۡلَ لِبَاسٗا

Övrətinizi libasla örtrdüyünüz kimi gecəni də öz zülməti ilə bürüyən bir örtük etdik. info
التفاسير:

external-link copy
11 : 78

وَجَعَلۡنَا ٱلنَّهَارَ مَعَاشٗا

Gündüzü də, sizin ruzi əldə etməyiniz və onu axtarmağınız üçün meydan etdik. info
التفاسير:

external-link copy
12 : 78

وَبَنَيۡنَا فَوۡقَكُمۡ سَبۡعٗا شِدَادٗا

Üstünüzdə dayanıqlı və möhkəm bina edilmiş yeddi göy yaratdıq. info
التفاسير:

external-link copy
13 : 78

وَجَعَلۡنَا سِرَاجٗا وَهَّاجٗا

Günəşi də çox yanar və çox parlaq bir çıraq etdik. info
التفاسير:

external-link copy
14 : 78

وَأَنزَلۡنَا مِنَ ٱلۡمُعۡصِرَٰتِ مَآءٗ ثَجَّاجٗا

Biz yağmurla dolmuş buludlardan şırıl-şırıl yağan yağmur endirdik. info
التفاسير:

external-link copy
15 : 78

لِّنُخۡرِجَ بِهِۦ حَبّٗا وَنَبَاتٗا

Yağmur yağdırdıq ki, onun sayəsində müxtəlif dənlər və növbənöv bitkilər çıxardaq. info
التفاسير:

external-link copy
16 : 78

وَجَنَّٰتٍ أَلۡفَافًا

Eləcə də, bu yağmur sayəsində, ağaclarının budaqları bir-birinə sarmaşan bağlar yetişdirək. info
التفاسير:

external-link copy
17 : 78

إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ كَانَ مِيقَٰتٗا

Həqiqətən, yaradılanlar arasında ayırd etmək günü əzəldən müəyyən edilmiş, dəyişilməz, bəlli bir vaxta təyin edilmişdir. info
التفاسير:

external-link copy
18 : 78

يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَتَأۡتُونَ أَفۡوَاجٗا

Ey insanlar! Mələk sura ikinci kərə üfürəcəyi gün, siz məhşərə dəstə-dəstə gələcəksiniz. info
التفاسير:

external-link copy
19 : 78

وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتۡ أَبۡوَٰبٗا

O gün göy açılacaq və orada açıq qapılara bənzər yarıqlar əmələ gələcək.
info
التفاسير:

external-link copy
20 : 78

وَسُيِّرَتِ ٱلۡجِبَالُ فَكَانَتۡ سَرَابًا

Dağlar hərəkətə gətirilib səpələnən toz dənəciklərinə çevriləcək və ilğıma dönəcəkdir. info
التفاسير:

external-link copy
21 : 78

إِنَّ جَهَنَّمَ كَانَتۡ مِرۡصَادٗا

Həqiqətən, Cəhənnəm pusquda durub kafirləri gözləyir. info
التفاسير:

external-link copy
22 : 78

لِّلطَّٰغِينَ مَـَٔابٗا

Cəhənnəm zalımların qayıdacağı yerdir. info
التفاسير:

external-link copy
23 : 78

لَّٰبِثِينَ فِيهَآ أَحۡقَابٗا

Onlar orada sonu olmayan zaman və əsrlər boyu qalacaqlar. info
التفاسير:

external-link copy
24 : 78

لَّا يَذُوقُونَ فِيهَا بَرۡدٗا وَلَا شَرَابًا

Onlar orada nə atəşin istisini soyudan soyuq hava görəcək, nə də ləzzət verəcək bir içki dadacaqlar. info
التفاسير:

external-link copy
25 : 78

إِلَّا حَمِيمٗا وَغَسَّاقٗا

Daddıqları yalnız qaynar su və Cəhənnəm əhlinin bədənindən axan irin olacaqdır. info
التفاسير:

external-link copy
26 : 78

جَزَآءٗ وِفَاقًا

Dünyada ikən etdikləri küfrə və azğınlığa uyğun cəza olaraq. info
التفاسير:

external-link copy
27 : 78

إِنَّهُمۡ كَانُواْ لَا يَرۡجُونَ حِسَابٗا

Doğrusu, onlar dünyada ikən Allahın axirətdə onları haqq-hesaba çəkəcəyindən qorxmurdular. Çünki onlar öldükdən sonra qiyamət günü yenidən diriləcəklərinə inanmırdılar. Əgər yenidən diriləcəklərinə inansaydılar, Allaha iman gətirər və yaxşı işlər görərdilər. info
التفاسير:

external-link copy
28 : 78

وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا كِذَّابٗا

Onlar Rəsulumuza nazil etdiyimiz ayələrimizi də qətiyyətlə təkzib edirdilər. info
التفاسير:

external-link copy
29 : 78

وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ كِتَٰبٗا

Biz onların əməllərinin hamısını müəyyənləşdirib hesaba almışıq. Bunların hamısı onların əməl kitabında yazılmışdır. info
التفاسير:

external-link copy
30 : 78

فَذُوقُواْ فَلَن نَّزِيدَكُمۡ إِلَّا عَذَابًا

Ey azğınlar! Elə isə dadın əzabı. Bu, həmişəlik əzabdır. Biz sizə əzabınız üzərinə əzabdan başqa bir şey artırmayacağıq. info
التفاسير:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• إحكام الله للخلق دلالة على قدرته على إعادته.
Allahın məxluqatı gözəl bir biçimdə yaratması, Allahın onları yenidən diriltməsinə qadir olduğuna dəlalət edir. info

• الطغيان سبب دخول النار.
Azğınlıq etmək Cəhənnəm oduna düçar olmağa səbəbdir. info

• مضاعفة العذاب على الكفار.
Kafirlərin əzabının qat-qat olması. info

external-link copy
31 : 78

إِنَّ لِلۡمُتَّقِينَ مَفَازًا

Rəbbinin əmrlərini yerinə yetirən və Onun qadağalarından çəkinən müttəqilər üçün içində istədiklərinə nail olacaq nicat yeri vardır. Bu da, Cənnətdir. info
التفاسير:

external-link copy
32 : 78

حَدَآئِقَ وَأَعۡنَٰبٗا

Bağçalar və üzüm bağları, info
التفاسير:

external-link copy
33 : 78

وَكَوَاعِبَ أَتۡرَابٗا

Sinələri yenicə qabarmış həmyaşıd gənc qızlar. info
التفاسير:

external-link copy
34 : 78

وَكَأۡسٗا دِهَاقٗا

Şərabla dolmuş qədəhlər vardır. info
التفاسير:

external-link copy
35 : 78

لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوٗا وَلَا كِذَّٰبٗا

Onlar Cənnətdə nə batil söz, nə də yalan eşidəcək, nə də ki bir-birini yalançı hesab edəcəklər. info
التفاسير:

external-link copy
36 : 78

جَزَآءٗ مِّن رَّبِّكَ عَطَآءً حِسَابٗا

Bunların hamısı Allahın Öz tərəfindən onlara artıqlaması ilə bəxş etdiyi lütf və mükafatıdır. info
التفاسير:

external-link copy
37 : 78

رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلرَّحۡمَٰنِۖ لَا يَمۡلِكُونَ مِنۡهُ خِطَابٗا

Göylərin, yerin və onların arasında olanların Rəbbi, həm dünyada, həm də axirətdə mərhəmətli olan Allahdır. Yerdə və göydə olanlardan heç biri Allahın izni olmadan Ondan bir şey istəməyə qadir olmayacaqlar. info
التفاسير:

external-link copy
38 : 78

يَوۡمَ يَقُومُ ٱلرُّوحُ وَٱلۡمَلَٰٓئِكَةُ صَفّٗاۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَقَالَ صَوَابٗا

Cəbrail və mələklər səf-səf duracaqları gün, Mərhəmətli Allahın kimsəyə şəfaətçilik etməsinə izin verdiyi kəslərdən və tovhid kimi haqq söz deyənlərdən başqa heç kəs danışmayacaqdır. info
التفاسير:

external-link copy
39 : 78

ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلۡحَقُّۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا

Sizə vəsf edilən o gün, vaqe olacağına şübhə olmayan bir gündür. Kim o gün Allahın əzabından qurtulmaq istəyirsə, qoy istədiyinə nail olmaq üçün Rəbbini razı salacaq saleh əməllər etsin. info
التفاسير:

external-link copy
40 : 78

إِنَّآ أَنذَرۡنَٰكُمۡ عَذَابٗا قَرِيبٗا يَوۡمَ يَنظُرُ ٱلۡمَرۡءُ مَا قَدَّمَتۡ يَدَاهُ وَيَقُولُ ٱلۡكَافِرُ يَٰلَيۡتَنِي كُنتُ تُرَٰبَۢا

Ey insanlar! Biz sizi baş verəcək yaxın əzab barədə xəbərdar etdik. O gün insan dünyada nə əməllər etdiyini görəcək, kafir isə həmin gün heyvanlara: "Torpaq ol!"- deyildiyini gördükdə, əzabdan xilas olmaq üçün təmənna edib deyəcək: "Kaş mən də, bu heyvanlar kimi torpaq olaydım" info
التفاسير:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• التقوى سبب دخول الجنة.
Allahdan qorxmaq Cənnətə daxil olmaq üçün səbəbdir. info

• تذكر أهوال القيامة دافع للعمل الصالح.
Qiyamət günü baş verəcək dəhşətli hadisələri xatırlamaq insanı yaxşı işlər görməyə sövq etdirən amildir. info

• قبض روح الكافر بشدّة وعنف، وقبض روح المؤمن برفق ولين.
Kafirin canının zorla və amansızcasına, möminin canının isə mülayim və rahat şəkildə alınması. info