Tradução dos significados do Nobre Qur’an. - Tradução do Azerbaijão - Ali Khan Musaev

Número de página:close

external-link copy
23 : 27

إِنِّي وَجَدتُّ ٱمۡرَأَةٗ تَمۡلِكُهُمۡ وَأُوتِيَتۡ مِن كُلِّ شَيۡءٖ وَلَهَا عَرۡشٌ عَظِيمٞ

Mən onlara hökmdarlıq edən, özünə hər şey verilmiş və çox böyük taxtı olan bir qadın gördüm. info
التفاسير:

external-link copy
24 : 27

وَجَدتُّهَا وَقَوۡمَهَا يَسۡجُدُونَ لِلشَّمۡسِ مِن دُونِ ٱللَّهِ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ فَهُمۡ لَا يَهۡتَدُونَ

Mən onun və qövmünü Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları (haqq) yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər. info
التفاسير:

external-link copy
25 : 27

أَلَّاۤ يَسۡجُدُواْۤ لِلَّهِ ٱلَّذِي يُخۡرِجُ ٱلۡخَبۡءَ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَيَعۡلَمُ مَا تُخۡفُونَ وَمَا تُعۡلِنُونَ

Göylərdə və yerdə gizli olanı aşkara çıxaran, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da Bilən Allaha səcdə etməsinlər deyə (şeytan onları yoldan çıxarmışdır). info
التفاسير:

external-link copy
26 : 27

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ۩

Böyük Ərşin Rəbbi olan Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur”. info
التفاسير:

external-link copy
27 : 27

۞ قَالَ سَنَنظُرُ أَصَدَقۡتَ أَمۡ كُنتَ مِنَ ٱلۡكَٰذِبِينَ

(Süleyman) dedi: “Baxacağıq görək doğru deyirsən, yoxsa yalançılardansan. info
التفاسير:

external-link copy
28 : 27

ٱذۡهَب بِّكِتَٰبِي هَٰذَا فَأَلۡقِهۡ إِلَيۡهِمۡ ثُمَّ تَوَلَّ عَنۡهُمۡ فَٱنظُرۡ مَاذَا يَرۡجِعُونَ

Mənim bu məktubumu apar onların yanına at. Sonra bir qədər uzaqda dur və bax gör nə cavab verəcəklər!” info
التفاسير:

external-link copy
29 : 27

قَالَتۡ يَٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ إِنِّيٓ أُلۡقِيَ إِلَيَّ كِتَٰبٞ كَرِيمٌ

(Qadın) dedi: «Ey əyanlar! Mənə çox hörmətli bir məktub atıldı. info
التفاسير:

external-link copy
30 : 27

إِنَّهُۥ مِن سُلَيۡمَٰنَ وَإِنَّهُۥ بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

O (məktub) Süleymandandır və (onda deyilir:) “Mərhəmətli və Rəhmli Allahın adı ilə! info
التفاسير:

external-link copy
31 : 27

أَلَّا تَعۡلُواْ عَلَيَّ وَأۡتُونِي مُسۡلِمِينَ

Mənə qarşı təkəbbür göstərməyin və yanıma müsəlman olaraq gəlin!”» info
التفاسير:

external-link copy
32 : 27

قَالَتۡ يَٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَفۡتُونِي فِيٓ أَمۡرِي مَا كُنتُ قَاطِعَةً أَمۡرًا حَتَّىٰ تَشۡهَدُونِ

(Qadın) dedi: “Ey əyanlar! Bu iş barəsində mənə məsləhət verin. Mən sizinlə məsləhətləşmədən heç bir qəti qərar vermərəm”. info
التفاسير:

external-link copy
33 : 27

قَالُواْ نَحۡنُ أُوْلُواْ قُوَّةٖ وَأُوْلُواْ بَأۡسٖ شَدِيدٖ وَٱلۡأَمۡرُ إِلَيۡكِ فَٱنظُرِي مَاذَا تَأۡمُرِينَ

Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Buyuruq isə sənindir. Nə buyuracağını özün düşün!” info
التفاسير:

external-link copy
34 : 27

قَالَتۡ إِنَّ ٱلۡمُلُوكَ إِذَا دَخَلُواْ قَرۡيَةً أَفۡسَدُوهَا وَجَعَلُوٓاْ أَعِزَّةَ أَهۡلِهَآ أَذِلَّةٗۚ وَكَذَٰلِكَ يَفۡعَلُونَ

(Qadın) dedi: Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman oranı viran qoyar, xalqının hörmətli adamlarını da zəlil edərlər. Onlar bax belə edərlər. info
التفاسير:

external-link copy
35 : 27

وَإِنِّي مُرۡسِلَةٌ إِلَيۡهِم بِهَدِيَّةٖ فَنَاظِرَةُۢ بِمَ يَرۡجِعُ ٱلۡمُرۡسَلُونَ

Mən onlara bir hədiyyə göndərəcəyəm və baxacağam görüm elçilər nə ilə qayıdacaqlar. info
التفاسير: