Kilniojo Korano reikšmių vertimas - Kilniojo Korano sutrumpinto aiškinimo vertimas į azerbaidžaniečių k.

Puslapio numeris:close

external-link copy
15 : 4

وَٱلَّٰتِي يَأۡتِينَ ٱلۡفَٰحِشَةَ مِن نِّسَآئِكُمۡ فَٱسۡتَشۡهِدُواْ عَلَيۡهِنَّ أَرۡبَعَةٗ مِّنكُمۡۖ فَإِن شَهِدُواْ فَأَمۡسِكُوهُنَّ فِي ٱلۡبُيُوتِ حَتَّىٰ يَتَوَفَّىٰهُنَّ ٱلۡمَوۡتُ أَوۡ يَجۡعَلَ ٱللَّهُ لَهُنَّ سَبِيلٗا

Evli və ya subay qadın­ları­nızdan zina edənlərə qar­şı aranızdan dörd adil müsəlman şahid gətirin! Əgər onlar qadınlarınızın zina etdiklərinə şa­hid­lik etsə­lər, cəza olaraq o qadınları, həyatları ta ölüm ilə bitənədək, ya­xud Allah onlar üçün həbsdən qeyri bir yol aça­na­dək evlərdə həbs edin. Allah bundan sonra onlar üçün hansı yolun açdıqını bəyan etdi. Zina edən bakirə qadındırsa, yüz qamçı vurulduqdan sonra yaşadığı diyardan bir il müddətində sürgün edilməli, əgər zina edən evli qadındırsa, daşqalaq edilərək öldürülməsini qanun etdi. info
التفاسير:

external-link copy
16 : 4

وَٱلَّذَانِ يَأۡتِيَٰنِهَا مِنكُمۡ فَـَٔاذُوهُمَاۖ فَإِن تَابَا وَأَصۡلَحَا فَأَعۡرِضُواْ عَنۡهُمَآۗ إِنَّ ٱللَّهَ كَانَ تَوَّابٗا رَّحِيمًا

Aranızda zina edən kişilərin evli və ya subay olmasından aslı olayaraq onların hər ikisinə əziyyət ve­rin. Onların hər ikisini bu çirkin əməldən çəkindirəcək dərəcədə dil və əl ilə əzab verin. Əgər hər ikisi də tutduqları bu işdən əl çəkib əməl­lə­rini is­lah etsələr, onlara əziyyət vermək­dən vaz keçin. Çünki günahdan tövbə edən günah etməmiş kimidir. Hə­qi­qətən, Allah qullarından tövbə edənin tövbəsini qəbul edəndir və onlara qarşı rəhmli­dir. Zina edən kişi və qadına bu cür əzab vermək İslam dininin ilkin çağlarında idi. Bunda sonra hökm, zina edən subaydırsa yüz qamçı vurub, yaşadığı diyardan bir il müddətində sürgün etmək, əgər evlidirsə, daşqalaq edilərək öldürülməsi hökmü ilə nəsx edildi. info
التفاسير:

external-link copy
17 : 4

إِنَّمَا ٱلتَّوۡبَةُ عَلَى ٱللَّهِ لِلَّذِينَ يَعۡمَلُونَ ٱلسُّوٓءَ بِجَهَٰلَةٖ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٖ فَأُوْلَٰٓئِكَ يَتُوبُ ٱللَّهُ عَلَيۡهِمۡۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا

Allah ancaq o kəslərin tövbəsi­ni qəbul edər ki, onlar cahillik, günahların pis aqibətindən və uğursuzluğundan xəbərsiz olduqlar üzündən itaətsizlik və ya pis iş gör­dükdən - bu, qəsdən və ya xətadan günah edən hər bir insana aiddir - sonra onlara ölüm gəlməzdən əvvəl tövbə edib Rəbbinə qayıdarlar. Allah onların tövbəsini qəbul edər və günahlarını bağışlar. Həqiqətən, Allah qullarının hər bir halından xəbərdardır, insanlar üçün yazdığı qədərində və şəri hökmlərində hikmət sahibidir. info
التفاسير:

external-link copy
18 : 4

وَلَيۡسَتِ ٱلتَّوۡبَةُ لِلَّذِينَ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِ حَتَّىٰٓ إِذَا حَضَرَ أَحَدَهُمُ ٱلۡمَوۡتُ قَالَ إِنِّي تُبۡتُ ٱلۡـَٰٔنَ وَلَا ٱلَّذِينَ يَمُوتُونَ وَهُمۡ كُفَّارٌۚ أُوْلَٰٓئِكَ أَعۡتَدۡنَا لَهُمۡ عَذَابًا أَلِيمٗا

