وه‌رگێڕانی ماناكانی قورئانی پیرۆز - وەرگێڕاوی ئازەری بۆ پوختەی تەفسیری قورئانی پیرۆز

ژمارەی پەڕە:close

external-link copy
53 : 29

وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَوۡلَآ أَجَلٞ مُّسَمّٗى لَّجَآءَهُمُ ٱلۡعَذَابُۚ وَلَيَأۡتِيَنَّهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ

Ey Peyğəmbər! Müşriklər səndən, onları qorxutduğun əzabın tez gəlməsi­ni istəyirlər. Əgər Allahın onlara əzab vermək üçün təyin etdiyi, bircə an belə yubanmayan, yaxud önə keçməyən vaxt ol­masaydı, istədikləri əzab onları haqlayardı. O əzab on­lara birdən, gözləmədikləri halda gələcək. info
التفاسير:

external-link copy
54 : 29

يَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةُۢ بِٱلۡكَٰفِرِينَ

Müşriklər səndən, onlara vəd etdiyin əzabın tez gəlmə­si­ni istəyirlər. Şübhəsiz ki, Allahın kafirlərə vəd etdiyi Cə­hən­nəm onları hər tərəfdən bürüyə­cək və onlar bu əzabdan qaçıb canlarını qurtara bilməyəcəklər. info
التفاسير:

external-link copy
55 : 29

يَوۡمَ يَغۡشَىٰهُمُ ٱلۡعَذَابُ مِن فَوۡقِهِمۡ وَمِن تَحۡتِ أَرۡجُلِهِمۡ وَيَقُولُ ذُوقُواْ مَا كُنتُمۡ تَعۡمَلُونَ

O gün əzab onları həm başları üs­tündən bürüyəcək, həm də ayaqlarının al­tına səriləcək və Allah onları alçaltaraq belə buyuracaqdır: “Etdiyiniz şirkin və asiliklərin cə­za­sı­nı dadın!” info
التفاسير:

external-link copy
56 : 29

يَٰعِبَادِيَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ أَرۡضِي وَٰسِعَةٞ فَإِيَّٰيَ فَٱعۡبُدُونِ

Ey Mənə iman gətirmiş qullarım! Mənə ibadət etməyə izin verilməyən diyardan hicrət edin. Şüb­həsiz ki, Mənim (yaratdığım) yer ge­nişdir. Elə isə yal­nız Mənə iba­dət edin və heç kəsi Mənə şərik qooşmayın. info
التفاسير:

external-link copy
57 : 29

كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۖ ثُمَّ إِلَيۡنَا تُرۡجَعُونَ

Ölüm qorxusu sizin hicrət etməyinizə mane olmasın. Hər kəs ölümü dada­caq. Nəhayət, Qiyamət günü haqq-hesaba çəkilmək və əməllərin əvəzini almaq üçün yalnız Bizim hüzurumuza qaytarıla­caq­sınız. info
التفاسير:

external-link copy
58 : 29

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَنُبَوِّئَنَّهُم مِّنَ ٱلۡجَنَّةِ غُرَفٗا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ نِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ

Allaha iman gətirən və Ona yaxınlaşdıran saleh əməllər edən kimsə­ləri ağacları altın­dan çaylar axan Cən­nət­dəki otaq­larda yerləşdirəcəyik. Onlar ora­­da əbədi olaraq qalacaq və əsla ölməyəcəklər. Allaha itaət edən kimsələrin bu müka­fatı necə də gö­zəl­dir!
info
التفاسير:

external-link copy
59 : 29

ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ

Allaha itaət edərkən və Ona asi olan əməllərdən çəkinərkən səbir edən, üstəlik, bütün işlərində yalnız Rəbbinə təvəkkül edən kimsələrin mükafatı necə də gö­zəl­dir! info
التفاسير:

external-link copy
60 : 29

وَكَأَيِّن مِّن دَآبَّةٖ لَّا تَحۡمِلُ رِزۡقَهَا ٱللَّهُ يَرۡزُقُهَا وَإِيَّاكُمۡۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

Neçə-neçə - sayı çox olan - canlılar var­ ki, nə ru­zi­sini bir yerə toplamağa, nə də onu öz yanında daşımağa qadirdir. Onların da, sizin də ru­zinizi Allah verir. Odur ki, aclıqdan qorxub hicrəti tərk etməyinizdə sizin üçün heç bir üzür yoxdur. O sizin dediklərinizi eşidir, niyyətlərinizi və əməllərinizi də bilir. Bunlardan heç biri Allahdan gizli qalmaz və bunların əvəzini sizə verəcəkdir. info
التفاسير:

external-link copy
61 : 29

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ

Ey Peyğəmbər! Əgər sən o müşriklərdən: “Göy­ləri yaradan kimdir? Ye­ri yaradan kimdir? Bir-birini təqib edən günəşi və ayı ram edən kim­dir?”– deyə soruşsan, onlar mütləq: “Bunları yaradan Allah­dır!”- deyəcəklər. Belə olduğu halda, necə olur ki, onlar tək Allaha iman gətirməkdən üz çevirib, Ondan başqa fayda və ya zərər verməyə qadir olmayan ilahlara ibadət edirlər?! info
التفاسير:

external-link copy
62 : 29

ٱللَّهُ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥٓۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ

Allah Öz hikməti ilə, qullarından is­tə­diyinin ruzisini çoxaldar, is­tə­di­yi­nin­kini də azaldar. Şübhə­siz ki, Allah hər şeyi biləndir. Heç bir şey, o cümlədən də qullarının xeyrinə olan işlər Ondan gizli qalmaz. info
التفاسير:

external-link copy
63 : 29

وَلَئِن سَأَلۡتَهُم مَّن نَّزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ مَوۡتِهَا لَيَقُولُنَّ ٱللَّهُۚ قُلِ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ

Ey Peyğəmbər! Əgər sən müşriklərdən: “Göy­dən yağış endirib onunla qurumuş yeri canlan­dı­ran kimdir?”– deyə so­ruşsan, onlar müt­ləq: “Göydən yağışı endirən və yeri canlandıran Allahdır!”– de­yə­cəklər. Ey Peyğəmbər! De: “Həmd, sizin əleyhinizə ortaya dəlil-sübut qoyan Allaha məxsusdur!” Lakin nəticə budur ki, on­ların çoxu anllamır. Əgər anlasaydılar, fayda və ya zərər verməyə qadir olmayan bütləri Allaha şərik qoşmazdılar. info
التفاسير:
سوودەکانی ئایەتەکان لەم پەڕەیەدا:
• استعجال الكافر بالعذاب دليل على حمقه.
Kafirin özü üçün əzab istəməsi, onun axmaq olduğuna dəlalət edir. info

• باب الهجرة من أجل سلامة الدين مفتوح.
Dini ayinlərin rahat şəkildə icrası üçün hicrət qapısı hər zaman açıqdır. info

• فضل الصبر والتوكل على الله.
Səbir etməyin və Allaha təvəkkül etməyin fəziləti. info

• الإقرار بالربوبية دون الإقرار بالألوهية لا يحقق لصاحبه النجاة والإيمان.
Uluhiyyə tövhidini qəbul etmədən, sadəcə rubuiyyə tövhidini qəbul edən kimsə nə nicat tapa bilər, nə də mömin sayılar. info