Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igiazeri, bikaba ari incamacye y'ibisobanuro bya Qur'an Ntagatifu.

numero y'urupapuro:close

external-link copy
41 : 70

عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيۡرٗا مِّنۡهُمۡ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ

Biz onları Allaha itaət edən kimsələrlə əvəz edib ölzlərini də məhv edə bilərik. Biz bundan aciz deyilik. Biz onları başqaları ilə dəyişdirmək və özlərini də məhv etmək istəsək, Bizə üstün gələn tapılmaz. info
التفاسير:

external-link copy
42 : 70

فَذَرۡهُمۡ يَخُوضُواْ وَيَلۡعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي يُوعَدُونَ

Ey Peyğəmbər! Sən onları tərk et, qoy Quranda özlərinə vəd verilmiş qiyamət gününə yetişənədək qoy batil və azğın sözlər danışsınlar və dünya həyatlarında əylənsinlər. info
التفاسير:

external-link copy
43 : 70

يَوۡمَ يَخۡرُجُونَ مِنَ ٱلۡأَجۡدَاثِ سِرَاعٗا كَأَنَّهُمۡ إِلَىٰ نُصُبٖ يُوفِضُونَ

O gün onlar hədəfə goğru yarışırlarmış kimi tələsə-tələsə qəbirlərdən çıxacaqlar. info
التفاسير:

external-link copy
44 : 70

خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٞۚ ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلَّذِي كَانُواْ يُوعَدُونَ

O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların dünyada ikən xəbərdar edildikləri gün! Onlar bu günün gələcəyinə əhəmiyyət vermirdilər. info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• خطر الغفلة عن الآخرة.
Axirətdən qafil olmağın təhlükəsi. info

• عبادة الله وتقواه سبب لغفران الذنوب.
Allaha ibadət etmək və Ondan qorxmaq, günahların bağışlanması üçün səbəbdir. info

• الاستمرار في الدعوة وتنويع أساليبها حق واجب على الدعاة.
Dəvəti davamlı şəkildə, həm də müxtəlif üslublarla etmək dəvətçilərin öhdəsinə düşən vacib əməldir. info