Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an mu rurimi rw'iki Azerbaijani- Ali Khan Mosaiv

numero y'urupapuro: 46:2 close

external-link copy
275 : 2

ٱلَّذِينَ يَأۡكُلُونَ ٱلرِّبَوٰاْ لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ ٱلَّذِي يَتَخَبَّطُهُ ٱلشَّيۡطَٰنُ مِنَ ٱلۡمَسِّۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُوٓاْ إِنَّمَا ٱلۡبَيۡعُ مِثۡلُ ٱلرِّبَوٰاْۗ وَأَحَلَّ ٱللَّهُ ٱلۡبَيۡعَ وَحَرَّمَ ٱلرِّبَوٰاْۚ فَمَن جَآءَهُۥ مَوۡعِظَةٞ مِّن رَّبِّهِۦ فَٱنتَهَىٰ فَلَهُۥ مَا سَلَفَ وَأَمۡرُهُۥٓ إِلَى ٱللَّهِۖ وَمَنۡ عَادَ فَأُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ

Sələm yeyənlər (qəbirlərindən), şeytan toxunmuş dəlinin qalxdığı kimi qalxarlar. Bu, onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra (sələmçiliyə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur. Onun işi Allaha qalar. Kim yenə (sələmçiliyə) qayıdarsa, məhz onlar cəhənnəmlik olar və orada əbədi qalarlar. info
التفاسير:

external-link copy
276 : 2

يَمۡحَقُ ٱللَّهُ ٱلرِّبَوٰاْ وَيُرۡبِي ٱلصَّدَقَٰتِۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ

Allah sələmi puç edər, sədəqələri isə artırar. Allah küfr və günah işlərdə israr edən kimsələri sevməz. info
التفاسير:

external-link copy
277 : 2

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ لَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ

Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənlərin Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. info
التفاسير:

external-link copy
278 : 2

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَذَرُواْ مَا بَقِيَ مِنَ ٱلرِّبَوٰٓاْ إِن كُنتُم مُّؤۡمِنِينَ

Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan məbləğdən vaz keçin. info
التفاسير:

external-link copy
279 : 2

فَإِن لَّمۡ تَفۡعَلُواْ فَأۡذَنُواْ بِحَرۡبٖ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦۖ وَإِن تُبۡتُمۡ فَلَكُمۡ رُءُوسُ أَمۡوَٰلِكُمۡ لَا تَظۡلِمُونَ وَلَا تُظۡلَمُونَ

Əgər belə etməsəniz, Allahın və Onun rəsulunun sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar. info
التفاسير:

external-link copy
280 : 2

وَإِن كَانَ ذُو عُسۡرَةٖ فَنَظِرَةٌ إِلَىٰ مَيۡسَرَةٖۚ وَأَن تَصَدَّقُواْ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ

Əgər borclu olan kəs borcu qaytarmağa qadir deyilsə, vəziyyəti düzələnə qədər (ona) möhlət verin. Kaşki (borcu) sədəqə olaraq bağışlamağınızın sizin üçün nə qədər xeyirli olduğunu biləydiz! info
التفاسير:

external-link copy
281 : 2

وَٱتَّقُواْ يَوۡمٗا تُرۡجَعُونَ فِيهِ إِلَى ٱللَّهِۖ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفۡسٖ مَّا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ

Allahın hüzuruna qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi veriləcək və onlara zülm edilməyəcəkdir. info
التفاسير: