Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro bya Qur'an Ntagatifu mu rurimi rw'igiazeri, bikaba ari incamacye y'ibisobanuro bya Qur'an Ntagatifu.

numero y'urupapuro:close

external-link copy
246 : 2

أَلَمۡ تَرَ إِلَى ٱلۡمَلَإِ مِنۢ بَنِيٓ إِسۡرَٰٓءِيلَ مِنۢ بَعۡدِ مُوسَىٰٓ إِذۡ قَالُواْ لِنَبِيّٖ لَّهُمُ ٱبۡعَثۡ لَنَا مَلِكٗا نُّقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِۖ قَالَ هَلۡ عَسَيۡتُمۡ إِن كُتِبَ عَلَيۡكُمُ ٱلۡقِتَالُ أَلَّا تُقَٰتِلُواْۖ قَالُواْ وَمَا لَنَآ أَلَّا نُقَٰتِلَ فِي سَبِيلِ ٱللَّهِ وَقَدۡ أُخۡرِجۡنَا مِن دِيَٰرِنَا وَأَبۡنَآئِنَاۖ فَلَمَّا كُتِبَ عَلَيۡهِمُ ٱلۡقِتَالُ تَوَلَّوۡاْ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّٰلِمِينَ

Ey Peyğəmbər! Məgər Musadan - aleyhissəlam - sonra İsrail oğullarından əsil-nəcabətli insanların xəbəri sənə gəlib çatmadımı?! O zaman onlar öz peyğəmbərlərinə dedilər: "Bizə elə bir hökmdar təyin et ki, biz də onunla birğə Allah yolunda vuruşaq!" O da onlara belə dedi: "Allah sizə vuruşmaqı vacib etsə, ola bilsin ki, vuruşmayasınız?" Onlar peyğəmbərlərinin özləri barədə bu zənninə inkar edərək dedilər: "Bizə Allah yolunda vuruşmaqa mane olan nədir ki, artıq vuruşmaqı tələb edən səbəblər də vardır?. Çünki düşmənlərimiz bizi vətənimizdən çıxarmış və övladlarımızı da əsir almışdır, elə isə biz, vətənimizi və övladlarımızı onlardan xilas etmək üçün vuruşmalıyıq". Amma Allah vuruşmaqı onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdib, verdikləri əhdi yerinə yetirmədilər. Allah, Onun əmrindən üz çevirən, əhdini pozan zalımları tanıyır və onların etdikləri əməllərin müqabilini verəcəkdir. info
التفاسير:

external-link copy
247 : 2

وَقَالَ لَهُمۡ نَبِيُّهُمۡ إِنَّ ٱللَّهَ قَدۡ بَعَثَ لَكُمۡ طَالُوتَ مَلِكٗاۚ قَالُوٓاْ أَنَّىٰ يَكُونُ لَهُ ٱلۡمُلۡكُ عَلَيۡنَا وَنَحۡنُ أَحَقُّ بِٱلۡمُلۡكِ مِنۡهُ وَلَمۡ يُؤۡتَ سَعَةٗ مِّنَ ٱلۡمَالِۚ قَالَ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰهُ عَلَيۡكُمۡ وَزَادَهُۥ بَسۡطَةٗ فِي ٱلۡعِلۡمِ وَٱلۡجِسۡمِۖ وَٱللَّهُ يُؤۡتِي مُلۡكَهُۥ مَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ

Peyğəmbərləri onlara dedi: "Allah Talutu onun bayrağı altında vuruşmanız üçün sizə hökmdar təyin etdi!". Onlardan əsil-nəcabətli olanlar, peyğəmbərlərinin bu seçiminə üz çevirib, inkar edərək dedilər: "O bizim üzərimizdə necə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik, çünki o, hökümdar övladı deyildir və ona hökümdar olması üçün heç böyük var-dövlət də verilməmişdir". Bu zaman Peyğəmbərləri onlara dedi: "Allah onu sizin üzərinizə hökmdar seçdi və elm və bədəncə sizdən üstün etdi. Allah Öz mülkünü hikməti və rəhməti ilə istədiyi kəsə verir. Allahın lütfü genişdir və bu lütfü istədiyinə bəxş edir və insanlardan buna kimin layiq olduğunu da bilir. info
التفاسير:

external-link copy
248 : 2

وَقَالَ لَهُمۡ نَبِيُّهُمۡ إِنَّ ءَايَةَ مُلۡكِهِۦٓ أَن يَأۡتِيَكُمُ ٱلتَّابُوتُ فِيهِ سَكِينَةٞ مِّن رَّبِّكُمۡ وَبَقِيَّةٞ مِّمَّا تَرَكَ ءَالُ مُوسَىٰ وَءَالُ هَٰرُونَ تَحۡمِلُهُ ٱلۡمَلَٰٓئِكَةُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ

Peyğəmbərləri onlara dedi: "Allahın onu sizin üzərinizdə hökmdar seçməsinin doğruluğunun əlaməti, Allahın, sizə içərisində bir rahatlıq olan tabutu - bu, İsrail oğullarından alınmış böyük bir sandığ idi - qaytarmasıdır. Bu tabutun içərisində, Musa və Harun ailəsinin qoyduğu, əsa və Tövratın bəzi lövhələri kimi qalıqlar var idi. Əgər siz həqiqətən möminsinizsə, bunda sizin üçün açıq-aydın əlamət vardır. info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• التنبيه إلى أهم صفات القائد التي تؤهله لقيادة الناس؛ وهي العلم بما يكون قائدًا فيه، والقوة عليه.
• Başçının insanları idarə etmək üçün ona lazım olduğu ən mühüm keyfiyyət, onun elimli və qüvvətli olmasıdır. info

• إرشاد من يتولى قيادة الناس إلى ألا يغتر بأقوالهم حتى يبلوهم، ويختبر أفعالهم بعد أقوالهم.
• Başçı kimsələri, başçılıq etdiyi insanları imtahan etməyincə sözlərinə aldanmamsına və onların sözlərini əməllərindən sonra yoxlamayınca inanmamaqa yönəltmək. info

• أن الاعتبارات التي قد تشتهر بين الناس في وزن الآخرين والحكم عليهم قد لا تكون هي الموازين الصحيحة عند الله تعالى، بل هو سبحانه يصطفي من يشاء من خلقه بحكمته وعلمه.
• İnsanların başqa insanları dəyərləndirib, onlara qiymət verməsi heç də Uca Allah yanında elə olduğu demək deyildir. Əksinə Pak olan Allah Öz hikməti və elmi ilə qullarından istədiyini seçər. info