وه‌رگێڕانی ماناكانی قورئانی پیرۆز - وەرگێڕاوی ئازەری بۆ پوختەی تەفسیری قورئانی پیرۆز

ژمارەی پەڕە:close

external-link copy
23 : 27

إِنِّي وَجَدتُّ ٱمۡرَأَةٗ تَمۡلِكُهُمۡ وَأُوتِيَتۡ مِن كُلِّ شَيۡءٖ وَلَهَا عَرۡشٌ عَظِيمٞ

Mən Səba əhlinə hökmüranlıq edən bir qa­dın gördüm. O qa­dına hökmüranlıq etməsi üçün hər cür güc-qüvvət verilmişdir. Həmən qadını, üzərində oturub qövmünü idarə ediyi bö­­yük bir taxtıda vardır. info
التفاسير:

external-link copy
24 : 27

وَجَدتُّهَا وَقَوۡمَهَا يَسۡجُدُونَ لِلشَّمۡسِ مِن دُونِ ٱللَّهِ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ فَهُمۡ لَا يَهۡتَدُونَ

Mən bu qadının və qövmünün uca Allahı qoyub günəşə səcdə etdikləri­nin şahidi oldum. Şey­tan onlara, Allaha şərik qoşmalarını və günah əməllərini öz­lə­rinə gözəl gös­tər­miş, beləcə, onları haqq yol­dan azdırmışdır və elə bu üzdən onlar haq­q yolunu tapa bil­mirlər. info
التفاسير:

external-link copy
25 : 27

أَلَّاۤ يَسۡجُدُواْۤ لِلَّهِ ٱلَّذِي يُخۡرِجُ ٱلۡخَبۡءَ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَيَعۡلَمُ مَا تُخۡفُونَ وَمَا تُعۡلِنُونَ

Göylərdə saxlanılan yağışları, yerdə gizlədilən bitkiləri ortaya çıxaran, qəlbinizdə giz­lətdiklərinizi və üzə çı­xartdıqınız əməlləri bilən uca Allaha səcdə etməsinlər deyə Şeytan ona Allaha şərik qoşmalarını və günah əməllərini gözəl göstərtdi. info
التفاسير:

external-link copy
26 : 27

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ۩

Ondan başqa heç bir məbud yoxdur. O, əzəmətli ərşin Rəbbidir!" info
التفاسير:

external-link copy
27 : 27

۞ قَالَ سَنَنظُرُ أَصَدَقۡتَ أَمۡ كُنتَ مِنَ ٱلۡكَٰذِبِينَ

Süleyman - aleyhissəlam - hüdhüdə dedi: "İddianda doğru yoxsa yalançılardan olduğuna hələ sonra baxacağıq. info
التفاسير:

external-link copy
28 : 27

ٱذۡهَب بِّكِتَٰبِي هَٰذَا فَأَلۡقِهۡ إِلَيۡهِمۡ ثُمَّ تَوَلَّ عَنۡهُمۡ فَٱنظُرۡ مَاذَا يَرۡجِعُونَ

Süleyman bir məktub yazıb onu hüdhüdə verdi və ona belə buyurdu: "Bu məktubumu Səba əhlinə apar və göydən on­ların üzərinə at. Sonra da onları dediklərini eşidəcək qə­dər uzaqda dur və bax gör bu məktuba nə cavab verəcəklər!" info
التفاسير:

external-link copy
29 : 27

قَالَتۡ يَٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ إِنِّيٓ أُلۡقِيَ إِلَيَّ كِتَٰبٞ كَرِيمٌ

(Səba hökmdarı Bəlqis) Süleymanın məktubunu alıb oxuduqdan sonra dedi: "Ey əyan­lar! Mənə çox əhəmiyyətli və dəyərli bir mək­tub göndərildi. info
التفاسير:

external-link copy
30 : 27

إِنَّهُۥ مِن سُلَيۡمَٰنَ وَإِنَّهُۥ بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

Bu məktubu Süleyman göndərmişdir. Bu məktub: "Mərhə­mət­li və Rəhm­li Alla­hın adı ilə" başlayır. info
التفاسير:

external-link copy
31 : 27

أَلَّا تَعۡلُواْ عَلَيَّ وَأۡتُونِي مُسۡلِمِينَ

(Məzmunu belədir): "Əsla mənə qarşı təkəbbür gös­tərməyin. Tək Allaha ibadət etmək və Ona qoşduğunuz şərikləri tərk etmək adından sizlərə etdiyim bu dəvətimi qəbul edərək yanıma müsəl­man ola­raq gəlin! Çünki siz, uca Allahı buraxıb günəşə ibadət edirsiniz." info
التفاسير:

external-link copy
32 : 27

قَالَتۡ يَٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَفۡتُونِي فِيٓ أَمۡرِي مَا كُنتُ قَاطِعَةً أَمۡرًا حَتَّىٰ تَشۡهَدُونِ

Hökmdar qadın dedi: "Ey əyanlar! Bu iş mənə doğru bir yol göstərin. Mən heç vaxt siz ya­nım­da olmayınca və öz rəylərinizi mənə bildirməyincə qəti bir qərar ver­­mə­mi­şəm!" info
التفاسير:

external-link copy
33 : 27

قَالُواْ نَحۡنُ أُوْلُواْ قُوَّةٖ وَأُوْلُواْ بَأۡسٖ شَدِيدٖ وَٱلۡأَمۡرُ إِلَيۡكِ فَٱنظُرِي مَاذَا تَأۡمُرِينَ

Qövmünün əyanları ona belə dedilər: "Biz bö­yük qüv­vət və qüdrət sahi­biyik. Özümüz döyüş təcrübəsinə sahib olan amansız döyüşçülərik. Bu­ işdə qərar, sənindir. Artıq nə etmək lazım olduğuna sən qərar ver, biz də onu yerinə yetirək!" info
التفاسير:

external-link copy
34 : 27

قَالَتۡ إِنَّ ٱلۡمُلُوكَ إِذَا دَخَلُواْ قَرۡيَةً أَفۡسَدُوهَا وَجَعَلُوٓاْ أَعِزَّةَ أَهۡلِهَآ أَذِلَّةٗۚ وَكَذَٰلِكَ يَفۡعَلُونَ

Hökmdar qadın dedi: "Şübhəsiz ki, hökmdarlar hər han­sı bir məmləkətə daxil olduqları zaman: öldürərək, qarət edərək və soyub talayaraq oranı viran qo­yar, xalqının izzətli və qüvvətli adam­larını da zəlil və həqir edər­lər. Hökmdarlar üstün gəlib, məğlub etdikləri məmləkətin əhalisi arasında qorxu və heybət yaymaq üçün daiman belə edərlər. info
التفاسير:

external-link copy
35 : 27

وَإِنِّي مُرۡسِلَةٌ إِلَيۡهِم بِهَدِيَّةٖ فَنَاظِرَةُۢ بِمَ يَرۡجِعُ ٱلۡمُرۡسَلُونَ

Mən bu məktubun sahibinə və onun qövmünə bir hədiyyə göndə­rə­cəyəm və elçilərin bu hədiyyədən sonra nə xəbərlə geri döndüklərinə baxacağam!" (Əgər Süleyman peyğəmbərdirsə, onu rədd edər; yox, əgər ancaq bir padşahdırsa, qəbul edər). info
التفاسير:
سوودەکانی ئایەتەکان لەم پەڕەیەدا:
• إنكار الهدهد على قوم سبأ ما هم عليه من الشرك والكفر دليل على أن الإيمان فطري عند الخلائق.
• Hüdhüd quşunun Səba qövmünün Allaha şərik qoşmalarına və onların uca Allaha küfür etmələrinə inkar etməsi, bütün yaradılmışların qəlbində imanın fitrətən olmasına dəlildir. info

• التحقيق مع المتهم والتثبت من حججه.
• İttiham olunan kimsəni dinləmək və gətirdiyi dəlillərinin həqiqətə uyğun olub olmadığını dəqiqləşdirmək lazımdır. info

• مشروعية الكشف عن أخبار الأعداء.
• Düşmənin məkrli siyasətini və hədəflərini açıb xalqa bəyan etmək icazəlidir. info

• من آداب الرسائل افتتاحها بالبسملة.
• Məktub yazarkən Allahın adı ilə başlamaq, məktub yazma ədəblərindən biridir. info

• إظهار عزة المؤمن أمام أهل الباطل أمر مطلوب.
• Mömin kimsənin izzətini, batil əhlinin önündə göstərməsi bəyənilən bir əməldir. info