Kilniojo Korano reikšmių vertimas - Kilniojo Korano sutrumpinto aiškinimo vertimas į azerbaidžaniečių k.

əl-İnsan

Sūros prasmės:
تذكير الإنسان بأصل خلقه، ومصيره، وبيان ما أعد الله في الجنة لأوليائه.
İnsana yaradılışının həqiqətini və gedəcəyi yeri xatırlatmaq, üstəlik, Allahın Öz dostları üçün Cənnətdə hazırladığı nemətləri bildirmək. info

external-link copy
1 : 76

هَلۡ أَتَىٰ عَلَى ٱلۡإِنسَٰنِ حِينٞ مِّنَ ٱلدَّهۡرِ لَمۡ يَكُن شَيۡـٔٗا مَّذۡكُورًا

İnsanın varlığı heç kəsə məlum olmayan uzun bir dövrü ötüb keçmişdir. info
التفاسير:

external-link copy
2 : 76

إِنَّا خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن نُّطۡفَةٍ أَمۡشَاجٖ نَّبۡتَلِيهِ فَجَعَلۡنَٰهُ سَمِيعَۢا بَصِيرًا

Biz insanı qarışıq nütfədən - kişi ilə qadının nütfəsindən yaratdıq. Onun öhdəsinə qoyduğumuz işlərdə onu sınaqdan keçirmək üçün onu eşidən və görən etdik. Belə etdik ki, onun öhdəsinə qoyduğumuz şəriətin buyuruqlarını yerinə yetirsin. info
التفاسير:

external-link copy
3 : 76

إِنَّا هَدَيۡنَٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرٗا وَإِمَّا كَفُورًا

Həqiqətən, Biz insana elçilərimizin dili ilə hidayət yolunu göstərdik, beləliklə də, zəlalət yolu ona aydın oldu. Bundan sonra o, ya doğru yola yönələr və Allaha şükür edən bir qul olar, ya da doğru yoldan azar və Allahın ayələrini inkar edən kafir bir qul olar. info
التفاسير:

external-link copy
4 : 76

إِنَّآ أَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ سَلَٰسِلَاْ وَأَغۡلَٰلٗا وَسَعِيرًا

Doğrudan da, Biz Allaha və Onun peyğəmbərlərinə küfr etmiş kəslər üçün Cəhənnəm sürüklənəcək zəncirlər, orada onlara vurulacaq buxovlar və alovlu bir atəş hazırlamışıq. info
التفاسير:

external-link copy
5 : 76

إِنَّ ٱلۡأَبۡرَارَ يَشۡرَبُونَ مِن كَأۡسٖ كَانَ مِزَاجُهَا كَافُورًا

Şübhəsiz ki, Allaha itaət edən möminlər qiyamət günü, gözəl iy verən kafur qatılmış şərabla dolu badədən içəcəklər. info
التفاسير:
Šiame puslapyje pateiktų ajų nauda:
• خطر حب الدنيا والإعراض عن الآخرة.
Dünyanı sevməyin və axirətdən üz çevirməyin təhlükəsi. info

• ثبوت الاختيار للإنسان، وهذا من تكريم الله له.
İnsanın ixtiyar sahibi olmasının isbatı. Bu da, Allahın ona göstərdiyi ehtiramdır. info

• النظر لوجه الله الكريم من أعظم النعيم.
Allahın möhtərəm üzünə baxmağın ən böyük nemətlərdən olması. info