Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an mu rurimi rw'iki Azerbaijani- Ali Khan Mosaiv

numero y'urupapuro: 193:187 close

external-link copy
41 : 9

ٱنفِرُواْ خِفَافٗا وَثِقَالٗا وَجَٰهِدُواْ بِأَمۡوَٰلِكُمۡ وَأَنفُسِكُمۡ فِي سَبِيلِ ٱللَّهِۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ

(Sizə) yüngül (gəlsə də,) ağır (gəlsə də,) döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir. info
التفاسير:

external-link copy
42 : 9

لَوۡ كَانَ عَرَضٗا قَرِيبٗا وَسَفَرٗا قَاصِدٗا لَّٱتَّبَعُوكَ وَلَٰكِنۢ بَعُدَتۡ عَلَيۡهِمُ ٱلشُّقَّةُۚ وَسَيَحۡلِفُونَ بِٱللَّهِ لَوِ ٱسۡتَطَعۡنَا لَخَرَجۡنَا مَعَكُمۡ يُهۡلِكُونَ أَنفُسَهُمۡ وَٱللَّهُ يَعۡلَمُ إِنَّهُمۡ لَكَٰذِبُونَ

Əgər səfəriniz gəlir gətirən və rahat bir yolçuluq olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol (Təbuk səfəri) onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”– (deyə) Allaha and içəcəklər. Onlar özlərini həlaka sürükləyirlər. Allah onların yalançı olduqlarını bilir. info
التفاسير:

external-link copy
43 : 9

عَفَا ٱللَّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمۡ حَتَّىٰ يَتَبَيَّنَ لَكَ ٱلَّذِينَ صَدَقُواْ وَتَعۡلَمَ ٱلۡكَٰذِبِينَ

Allah səni bağışlasın! Doğru söyləyənlər sənə bəlli olmamış, yalançıları da tanımamış nə üçün onlara (cihaddan yayınmağa) izin verdin? info
التفاسير:

external-link copy
44 : 9

لَا يَسۡتَـٔۡذِنُكَ ٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ أَن يُجَٰهِدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡۗ وَٱللَّهُ عَلِيمُۢ بِٱلۡمُتَّقِينَ

Allaha və Axirət gününə iman gətirənlər Allah yolunda malları və canları ilə cihad etmək üçün səndən izin istəməzlər. Allah təqva sahiblərini tanıyandır. info
التفاسير:

external-link copy
45 : 9

إِنَّمَا يَسۡتَـٔۡذِنُكَ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَٱرۡتَابَتۡ قُلُوبُهُمۡ فَهُمۡ فِي رَيۡبِهِمۡ يَتَرَدَّدُونَ

Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər (döyüşə getməmək məqsədilə) səndən izin istəyərlər. Onlar öz şübhələri içində tərəddüd edirlər. info
التفاسير:

external-link copy
46 : 9

۞ وَلَوۡ أَرَادُواْ ٱلۡخُرُوجَ لَأَعَدُّواْ لَهُۥ عُدَّةٗ وَلَٰكِن كَرِهَ ٱللَّهُ ٱنۢبِعَاثَهُمۡ فَثَبَّطَهُمۡ وَقِيلَ ٱقۡعُدُواْ مَعَ ٱلۡقَٰعِدِينَ

Əgər onlar (münafiqlər döyüşə) çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onlara mane oldu. Onlara: “(Evdə) oturanlarla bərabər, siz də oturun!”– deyildi. info
التفاسير:

external-link copy
47 : 9

لَوۡ خَرَجُواْ فِيكُم مَّا زَادُوكُمۡ إِلَّا خَبَالٗا وَلَأَوۡضَعُواْ خِلَٰلَكُمۡ يَبۡغُونَكُمُ ٱلۡفِتۡنَةَ وَفِيكُمۡ سَمَّٰعُونَ لَهُمۡۗ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّٰلِمِينَ

Əgər onlar (münafiqlər) sizinlə birgə (döyüşə) çıxsaydılar, işinizdə yalnız qarışıqlığı artırar və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər. Aranızda onlara qulaq asanlar da vardır. Allah zalımları tanıyandır. info
التفاسير: