Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igiazeri, bikaba ari incamacye y'ibisobanuro bya Qur'an Ntagatifu.

numero y'urupapuro:close

external-link copy
31 : 7

۞ يَٰبَنِيٓ ءَادَمَ خُذُواْ زِينَتَكُمۡ عِندَ كُلِّ مَسۡجِدٖ وَكُلُواْ وَٱشۡرَبُواْ وَلَا تُسۡرِفُوٓاْۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُسۡرِفِينَ

Ey Adəm övladları! Övrət yerinizi örtən libasınızı, namaz qılarkən və təvaf edərkən təmiz və gözəl geyim­lə­rinizi ge­yin. Allahın sizə halal etdiyi pak ruzilərdən istədiyiniz qədər yeyin-için, lakin həddi aşaraq is­rafa yol verməyin və halalı tərk edib harama keçməyin. Şübhəsiz ki, Allah həddi aşaraq israf edənləri sevməz! info
التفاسير:

external-link copy
32 : 7

قُلۡ مَنۡ حَرَّمَ زِينَةَ ٱللَّهِ ٱلَّتِيٓ أَخۡرَجَ لِعِبَادِهِۦ وَٱلطَّيِّبَٰتِ مِنَ ٱلرِّزۡقِۚ قُلۡ هِيَ لِلَّذِينَ ءَامَنُواْ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا خَالِصَةٗ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡلَمُونَ

Ey Peyğəmbər! Allahın, libas, pak ruzi və s. bu kimi halal etdiyi şeyləri haram edən müşriklərə cavab olaraq de: "Zinət əşyası olan libasınızı və Allahın sizə ruzi olaraq bəxş etdiyi pak yeməkləri və içkiləri sizə kim haram etmişdir?! Ey Peyğəmbər! De: "Bu pak ruzilərə dünya həya­tında bütün insanlar - möminlər və kafirlər şərik olsalar da, Qiyamət günü isə bunlar yalnız mömin­lərə məxsus­ olacaq və heç bir kafirin bu ruzilərdən payı olmayacaq. Çünki Cənnət kafirlərə haramdır". Biz ayələri dərk edən adamlar üçün belə bir təfsilatla izah edirik. Çünki bu ayələrdən ibrət alan elə məhz onlardır. info
التفاسير:

external-link copy
33 : 7

قُلۡ إِنَّمَا حَرَّمَ رَبِّيَ ٱلۡفَوَٰحِشَ مَا ظَهَرَ مِنۡهَا وَمَا بَطَنَ وَٱلۡإِثۡمَ وَٱلۡبَغۡيَ بِغَيۡرِ ٱلۡحَقِّ وَأَن تُشۡرِكُواْ بِٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗا وَأَن تَقُولُواْ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ

Ey Peyğəmbər! Allahın halal etdiyi şeyləri haram edən müşriklərə de: "Həqiqətən Allah qullarına həm aşkar, həm də gizli edilən çirkin, nalayiq əməl­ləri, bütün günahı, insanların canlarına, mallarına və namuslarına haq­sız­casına toxunaraq insalara zülm etməyi, heç bir dəlilliniz olmadan başqasını Allaha şərik qoş­mağınızı və Allahın adları, sifətləri, feilləri və şərəti barədə elmsiz danışmağı haram bu­yur­muşdur". info
التفاسير:

external-link copy
34 : 7

وَلِكُلِّ أُمَّةٍ أَجَلٞۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ لَا يَسۡتَأۡخِرُونَ سَاعَةٗ وَلَا يَسۡتَقۡدِمُونَ

Hər bir nəslin və əsrin əcəli qabaqcadan müəyyə edilmiş məhdud bir müddəti var­dır. On­ların qabaqcadan müəyyən edilmiş əcəli gəldiyi za­man bir­cə an nə yuba­nar, nə də qabağa keçə bi­lərlər. info
التفاسير:

external-link copy
35 : 7

يَٰبَنِيٓ ءَادَمَ إِمَّا يَأۡتِيَنَّكُمۡ رُسُلٞ مِّنكُمۡ يَقُصُّونَ عَلَيۡكُمۡ ءَايَٰتِي فَمَنِ ٱتَّقَىٰ وَأَصۡلَحَ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ

Ey Adəm övladları! Əgər sizə öz qövmünüzdən olan Mənim elçilərim gəlib Mənim kitablarımdan onlara nazil edilən ayələ­ri­ sizə oxuduqda onlara itaət edin və onların gətirdiklərinə tabe olun. Allahın əmrlərinə tabe olub və qadağalarından çəkinərək Allahdan qorxub və öz əməllərini islah edən şəxs­lə­rin Qiyamət günü heç bir qorxusu yox­dur və onlar dünyada ikən əldə edə bilmədikləri dünya nemətlərinə görə kədərlənməyə­cəklər. info
التفاسير:

external-link copy
36 : 7

وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱسۡتَكۡبَرُواْ عَنۡهَآ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ

Amma ayələrimizi təkzib edib bu ayələrə iman etməyən və elçiləri onlara gətirdiklərinə təkəbbürlük yanaşıb əməl etməyən kafirlərə gəldikdə isə onlar odda əbədi qalacaq cəhənnəm sakinləridirlər. info
التفاسير:

external-link copy
37 : 7

فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓۚ أُوْلَٰٓئِكَ يَنَالُهُمۡ نَصِيبُهُم مِّنَ ٱلۡكِتَٰبِۖ حَتَّىٰٓ إِذَا جَآءَتۡهُمۡ رُسُلُنَا يَتَوَفَّوۡنَهُمۡ قَالُوٓاْ أَيۡنَ مَا كُنتُمۡ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِۖ قَالُواْ ضَلُّواْ عَنَّا وَشَهِدُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ أَنَّهُمۡ كَانُواْ كَٰفِرِينَ

Allahın şəriki olduğunu iddia edən və ya Onu naqislikdə itiham edən, yaxud Allahın demədiyi bir şeyi Onun adından deyib Allaha qarşı yalan uy­du­ran, yaxud da Allahın doğru yoluna aparan açıq-aydın ayələrini ya­lan hesab edən kim­sədən daha zalım heç kəs ola bilməz. Bu sifətləri özündə cəm edən kimsələr Lövhi-Məh­fuzda yazılmış xeyir və şər nə­siblərini alacaqlar. Nəhayət, ölüm mələyi və onun mələklərdən olan köməkçiləri onla­rın canını al­maq üçün yan­la­rı­na gəldiyi zaman onlara məzəmmət edərək: "Allah­­dan savayı ibadət etdiyiniz ilahlar ha­rada­dır?! Elə isə onları çağırın sizin imdadınıza yetişsinlər" – dedikdə. Müşriklər mələklərə: "İbadət etdiyimiz bütlər bizi qoyub getdilər, yox oldular və biz onların harada olduqlarını bilmirik!"– deyəcəklər. Beləliklə də, onlar özlərinin ka­fir ol­duqlarını təsdiq edəcək, lakin onların o vaxt təsqiq etmələri onlara heç bir fayda verməyəcəkdir.
info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• المؤمن مأمور بتعظيم شعائر الله من خلال ستر العورة والتجمل في أثناء صلاته وخاصة عند التوجه للمسجد.
• Mömin övrət yerini örtməklə və namaz vaxtı xüsusən də məscidə getdərkən gözəl libasını geyinməklə Allahın dini ayinlərinə hörmət və ehtiramla yanaşmağa əmr olunmuşdur. info

• من فسر القرآن بغير علم أو أفتى بغير علم أو حكم بغير علم فقد قال على الله بغير علم وهذا من أعظم المحرمات.
• Kim Quranı elmsiz izah edərsə yaxud elmsiz fətva verərsə yaxud elmsiz hökm verərsə artıq o, Allah adından elmsiz danışmışdır və bu da ən böyük haramlardandır. info

• في الآيات دليل على أن المؤمنين يوم القيامة لا يخافون ولا يحزنون، ولا يلحقهم رعب ولا فزع، وإذا لحقهم فمآلهم الأمن.
• Bu ayələrdə qiyamət günü möminlər qorxu, hüzün içində olmayacaqlarına və onlara heç bir qəm-qüssə toxunmayacağına, əksinə onlar qiyamət günü əmin-amanlıqda olmayacaqlarına dəlil vardır. info

• أظلم الناس من عطَّل مراد الله تعالى من جهتين: جهة إبطال ما يدل على مراده، وجهة إيهام الناس بأن الله أراد منهم ما لا يريده الله.
• Uca Allahın istədiyini təhrif edən ən zalım insanlar iki qisimdir: Birinci qisim: Allahın istəyinə dəlalət edən mənaları dəyişənlər. İkinci qisim: İnsanlara Allahın onlardan istəmədiyi bir şeyi, Allahın onlardan istədiyi kimi göstərənlər. info