Tradução dos significados do Nobre Qur’an. - Tradução azeri de interpretação abreviada do Nobre Alcorão.

Número de página:close

external-link copy
249 : 2

فَلَمَّا فَصَلَ طَالُوتُ بِٱلۡجُنُودِ قَالَ إِنَّ ٱللَّهَ مُبۡتَلِيكُم بِنَهَرٖ فَمَن شَرِبَ مِنۡهُ فَلَيۡسَ مِنِّي وَمَن لَّمۡ يَطۡعَمۡهُ فَإِنَّهُۥ مِنِّيٓ إِلَّا مَنِ ٱغۡتَرَفَ غُرۡفَةَۢ بِيَدِهِۦۚ فَشَرِبُواْ مِنۡهُ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ فَلَمَّا جَاوَزَهُۥ هُوَ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ قَالُواْ لَا طَاقَةَ لَنَا ٱلۡيَوۡمَ بِجَالُوتَ وَجُنُودِهِۦۚ قَالَ ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُواْ ٱللَّهِ كَم مِّن فِئَةٖ قَلِيلَةٍ غَلَبَتۡ فِئَةٗ كَثِيرَةَۢ بِإِذۡنِ ٱللَّهِۗ وَٱللَّهُ مَعَ ٱلصَّٰبِرِينَ

Talut qoşunla birlikdə yurdundan çıxdıqda onlara dedi: "Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir və döyüşdə mənimlə birgə olmasın. Kim ondan içməsə, o, məndəndir, döyüşdə mənimlə birgə ola bilər. Lakin məcbur olub bir ovuc miqdarında su içənə heç bir günah olmaz". Əsgərlərdən şiddətli sususluqa səbir edən az bir qismi istisna olmaqla hamısı o çaydan su içdilər. Talut və onunla olan möminlər çayı birlikdə keçdikdən sonra əsgərlərindən bəziləri dedilər: "Bu gün bizim Calut və onun qoşunu ilə döyüşməyə gücümüz çatmayacaq". Bu zaman, qiyamət günü Allahla qarşılaşacaqlarına yəqin olanlar isə dedilər: "Neçə-neçə sayı az olan mömin dəstə Allahın izni və yardımı ilə sayı çox olan kafir dəstəyə qalib gəlmişdir! Qələbə çalmaq üçün əsas imandır, çoxluq deyildir. Allah səbr edən qulları ilə birgədir, onlara qüvvət verər və yardım edər". info
التفاسير:

external-link copy
250 : 2

وَلَمَّا بَرَزُواْ لِجَالُوتَ وَجُنُودِهِۦ قَالُواْ رَبَّنَآ أَفۡرِغۡ عَلَيۡنَا صَبۡرٗا وَثَبِّتۡ أَقۡدَامَنَا وَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ

Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda Allaha dua edərək dedilər: "Ey Rəbbimiz! Qəlbimizə möhkəm səbr ver, düşmənimizin qarşısından qaçmamaq və məğlub olmamağımız üçün qədəmlərimizi sabit et, qüvvətin və köməyin ilə kafir qövmə qələbə çalmaqda bizə yardım et!" info
التفاسير:

external-link copy
251 : 2

فَهَزَمُوهُم بِإِذۡنِ ٱللَّهِ وَقَتَلَ دَاوُۥدُ جَالُوتَ وَءَاتَىٰهُ ٱللَّهُ ٱلۡمُلۡكَ وَٱلۡحِكۡمَةَ وَعَلَّمَهُۥ مِمَّا يَشَآءُۗ وَلَوۡلَا دَفۡعُ ٱللَّهِ ٱلنَّاسَ بَعۡضَهُم بِبَعۡضٖ لَّفَسَدَتِ ٱلۡأَرۡضُ وَلَٰكِنَّ ٱللَّهَ ذُو فَضۡلٍ عَلَى ٱلۡعَٰلَمِينَ

Allahın izni ilə onları məğlub etdilər. Davud, onların başçıları Calutu öldürdü. Allah ona hökmranlıq və peyğəmbərlik bəxş etdi, ona istədiyi müxtəlif növ elmlər öyrətdi (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) və dünya və axirətdə ona fayda verən xeyirləri onun üçün çəm etdi. Əgər Allah bəzi insanların fəsadını digərləri ilə dəf etməsəydi, yer üzü fəsad törədənlərin əməllərindən viran qalardı. Lakin Allah bütün bəşəriyyətə qarşı lütfkardır. info
التفاسير:

external-link copy
252 : 2

تِلۡكَ ءَايَٰتُ ٱللَّهِ نَتۡلُوهَا عَلَيۡكَ بِٱلۡحَقِّۚ وَإِنَّكَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ

Ey Peyğəmbər! Bunlar, xəbərlərində doğru və hökmlərində isə adil, sənə oxuduqumuz Allahın açıq-aydın ayələridir. Şübhəsiz ki, sən aləmlərin Rəbbi tərəfindən göndərilən elçilərdənsən. info
التفاسير:
Das notas do versículo nesta página:
• من حكمة القائد أن يُعرِّض جيشه لأنواع الاختبارات التي يتميز بها جنوده ويعرف الثابت من غيره.
• Sərkərdənin, qoşun içərsindəki əsgərlərin hansıların digərindən daha cəsarətli və cürətli olduğunu bilməsi üçün, onları müxtəlif növ imtahanlara çəkməsi, hikmətindəndir. info

• العبرة في النصر ليست بمجرد كثرة العدد والعدة فقط، وإنما معونة الله وتوفيقه أعظم الأسباب للنصر والظَّفَر.
• Düşmən üzərində qələbə çalmaq üçün təkcə sayın çoxluqu və döyüş ləvazimatının yetərli olması kifayət etməz. Yalnız Allahın yardımı və müvəffəq etməsi, qələbə və zəfər çalmaq üçün ən böyük səbəblərdəndir. info

• لا يثبت عند الفتن والشدائد إلا من عَمَرَ اليقينُ بالله قلوبَهم، فمثل أولئك يصبرون عند كل محنة، ويثبتون عند كل بلاء.
• Fitnələr və çətin anlarda yalnız qəlbləri Allaha yəqinliklə inanan kimsələr sabit qalar. Məhz belə kimsələr, hər bir imtahanda və müsibətdə səbir edib, sabit qalanlardır. info

• الضراعة إلى الله تعالى بقلب صادق متعلق به من أعظم أسباب إجابة الدعاء، ولا سيما في مواطن القتال.
• Uca Allaha sidq qəlbdən bağlanıb Ona yalvarmaq, duanın qəbul olması üçün ən böyük səbəblərdən biridir, xüsusəndə döyüş meydanında. info

• من سُنَّة الله تعالى وحكمته أن يدفع شر بعض الخلق وفسادهم في الأرض ببعضهم.
• Uca Allahın, yer üzərində bəzi insanların şərini və fəsadını digərləri ilə dəf etməsi, Onun hikmətindəndir. info