وه‌رگێڕانی ماناكانی قورئانی پیرۆز - وەرگێڕاوی ئازەری بۆ پوختەی تەفسیری قورئانی پیرۆز

əl-Məaric

لە مەبەستەکانی سورەتەکە:
بيان حال وجزاء الخلق يوم القيامة.
Məxluqatın Qiyamət günü olacaq halı və onlara veriləcək mükafatın və ya cəzanın bəyan edilməsi. info

external-link copy
1 : 70

سَأَلَ سَآئِلُۢ بِعَذَابٖ وَاقِعٖ

Müşriklərdən birisi istehza edərək, əgər əzab varsa, həm özünə, həm də öz qövmünə o əzabın gəlməsini dilədi. Onun dilədiyi əzab qiyamət günü mütləq gələcəkdir. info
التفاسير:

external-link copy
2 : 70

لِّلۡكَٰفِرِينَ لَيۡسَ لَهُۥ دَافِعٞ

Uca Allahın kafirlərə göndərdiyi bu əzabın heç kimsə qarşısını ala bilməz. info
التفاسير:

external-link copy
3 : 70

مِّنَ ٱللَّهِ ذِي ٱلۡمَعَارِجِ

O əzab, dərəcələr, fəzilətlər və nemətlər sahibi olan Uca Allah tərəfindəndir. info
التفاسير:

external-link copy
4 : 70

تَعۡرُجُ ٱلۡمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيۡهِ فِي يَوۡمٖ كَانَ مِقۡدَارُهُۥ خَمۡسِينَ أَلۡفَ سَنَةٖ

Mələklər və Cəbrail o dərəcələrə sayı əlli min ilə bərabər olan uzun bir gün ərzində - Qiyamət günündə qalxarlar. info
التفاسير:

external-link copy
5 : 70

فَٱصۡبِرۡ صَبۡرٗا جَمِيلًا

Ey Peyğəmbər! Sən narahatlıq keçirmədən və şikayət etmədən səbir et! info
التفاسير:

external-link copy
6 : 70

إِنَّهُمۡ يَرَوۡنَهُۥ بَعِيدٗا

Doğrusu, kafirlər o əzabın uzaq olduğunu və onun baş verəcəyinin qeyri-mümkün olduğunu güman edirlər. info
التفاسير:

external-link copy
7 : 70

وَنَرَىٰهُ قَرِيبٗا

Biz Biz isə onun yaxın olduğunu və hökmən gələcəyini görürük. info
التفاسير:

external-link copy
8 : 70

يَوۡمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلۡمُهۡلِ

O gün göy əridilmiş mis, qızıl və s. buna oxşar mədənlər kimi olacaqdır. info
التفاسير:

external-link copy
9 : 70

وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ

Dağlar da yun kimi yüngül olacaqdır. info
التفاسير:

external-link copy
10 : 70

وَلَا يَسۡـَٔلُ حَمِيمٌ حَمِيمٗا

Dost dostun halını xəbər almayacaqdır. Çünki hər kəsin başı özünə qarışacaqdır. info
التفاسير:
سوودەکانی ئایەتەکان لەم پەڕەیەدا:
• تنزيه القرآن عن الشعر والكهانة.
Quranın şeir və ya kahin sözü olmaması. info

• خطر التَّقَوُّل على الله والافتراء عليه سبحانه.
Uca Allah adından söz uydurmağın və Ona iftira yaxmağın təhlükəli olması. info

• الصبر الجميل الذي يحتسب فيه الأجر من الله ولا يُشكى لغيره.
Gözəl səbir, müsibətə səbir edib Allahdan onun savabını ummaq və başqasına gileylənməməkdir. info