ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය - ශුද්ධ වූ අල්කුර්ආන් අර්ථ විිවරණයේ සංෂිප්ත අනුවාදය - අසර්බයිජානු පරිවර්තනය

əl-Ənkəbut

සූරාවෙහි අරමුණු:
الأمر بالصبر والثبات عند الابتلاء والفتن، وبيان حسن عاقبته.
Səbir etməyin, imtahan gəldikdə və fitnə baş qaldırdıqda sabit qalmağın vacib buyurulması və buna əməl edən kimsənin gözəl aqibəti olacağının bəyan edilməsi. info

external-link copy
1 : 29

الٓمٓ

﴾Əlif, Ləm, Mim!﴿ Bu xüsusda bənzər bir açıqlama Bəqərə surəsinin əvvəlində zikir edilmişdir. info
التفاسير:

external-link copy
2 : 29

أَحَسِبَ ٱلنَّاسُ أَن يُتۡرَكُوٓاْ أَن يَقُولُوٓاْ ءَامَنَّا وَهُمۡ لَا يُفۡتَنُونَ

Yoxsa insanlar tək­cə: "Biz Allaha iman gətirdik!"– deyərək kimin həqiqi mömin olduğunu ortaya çıxaran imtahan etmədən on­lardan əl çəkəcəyimizimi güman edirlər?! Xeyir, bu, heç də onların güman etdikləri kimi deyildir. info
التفاسير:

external-link copy
3 : 29

وَلَقَدۡ فَتَنَّا ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ فَلَيَعۡلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ صَدَقُواْ وَلَيَعۡلَمَنَّ ٱلۡكَٰذِبِينَ

Uca Allah, doğru danışanların imanlarında doğru danışdıqlarını, yalan danışanların da imanlarında yalan danışdıqlarını aşkar edib, üzə çıxarsın deyə, onlardan öncəkiləri də imtahan etmişdir! info
التفاسير:

external-link copy
4 : 29

أَمۡ حَسِبَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِ أَن يَسۡبِقُونَاۚ سَآءَ مَا يَحۡكُمُونَ

Yoxsa, şirk və diğər günahlar edənlər Bizi özlərinə qarşı aciz buraxacaqlarını və cəzamızdan qurtula biləcəklərinimi güman edirlər?! Onlar nə qədər də pis hökm irəli sürürlər. Xeyir, onlar Allahı əsla aciz buraxa bilməzlər. Əgər küfr halında ölsələr, Allahın əzabından da canlarını qurtara bilməzlər. info
التفاسير:

external-link copy
5 : 29

مَن كَانَ يَرۡجُواْ لِقَآءَ ٱللَّهِ فَإِنَّ أَجَلَ ٱللَّهِ لَأٓتٖۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

Kim Qiyamət günü, dünyada ikən etdiyi yaxşı əməllərinin mükafatı özünə verilməsi üçün Allahla qarşılaşaca­ğı­na ümid bəsləyirsə, qoy bil­sin ki, Alla­hın bunun üçün müəyyən etdiyi vaxt çox yaxında olacaqdır. O, qullarının söylədiklərini eşidən, etdikləri əməlləri görəndir və bunlardan Ona heç bir şey gizli qalmaz. Allah, etdikləri əməllərin əvəzini onlara verəcəkdir. info
التفاسير:

external-link copy
6 : 29

وَمَن جَٰهَدَ فَإِنَّمَا يُجَٰهِدُ لِنَفۡسِهِۦٓۚ إِنَّ ٱللَّهَ لَغَنِيٌّ عَنِ ٱلۡعَٰلَمِينَ

Kim nəfsini, Uca Allaha itaət etməyə və günahlardan uzaqlaşmağa sövq edərək bu yolda Allah üçün cihad edərsə, şübhəsiz ki, o, öz nəsfi üçün çalışıb, cihad etmişdir. Bunun faydası sonda yalnız onun özünə qayıtacaqdır. Çünki Allahın heç bir məxluquna və onların yaxşı əməllərinə ehtiyacı yox­dur. Onların yaxşı əməllərinin Allaha heç bir faydası olmadığı kimi, pis əməllərinin də Ona heç bir zərəri olmaz! info
التفاسير:
මෙ⁣ම පිටුවේ තිබෙන වැකිවල ප්‍රයෝජන:
• النهي عن إعانة أهل الضلال.
• Zəlalət əhlinə günah işlərdə yardımçı olmaq qadağandır. info

• الأمر بالتمسك بتوحيد الله والبعد عن الشرك به.
• İbadət də Allahı tək ilah qəbul etmək və şirk əhlindən uzaqlaşmaq əmr edilmişdir. info

• ابتلاء المؤمنين واختبارهم سُنَّة إلهية.
• Möminlərin imtahanlara və müsibətlərə məruz qalması İlahı bir qanundur. info

• غنى الله عن طاعة عبيده.
• Uca Allahın, qullarının Ona ibadət etmələrinə ehtiyacı yoxdur. info