Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an mu rurimi rw'iki Azerbaijani- Ali Khan Mosaiv

Loğman

external-link copy
1 : 31

الٓمٓ

Əlif. Ləm. Mim. info
التفاسير:

external-link copy
2 : 31

تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡحَكِيمِ

Bu, hikmətli Kitabın ayələridir. info
التفاسير:

external-link copy
3 : 31

هُدٗى وَرَحۡمَةٗ لِّلۡمُحۡسِنِينَ

Yaxşı əməl sahiblərinə doğru yol göstəricisi və rəhmətdir. info
التفاسير:

external-link copy
4 : 31

ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ

O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə yəqinliklə inanırlar. info
التفاسير:

external-link copy
5 : 31

أُوْلَٰٓئِكَ عَلَىٰ هُدٗى مِّن رَّبِّهِمۡۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ

Onlar öz Rəbbindən (gələn) doğru yol üzərindədirlər. Məhz onlar nicat tapanlardır. info
التفاسير:

external-link copy
6 : 31

وَمِنَ ٱلنَّاسِ مَن يَشۡتَرِي لَهۡوَ ٱلۡحَدِيثِ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَيَتَّخِذَهَا هُزُوًاۚ أُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٞ مُّهِينٞ

İnsanlar arasında eləsi də var ki, heç bir elmi olmadan (başqalarını) Allah yolundan azdırmaq və (Allahın ayələrini) lağa qoymaq üçün boş-boş sözləri satın alır. Məhz onları alçaldıcı bir əzab gözləyir. info
التفاسير:

external-link copy
7 : 31

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا وَلَّىٰ مُسۡتَكۡبِرٗا كَأَن لَّمۡ يَسۡمَعۡهَا كَأَنَّ فِيٓ أُذُنَيۡهِ وَقۡرٗاۖ فَبَشِّرۡهُ بِعَذَابٍ أَلِيمٍ

Ayələrimiz ona oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ. info
التفاسير:

external-link copy
8 : 31

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ جَنَّٰتُ ٱلنَّعِيمِ

İman gətirib saleh əməllər edənlər üçün Nəim cənnətləri vardır. info
التفاسير:

external-link copy
9 : 31

خَٰلِدِينَ فِيهَاۖ وَعۡدَ ٱللَّهِ حَقّٗاۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, Qüdrət və Hikmət sahibidir. info
التفاسير:

external-link copy
10 : 31

خَلَقَ ٱلسَّمَٰوَٰتِ بِغَيۡرِ عَمَدٖ تَرَوۡنَهَاۖ وَأَلۡقَىٰ فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِكُمۡ وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٖۚ وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجٖ كَرِيمٍ

O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaratmış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada müxtəlif növ gözəl bitkilər bitirdik. info
التفاسير:

external-link copy
11 : 31

هَٰذَا خَلۡقُ ٱللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ ٱلَّذِينَ مِن دُونِهِۦۚ بَلِ ٱلظَّٰلِمُونَ فِي ضَلَٰلٖ مُّبِينٖ

Bunlar Allahın yaratdıqlarıdır. İndi siz Mənə Allahdan başqalarının nə yaratdığını göstərin. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər. info
التفاسير: