وه‌رگێڕانی ماناكانی قورئانی پیرۆز - وەرگێڕاوی ئازەری - عەلی خان موساييف

ژمارەی پەڕە:close

external-link copy
6 : 11

۞ وَمَا مِن دَآبَّةٖ فِي ٱلۡأَرۡضِ إِلَّا عَلَى ٱللَّهِ رِزۡقُهَا وَيَعۡلَمُ مُسۡتَقَرَّهَا وَمُسۡتَوۡدَعَهَاۚ كُلّٞ فِي كِتَٰبٖ مُّبِينٖ

Yer üzündə olan bütün canlıların ruzisi yalnız Allaha aiddir. Allah onların (dünyada) qərar tutduqları yeri də, (öldükdən sonra) qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın kitabdadır (Lövhi-məhfuzdadır). info
التفاسير:

external-link copy
7 : 11

وَهُوَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ وَكَانَ عَرۡشُهُۥ عَلَى ٱلۡمَآءِ لِيَبۡلُوَكُمۡ أَيُّكُمۡ أَحۡسَنُ عَمَلٗاۗ وَلَئِن قُلۡتَ إِنَّكُم مَّبۡعُوثُونَ مِنۢ بَعۡدِ ٱلۡمَوۡتِ لَيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٞ

Ərşi su üzərində ikən, hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur. Əgər sən: “Siz öldükdən sonra diriləcəksiniz!”– desən, mütləq kafir olanlar: “Bu, açıq-aydın bir sehrdir!”– deyərlər. info
التفاسير:

external-link copy
8 : 11

وَلَئِنۡ أَخَّرۡنَا عَنۡهُمُ ٱلۡعَذَابَ إِلَىٰٓ أُمَّةٖ مَّعۡدُودَةٖ لَّيَقُولُنَّ مَا يَحۡبِسُهُۥٓۗ أَلَا يَوۡمَ يَأۡتِيهِمۡ لَيۡسَ مَصۡرُوفًا عَنۡهُمۡ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ

Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək, mütləq: “Onu yubadan nədir?”– deyəcəklər. Bilin ki, (əzab) onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri o əzab onları bürüyəcəkdir. info
التفاسير:

external-link copy
9 : 11

وَلَئِنۡ أَذَقۡنَا ٱلۡإِنسَٰنَ مِنَّا رَحۡمَةٗ ثُمَّ نَزَعۡنَٰهَا مِنۡهُ إِنَّهُۥ لَيَـُٔوسٞ كَفُورٞ

Əgər insana Özümüzdən bir mərhəmət (nemət) daddırsaq, sonra da ondan onu geri alsaq, o, məyus və nankor olar. info
التفاسير:

external-link copy
10 : 11

وَلَئِنۡ أَذَقۡنَٰهُ نَعۡمَآءَ بَعۡدَ ضَرَّآءَ مَسَّتۡهُ لَيَقُولَنَّ ذَهَبَ ٱلسَّيِّـَٔاتُ عَنِّيٓۚ إِنَّهُۥ لَفَرِحٞ فَخُورٌ

Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq, mütləq: “Bəlalar məndən sovuşdu!”– deyər və sevinib lovğalıq edər. info
التفاسير:

external-link copy
11 : 11

إِلَّا ٱلَّذِينَ صَبَرُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ أُوْلَٰٓئِكَ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٞ كَبِيرٞ

Səbir edib yaxşı işlər görənlər müstəsnadır. Məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır. info
التفاسير:

external-link copy
12 : 11

فَلَعَلَّكَ تَارِكُۢ بَعۡضَ مَا يُوحَىٰٓ إِلَيۡكَ وَضَآئِقُۢ بِهِۦ صَدۡرُكَ أَن يَقُولُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ كَنزٌ أَوۡ جَآءَ مَعَهُۥ مَلَكٌۚ إِنَّمَآ أَنتَ نَذِيرٞۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٌ

(Ey Muhamməd) Onların: “Nə üçün ona bir xəzinə endirilməyib, yaxud onunla bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi qoruyandır. info
التفاسير: