Tradução dos significados do Nobre Qur’an. - Tradução do Azerbaijão - Ali Khan Musaev

əl-Qəmər

external-link copy
1 : 54

ٱقۡتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلۡقَمَرُ

Qiyamət saatı yaxınlaşdı və ay yarıldı. info
التفاسير:

external-link copy
2 : 54

وَإِن يَرَوۡاْ ءَايَةٗ يُعۡرِضُواْ وَيَقُولُواْ سِحۡرٞ مُّسۡتَمِرّٞ

Əgər (müşriklər) bir möcüzə görsələr, üz döndərib: “Bu, davam edən bir sehrdir”– deyərlər. info
التفاسير:

external-link copy
3 : 54

وَكَذَّبُواْ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡۚ وَكُلُّ أَمۡرٖ مُّسۡتَقِرّٞ

Onlar (haqqı) yalan saydılar və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır. info
التفاسير:

external-link copy
4 : 54

وَلَقَدۡ جَآءَهُم مِّنَ ٱلۡأَنۢبَآءِ مَا فِيهِ مُزۡدَجَرٌ

Onlara (küfrdən) çəkindirən (neçə-neçə) xəbərlər gəldi. info
التفاسير:

external-link copy
5 : 54

حِكۡمَةُۢ بَٰلِغَةٞۖ فَمَا تُغۡنِ ٱلنُّذُرُ

Bu (Quran) böyük bir hikmətdir. (Üz çevirənlərə) təhdidlər heç bir fayda verməz. info
التفاسير:

external-link copy
6 : 54

فَتَوَلَّ عَنۡهُمۡۘ يَوۡمَ يَدۡعُ ٱلدَّاعِ إِلَىٰ شَيۡءٖ نُّكُرٍ

(Ey Peyğəmbər!) Sən onlardan üz çevir. Carçının (İsrafilin) onları dəhşətli bir şeyə çağıracağı gün info
التفاسير:

external-link copy
7 : 54

خُشَّعًا أَبۡصَٰرُهُمۡ يَخۡرُجُونَ مِنَ ٱلۡأَجۡدَاثِ كَأَنَّهُمۡ جَرَادٞ مُّنتَشِرٞ

onlar zəlilanə baxışlarla, ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar. info
التفاسير:

external-link copy
8 : 54

مُّهۡطِعِينَ إِلَى ٱلدَّاعِۖ يَقُولُ ٱلۡكَٰفِرُونَ هَٰذَا يَوۡمٌ عَسِرٞ

Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!”– deyəcəklər. info
التفاسير:

external-link copy
9 : 54

۞ كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ فَكَذَّبُواْ عَبۡدَنَا وَقَالُواْ مَجۡنُونٞ وَٱزۡدُجِرَ

Onlardan əvvəl Nuh qövmü (elçiləri) yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər. info
التفاسير:

external-link copy
10 : 54

فَدَعَا رَبَّهُۥٓ أَنِّي مَغۡلُوبٞ فَٱنتَصِرۡ

(Nuh) Rəbbinə dua edib: “Mən məğlub oldum! Mənə yardım et!”– dedi. info
التفاسير:

external-link copy
11 : 54

فَفَتَحۡنَآ أَبۡوَٰبَ ٱلسَّمَآءِ بِمَآءٖ مُّنۡهَمِرٖ

Biz göyün qapılarını leysan bir yağışla açdıq. info
التفاسير:

external-link copy
12 : 54

وَفَجَّرۡنَا ٱلۡأَرۡضَ عُيُونٗا فَٱلۡتَقَى ٱلۡمَآءُ عَلَىٰٓ أَمۡرٖ قَدۡ قُدِرَ

Yeri yarıb bulaqlar qaynatdıq. (Göydən tökülən və yerdən çıxan hər iki) su əzəldən (Lövhi-məhfuzda) təqdir edilmiş bir iş üçün bir-birinə qovuşdu. info
التفاسير:

external-link copy
13 : 54

وَحَمَلۡنَٰهُ عَلَىٰ ذَاتِ أَلۡوَٰحٖ وَدُسُرٖ

Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq. info
التفاسير:

external-link copy
14 : 54

تَجۡرِي بِأَعۡيُنِنَا جَزَآءٗ لِّمَن كَانَ كُفِرَ

İnkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq (gəmi) Gözlərimiz önündə üzüb gedirdi. info
التفاسير:

external-link copy
15 : 54

وَلَقَد تَّرَكۡنَٰهَآ ءَايَةٗ فَهَلۡ مِن مُّدَّكِرٖ

Biz onu (Nuhun hekayəsini nəsillərə) ibrət üçün saxladıq. Heç ibrət alan varmı?! info
التفاسير:

external-link copy
16 : 54

فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ

(Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu! info
التفاسير:

external-link copy
17 : 54

وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ

Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı? info
التفاسير:

external-link copy
18 : 54

كَذَّبَتۡ عَادٞ فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ

Ad (qövmü) də (elçiləri) yalan saydı. (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu! info
التفاسير:

external-link copy
19 : 54

إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحٗا صَرۡصَرٗا فِي يَوۡمِ نَحۡسٖ مُّسۡتَمِرّٖ