Allah, asi işlər görməkdə davam edib, özlərinə olüm gələnədək tövbə etməyən və nəhayət, can boğaza yetişdikdə tövbə edərək: "Mən etdiyim günahlardan indi töv­bə et­dim!"– deyənlərlə, həmçinin küfürlərində israr edərək ölən­lərin tövbəsi qə­­bul etməz. Bu kimsələr, günahlarda israrlı olan asi kimsələrdir. Biz, günah işlər görməkdə israrlı olan asilər və kafir olaraq ölənlər üçün ağ­rılı-acılı bir əzab hazır­lamı­şıq.
info
التفاسير:

external-link copy
19 : 4

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَحِلُّ لَكُمۡ أَن تَرِثُواْ ٱلنِّسَآءَ كَرۡهٗاۖ وَلَا تَعۡضُلُوهُنَّ لِتَذۡهَبُواْ بِبَعۡضِ مَآ ءَاتَيۡتُمُوهُنَّ إِلَّآ أَن يَأۡتِينَ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖۚ وَعَاشِرُوهُنَّ بِٱلۡمَعۡرُوفِۚ فَإِن كَرِهۡتُمُوهُنَّ فَعَسَىٰٓ أَن تَكۡرَهُواْ شَيۡـٔٗا وَيَجۡعَلَ ٱللَّهُ فِيهِ خَيۡرٗا كَثِيرٗا

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Mal-dövlətə varis olunduğu kimi, atalarınızın və qohumlarınızın qa­dın­larına varis çıxaraq onlarla evlənmək, yaxud onları istədiyiniz kimsələrə ərə vermək, yaxud da onların ərə getməsinə mane olmaq sizə caiz de­yildir. Həmçinin, xoşunuza gəlməyən qa­dınlarınız, zina kimi açıq-aş­kar murdar bir iş gör­mə­­yin­cə, on­lara ver­dikləriniz mehri və ya hər hansı başqa bir şeyi geri almaq üçün on­lara əziyyət verərək saxlamaq sizə caiz deyildir. Əgər onlar zina kimi açıq-aş­kar murdar bir iş tutsalar, o zaman on­lara ver­dikləriniz mehri və ya hər hansı başqa bir şeyi geri almaq üçün onlara təzyiq edərək yanınızda saxlamaq sizə caizdir. Qadınlarınıza əziyyət vermədən, onlara yaxşılıq edərək xoş rəftar edin. Əgər qadınlarınız dünya işlərinə görə xoşu­nuza gəlmirsə, onlarala səbirlə davranın, ola bilsin ki, xoş­la­­madığınız bir şeydə Allah si­zə dünya və axirət həyatında çoxlu xeyir nəsib etsin.
info
التفاسير:
Šiame puslapyje pateiktų ajų nauda:
• ارتكاب فاحشة الزنى من أكثر المعاصي خطرًا على الفرد والمجتمع؛ ولهذا جاءت العقوبات عليها شديدة.
• Zina, fərdi insan və cəmiyyət üçün ən təhlükəli günahdır, buna görə də şəriətdə zinanın əzabı şiddətlidir. info

• لطف الله ورحمته بعباده حيث فتح باب التوبة لكل مذنب، ويسر له أسبابها، وأعانه على سلوك سبيلها.
• Allahın hər bir günahkara tövbə qapısını açıq qoymub, ona tövbə səbəblərini asanlaşdırıb və onu tövbə etməyə müvəffəq etməsi qullarına olan lütfü və rəhmətindəndir. info

• كل من عصى الله تعالى بعمد أو بغير عمد فهو جاهل بقدر من عصاه جل وعلا، وجاهل بآثار المعاصي وشؤمها عليه.
• Uca Allaha qarşı qəsdən yaxud xətadan günah edən hər bir kəs, etdiyi günah qədər İzzət və Cəlal sahibi olan Allahdan, günahların pis aqibətindən və ona olacaq uğursuzluğdan cahildir. info

• من أسباب استمرار الحياة الزوجية أن يكون نظر الزوج متوازنًا، فلا يحصر نظره فيما يكره، بل ينظر أيضا إلى ما فيه من خير، وقد يجعل الله فيه خيرًا كثيرًا.
• Ərin zövcəsinə ədalət gözü ilə baxıb, zövcəsində yalnız mənfi cəhətləri deyil, əksinə, bəlkə Allah onunla mənə çoxlu xeyir nəsib edər deyərək, zövcəsində olan müsbət cəhətlərə nəzər salması ailə həyatının davamiyyətli olma səbəblərindən biridir. info