Tradução dos significados do Nobre Qur’an. - Tradução azeri de interpretação abreviada do Nobre Alcorão.

Número de página:close

external-link copy
109 : 5

۞ يَوۡمَ يَجۡمَعُ ٱللَّهُ ٱلرُّسُلَ فَيَقُولُ مَاذَآ أُجِبۡتُمۡۖ قَالُواْ لَا عِلۡمَ لَنَآۖ إِنَّكَ أَنتَ عَلَّٰمُ ٱلۡغُيُوبِ

Ey İnsanlar! Qiyamət günü Allah bütün elçilərini topla­ya­­cağı gün onlara: "Sizi göndərdiyim ümmətləriniz sizə nə ca­vab verildi?"- deyəcəyini, onlar da cavabı Allaha həvalə edərək: "Bi­zim el­mimiz yoxdur. Ey Rəbbimiz! Şüb­həsiz ki, hər şeyi bilən Sənsən, qeyb­ləri bilən yalnız Sənsən!"– de­yə­cəklərini xatırlayın. info
التفاسير:

external-link copy
110 : 5

إِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱذۡكُرۡ نِعۡمَتِي عَلَيۡكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذۡ أَيَّدتُّكَ بِرُوحِ ٱلۡقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَ فِي ٱلۡمَهۡدِ وَكَهۡلٗاۖ وَإِذۡ عَلَّمۡتُكَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَۖ وَإِذۡ تَخۡلُقُ مِنَ ٱلطِّينِ كَهَيۡـَٔةِ ٱلطَّيۡرِ بِإِذۡنِي فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيۡرَۢا بِإِذۡنِيۖ وَتُبۡرِئُ ٱلۡأَكۡمَهَ وَٱلۡأَبۡرَصَ بِإِذۡنِيۖ وَإِذۡ تُخۡرِجُ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِيۖ وَإِذۡ كَفَفۡتُ بَنِيٓ إِسۡرَٰٓءِيلَ عَنكَ إِذۡ جِئۡتَهُم بِٱلۡبَيِّنَٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ

Bir zaman Allah İsaya - aleyhissəlam - xitab edərək belə dediyini xatırla: "Ey Mər­yəm oğlu İsa! Mən səni atasız xəlq etdiyim zaman sənə olan və ana­n Məryəmi - aleyhəssəlam - seçib öz dövründəki bütün qadınlardan üstün etdiyim nemətimi xatırla! Səni o za­man Cəbrail - aleyhissəlam - vasitəsi ilə qüv­vətləndirərək sənə bəxş etdiyim nemətimi xatırla! Sən həm - südəmər ikən - insanları Allaha dəvət edərək, həm də yet­kin ça­ğında səni onlara göndərdiyim dini da­nı­şırdın. Allahın sə­nə yazmağı, Musaya - aleyhissəlam -nazil etdiyi Töv­ratı, sənə nazil edilən İncili, sənə şəriətin sirlərini, faydalarını və hikmətlərini öyrət­məsi sənə olan nemətindəndir. Sənin palçıqdan quşa bənzər bir şey düzəl­dib sonra ona üfü­rüb onun quş olması, ana­dangəlmə kora, cüzam xəs­tə­li­yinə tutu­lanı dərisini sa­ğaldıb şəfa verməyin və ölü­lərin dirilməsi üçün Allaha dua etdərək onları diriltməyin sənə olan nemətimdəndir. Bunların hamısı Mənim iznimlədir. Sən İs­rail oğul­la­rı­nın yanına açıq-ay­dın möcüzələrlə gəldik­də onların səni öldürmək istədikləri zaman Allahın səni onlardan qoruması Onun sənə olan nemətindəndir. On­lar­ isə bunu inkar edərək: "İsanın gətirdiyi açıq-aydın sehrdən baş­qa bir şey deyildir"- demiş­di­lər. info
التفاسير:

external-link copy
111 : 5

وَإِذۡ أَوۡحَيۡتُ إِلَى ٱلۡحَوَارِيِّـۧنَ أَنۡ ءَامِنُواْ بِي وَبِرَسُولِي قَالُوٓاْ ءَامَنَّا وَٱشۡهَدۡ بِأَنَّنَا مُسۡلِمُونَ

Bir zaman Mən həvari­lə­rə, Mə­nə və sənə iman gətirsinlər, deyə ilham edərək onları sənə köməkçilər müyəssər etdiyim nemətimi yadına sal! Onlar da tabe olaraq: "İman gətirdik. Ey Rəbbimiz! Sən də şahid ol ki, biz Sənə boyun əyən müsəlman­la­rıq!"– cavab verdilər. info
التفاسير:

external-link copy
112 : 5

إِذۡ قَالَ ٱلۡحَوَارِيُّونَ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ هَلۡ يَسۡتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيۡنَا مَآئِدَةٗ مِّنَ ٱلسَّمَآءِۖ قَالَ ٱتَّقُواْ ٱللَّهَ إِن كُنتُم مُّؤۡمِنِينَ

Bir zaman həvarilərin: "Əgər Rəbbinə dua etsən O, bizə göy­dən bir süfrə en­dirə bilərmi?"– dediklərini yadına sal. İsa da - aleyhissəlam - on­la­ra Allahdan qorxmağı və istədiklərini tələb etməkdən əl çəkmələrini əmr edərək de­miş­dir: "Əgər mömin­sinizsə, ruzi tələb etməkdə Rəbbinizə təvəkkül edin!" info
التفاسير:

external-link copy
113 : 5

قَالُواْ نُرِيدُ أَن نَّأۡكُلَ مِنۡهَا وَتَطۡمَئِنَّ قُلُوبُنَا وَنَعۡلَمَ أَن قَدۡ صَدَقۡتَنَا وَنَكُونَ عَلَيۡهَا مِنَ ٱلشَّٰهِدِينَ

Həvarilər İsaya - aleyhissəlam - demişdilər: "Biz is­təyirik ki, o süfrədən yeyək, Allahın qüdrətinin kamilliyinə, sənin Allahı elçisi olduğuna qəlbimiz ra­hat ol­sun, sənin Allahdan gətirdiyini həqiqətən də bizə doğru söy­lədiyini tam yəqinliklə bilək və o möcü­zəni görməyən insanlar yanında şa­hid­lik edənlərdən olaq". info
التفاسير:
Das notas do versículo nesta página:
• إثبات جمع الله للخلق يوم القيامة جليلهم وحقيرهم.
• Qiyamət günü Allahın bütün insanları, şərəflilərini və şərəfsizlərini toplamasının isbatı. info

• إثبات بشرية المسيح عليه السلام وإثبات آياته الحسية من إحياء الموتى وإبراء الأكمه والأبرص التي أجراها الله على يديه.
• Məsihin - aleyhissəlam - bəşər olmasının və Allah onun vasitəsi ilə ölüləri diriltməsi, anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verməsi kimi hissi ayələrin isbatı. info

• بيان أن آيات الأنبياء تهدف لتثبيت الأتباع وإفحام المخالفين، وأنها ليست من تلقاء أنفسهم، بل تأتي بإذن الله تعالى.
• Peyğəmbərlərin möcüzələri, onlara tabe olanları sabitqədəm etmək və onlara müxalif olanları isə susdurmaq məqsədi başıdığının bəyanı. Çünki bu mövcüzələr heç də onların öz ixtiyarlarında deyi, yalnız Allahın izni ilə baş verdir. info