Tradução dos significados do Nobre Qur’an. - Tradução azeri de interpretação abreviada do Nobre Alcorão.

external-link copy
205 : 2

وَإِذَا تَوَلَّىٰ سَعَىٰ فِي ٱلۡأَرۡضِ لِيُفۡسِدَ فِيهَا وَيُهۡلِكَ ٱلۡحَرۡثَ وَٱلنَّسۡلَۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلۡفَسَادَ

O adam səndən ayrılıb, dönüb getdikdə asi əməllərlə yer üzündə fitnə-fəsad törətməyə, əkini məhv etməyə və mal-qaranı tələf etməyə çalışar. Allah isə yer üzündə fitnə-fəsadı törətməyi və fitnə-fəsad əhlini sevməz! info
التفاسير:
Das notas do versículo nesta página:
• التقوى حقيقة لا تكون بكثرة الأعمال فقط، وإنما بمتابعة هدي الشريعة والالتزام بها.
• Həqiqətən Allahdan qorxmaq təkcə çox əməl etməkdən ibarət deyil. Allahdan həqiqətən qorxmaq şəriətin qoyduğu yola tabe olmaq və bu yolda sabit qalmaqdır. info

• الحكم على الناس لا يكون بمجرد أشكالهم وأقوالهم، بل بحقيقة أفعالهم الدالة على ما أخفته صدورهم.
• İnsanlara hökm vermək heç də onların zahiri görnüşünə və danışığına görə deyil, əksinə, qəlblərinin gizlətdiyinə dəlalət edən əməllərin həqiqiliyinə görədir. info

• الإفساد في الأرض بكل صوره من صفات المتكبرين التي تلازمهم، والله تعالى لا يحب الفساد وأهله.
• Yer üzündə hər cür fitnə-fəsad törətmək, təkəbbürli insanların işidir. Uca Allah isə fitnə-fəsadı və fitnə-fəsad əhlini sevməz. info

• لا يكون المرء مسلمًا حقيقة لله تعالى حتى يُسَلِّم لهذا الدين كله، ويقبله ظاهرًا وباطنًا.
• İnsan bütünlüklə bu dinə tabe olmayınca, zahirdə və batində onu qəbul etməyincə Uca Allahın dininə tabe olan həqiqi müsəlman olmaz. info