Biz onların üstünə uğursuzluğu davamlı bir gündə çox soyuq külək göndərdik. info
التفاسير:

external-link copy
20 : 54

تَنزِعُ ٱلنَّاسَ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٖ مُّنقَعِرٖ

O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı. info
التفاسير:

external-link copy
21 : 54

فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ

(Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu! info
التفاسير:

external-link copy
22 : 54

وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ

Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı? info
التفاسير:

external-link copy
23 : 54

كَذَّبَتۡ ثَمُودُ بِٱلنُّذُرِ

Səmud (qövmü də) peyğəmbərləri (Salehi) yalan saydı. info
التفاسير:

external-link copy
24 : 54

فَقَالُوٓاْ أَبَشَرٗا مِّنَّا وَٰحِدٗا نَّتَّبِعُهُۥٓ إِنَّآ إِذٗا لَّفِي ضَلَٰلٖ وَسُعُرٍ

Onlar dedilər: “Özümüzdən olan bir adama tabe olacağıq?! Elə isə biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq! info
التفاسير:

external-link copy
25 : 54

أَءُلۡقِيَ ٱلذِّكۡرُ عَلَيۡهِ مِنۢ بَيۡنِنَا بَلۡ هُوَ كَذَّابٌ أَشِرٞ

Yoxsa zikir (vəhy) aramızdan yalnız ona nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!” info
التفاسير:

external-link copy
26 : 54

سَيَعۡلَمُونَ غَدٗا مَّنِ ٱلۡكَذَّابُ ٱلۡأَشِرُ

Sabah (Qiyamət günü) onlar kimin yalançı və lovğa olduğunu biləcəklər. info
التفاسير:

external-link copy
27 : 54

إِنَّا مُرۡسِلُواْ ٱلنَّاقَةِ فِتۡنَةٗ لَّهُمۡ فَٱرۡتَقِبۡهُمۡ وَٱصۡطَبِرۡ

Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. (Ey Saleh!) Onların (nə edəcəklərini) gözlə və (əziyyətlərinə) səbir et! info
التفاسير:

external-link copy
28 : 54

وَنَبِّئۡهُمۡ أَنَّ ٱلۡمَآءَ قِسۡمَةُۢ بَيۡنَهُمۡۖ كُلُّ شِرۡبٖ مُّحۡتَضَرٞ

Onlara xəbər ver ki, su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!” info
التفاسير:

external-link copy
29 : 54

فَنَادَوۡاْ صَاحِبَهُمۡ فَتَعَاطَىٰ فَعَقَرَ

Onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da dəvəni tutub kəsdi. info
التفاسير:

external-link copy
30 : 54

فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ

(Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu! info
التفاسير:

external-link copy
31 : 54

إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ صَيۡحَةٗ وَٰحِدَةٗ فَكَانُواْ كَهَشِيمِ ٱلۡمُحۡتَظِرِ

Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular. info
التفاسير:

external-link copy
32 : 54

وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ

Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı? info
التفاسير:

external-link copy
33 : 54

كَذَّبَتۡ قَوۡمُ لُوطِۭ بِٱلنُّذُرِ

Lut qövmü də peyğəmbərləri yalan saydı. info
التفاسير:

external-link copy
34 : 54

إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٖۖ نَّجَّيۡنَٰهُم بِسَحَرٖ

Biz, Lutun ailəsi müstəsna olmaqla onların üstünə daş (yağdıran külək) göndərdik. Onları sübh çağı xilas etdik – info
التفاسير:

external-link copy
35 : 54

نِّعۡمَةٗ مِّنۡ عِندِنَاۚ كَذَٰلِكَ نَجۡزِي مَن شَكَرَ

Bizdən bir nemət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq. info
التفاسير:

external-link copy
36 : 54

وَلَقَدۡ أَنذَرَهُم بَطۡشَتَنَا فَتَمَارَوۡاْ بِٱلنُّذُرِ

(Lut) onları əzabımızla qorxutdu, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar. info
التفاسير:

external-link copy
37 : 54

وَلَقَدۡ رَٰوَدُوهُ عَن ضَيۡفِهِۦ فَطَمَسۡنَآ أَعۡيُنَهُمۡ فَذُوقُواْ عَذَابِي وَنُذُرِ

Onlar Lutdan onun qonaqlarını (mələkləri) tələb etdilər. Biz də onların gözlərini kor etdik (və:) “Əzabımı və təhdidlərimi dadın!”–
(dedik).
info
التفاسير:

external-link copy
38 : 54

وَلَقَدۡ صَبَّحَهُم بُكۡرَةً عَذَابٞ مُّسۡتَقِرّٞ

Sübh çağı onları daimi bir əzab yaxaladı. info
التفاسير:

external-link copy
39 : 54

فَذُوقُواْ عَذَابِي وَنُذُرِ

(Onlara:) Elə isə əzabımı və təhdidlərimi dadın! (dedik). info
التفاسير:

external-link copy
40 : 54

وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ

Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı? info
التفاسير:

external-link copy
41 : 54

وَلَقَدۡ جَآءَ ءَالَ فِرۡعَوۡنَ ٱلنُّذُرُ

Xəbərdarlıqlar Firon nəslinə də gəldi. info
التفاسير:

external-link copy
42 : 54

كَذَّبُواْ بِـَٔايَٰتِنَا كُلِّهَا فَأَخَذۡنَٰهُمۡ أَخۡذَ عَزِيزٖ مُّقۡتَدِرٍ

Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları qüvvət və qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq. info
التفاسير:

external-link copy
43 : 54

أَكُفَّارُكُمۡ خَيۡرٞ مِّنۡ أُوْلَٰٓئِكُمۡ أَمۡ لَكُم بَرَآءَةٞ فِي ٱلزُّبُرِ

(Ey Məkkə əhli!) Sizin kafirləriniz onlardan (Nuhun, Adın, Səmudun, Lutun, Firon və onun qövmündən) xeyirlidirmi?! Yoxsa kitablarda sizin üçün bəraət vardır?! info
التفاسير:

external-link copy
44 : 54

أَمۡ يَقُولُونَ نَحۡنُ جَمِيعٞ مُّنتَصِرٞ

Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!”– deyirlər?! info
التفاسير:

external-link copy
45 : 54

سَيُهۡزَمُ ٱلۡجَمۡعُ وَيُوَلُّونَ ٱلدُّبُرَ

Bu dəstə məğlub olacaq və arxa çevirib qaçacaq. info
التفاسير:

external-link copy
46 : 54

بَلِ ٱلسَّاعَةُ مَوۡعِدُهُمۡ وَٱلسَّاعَةُ أَدۡهَىٰ وَأَمَرُّ

Xeyr! Onlara vəd edilmiş vaxt Qiyamət saatıdır. Qiyamət saatı isə daha ağır, daha acıdır. info
التفاسير:

external-link copy
47 : 54

إِنَّ ٱلۡمُجۡرِمِينَ فِي ضَلَٰلٖ وَسُعُرٖ

Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər. info
التفاسير:

external-link copy
48 : 54

يَوۡمَ يُسۡحَبُونَ فِي ٱلنَّارِ عَلَىٰ وُجُوهِهِمۡ ذُوقُواْ مَسَّ سَقَرَ

O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin toxunmasını (əzabını) dadın!”– (deyiləcəkdir). info
التفاسير:

external-link copy
49 : 54

إِنَّا كُلَّ شَيۡءٍ خَلَقۡنَٰهُ بِقَدَرٖ

Biz hər şeyi (əzəldən təqdir etdiyimiz) bir qədər ilə yaratdıq. info
التفاسير:

external-link copy
50 : 54

وَمَآ أَمۡرُنَآ إِلَّا وَٰحِدَةٞ كَلَمۡحِۭ بِٱلۡبَصَرِ

Biz yalnız bir dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetər. info
التفاسير:

external-link copy
51 : 54

وَلَقَدۡ أَهۡلَكۡنَآ أَشۡيَاعَكُمۡ فَهَلۡ مِن مُّدَّكِرٖ

Biz (küfür etməkdə neçə-neçə) sizə oxşayanları məhv etdik. Heç ibrət alan varmı?! info
التفاسير:

external-link copy
52 : 54

وَكُلُّ شَيۡءٖ فَعَلُوهُ فِي ٱلزُّبُرِ

Onların etdiyi hər bir əməl (əməllərinin yazıldığı) kitablardadır. info
التفاسير:

external-link copy
53 : 54

وَكُلُّ صَغِيرٖ وَكَبِيرٖ مُّسۡتَطَرٌ

Hər bir kiçik və böyük (əməl lövhi-məhfuzda) yazılmışdır. info
التفاسير:

external-link copy
54 : 54

إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَنَهَرٖ

Şübhəsiz ki, müttəqilər cənnətlərdə və çaylar kənarında, info
التفاسير:

external-link copy
55 : 54

فِي مَقۡعَدِ صِدۡقٍ عِندَ مَلِيكٖ مُّقۡتَدِرِۭ

Qadir Hökmdarın hüzurunda, haqq məclisində olacaqlar! info
التفاسير: