Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an mu rurimi rw'iki Azerbaijani- Ali Khan Mosaiv

numero y'urupapuro: 154:151 close

external-link copy
38 : 7

قَالَ ٱدۡخُلُواْ فِيٓ أُمَمٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِكُم مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ فِي ٱلنَّارِۖ كُلَّمَا دَخَلَتۡ أُمَّةٞ لَّعَنَتۡ أُخۡتَهَاۖ حَتَّىٰٓ إِذَا ٱدَّارَكُواْ فِيهَا جَمِيعٗا قَالَتۡ أُخۡرَىٰهُمۡ لِأُولَىٰهُمۡ رَبَّنَا هَٰٓؤُلَآءِ أَضَلُّونَا فَـَٔاتِهِمۡ عَذَابٗا ضِعۡفٗا مِّنَ ٱلنَّارِۖ قَالَ لِكُلّٖ ضِعۡفٞ وَلَٰكِن لَّا تَعۡلَمُونَ

Allah deyəcək: “Sizdən əvvəl gəlib-getmiş (günahkar) cin və insan tayfaları ilə birlikdə Oda girin!” Hər bir ümmət (Oda) girdikcə digərini lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman sonrakılar əvvəlkilər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bunlardır bizi azdıran! Elə isə Odda bunlara ikiqat əzab ver!” (Allah) deyəcək: “(Əzab) hər kəs üçün ikiqatdır, lakin siz (bunu) bilmirsiniz!” info
التفاسير:

external-link copy
39 : 7

وَقَالَتۡ أُولَىٰهُمۡ لِأُخۡرَىٰهُمۡ فَمَا كَانَ لَكُمۡ عَلَيۡنَا مِن فَضۡلٖ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡسِبُونَ

Əvvəlkilər sonrakılara deyəcəklər: “Sizin bizim üzərimizdə heç bir üstünlüyünüz yoxdur. Elə isə qazandıqlarınıza görə dadın əzabı!” info
التفاسير:

external-link copy
40 : 7

إِنَّ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱسۡتَكۡبَرُواْ عَنۡهَا لَا تُفَتَّحُ لَهُمۡ أَبۡوَٰبُ ٱلسَّمَآءِ وَلَا يَدۡخُلُونَ ٱلۡجَنَّةَ حَتَّىٰ يَلِجَ ٱلۡجَمَلُ فِي سَمِّ ٱلۡخِيَاطِۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُجۡرِمِينَ

Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və təkəbbürlüklə onlardan üz çevirənlərə göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincəyə qədər onlar Cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq. info
التفاسير:

external-link copy
41 : 7

لَهُم مِّن جَهَنَّمَ مِهَادٞ وَمِن فَوۡقِهِمۡ غَوَاشٖۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلظَّٰلِمِينَ

Onların Cəhənnəm odundan döşəyi, üstlərini örtməyə də (odundan) yorğanları olacaqdır. Biz zalımları belə cəzalandırırıq. info
التفاسير:

external-link copy
42 : 7

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَآ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. info
التفاسير:

external-link copy
43 : 7

وَنَزَعۡنَا مَا فِي صُدُورِهِم مِّنۡ غِلّٖ تَجۡرِي مِن تَحۡتِهِمُ ٱلۡأَنۡهَٰرُۖ وَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي هَدَىٰنَا لِهَٰذَا وَمَا كُنَّا لِنَهۡتَدِيَ لَوۡلَآ أَنۡ هَدَىٰنَا ٱللَّهُۖ لَقَدۡ جَآءَتۡ رُسُلُ رَبِّنَا بِٱلۡحَقِّۖ وَنُودُوٓاْ أَن تِلۡكُمُ ٱلۡجَنَّةُ أُورِثۡتُمُوهَا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ

Biz onların qəlblərindəki kin-küdurəti çıxaracağıq. Onların (ağacları və qəsrləri) altından çaylar axacaqdır. Onlar deyəcəklər: “Bizi (Öz hidayəti ilə) buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizi hidayətyə qovuşdurmasaydı, biz özümüz doğru yola yönələ bilməzdik. Həqiqətən də, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara (belə) xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!” info
التفاسير: