وه‌رگێڕانی ماناكانی قورئانی پیرۆز - وەرگێڕاوی ئازەری بۆ پوختەی تەفسیری قورئانی پیرۆز

ژمارەی پەڕە:close

external-link copy
260 : 2

وَإِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّ أَرِنِي كَيۡفَ تُحۡيِ ٱلۡمَوۡتَىٰۖ قَالَ أَوَلَمۡ تُؤۡمِنۖ قَالَ بَلَىٰ وَلَٰكِن لِّيَطۡمَئِنَّ قَلۡبِيۖ قَالَ فَخُذۡ أَرۡبَعَةٗ مِّنَ ٱلطَّيۡرِ فَصُرۡهُنَّ إِلَيۡكَ ثُمَّ ٱجۡعَلۡ عَلَىٰ كُلِّ جَبَلٖ مِّنۡهُنَّ جُزۡءٗا ثُمَّ ٱدۡعُهُنَّ يَأۡتِينَكَ سَعۡيٗاۚ وَٱعۡلَمۡ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ

Ey Peyğəmbər! Bir zaman İbrahimin - aleyhissəlam: "Ey Rəbbim, ölüləri necə di­rildiyini mə­nə öz gözlərimlə gös­tər!"– dediyini xatırla. Allah ona: "Mə­gər sən buna inanmır­san?"– de­yə buyurdu. İb­rahim dedi: "Əlbəttə ki, ina­nıram! Lakin qəlbimin daha rahat olmasını istəyirəm". Allah ona əmr edərək belə bu­yurdu: "Dörd cür quş tutub özünə tərəf çək və onları tikə-tikə et, sonra ətrafındaki dağların, hər dağın başına on­lardan bir parça qoy, sonra da onları çağır, tələm-tələsik sə­nin yanına gələcəklər. Artıq onlar yenidən həyata qayıtmışdılar. Ey İbrahim bil ki, Allah Öz mülkündə qüdrətlidir, işində, şəriətində və yaratmaqında hikmət sahibidir!" info
التفاسير:

external-link copy
261 : 2

مَّثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنۢبَتَتۡ سَبۡعَ سَنَابِلَ فِي كُلِّ سُنۢبُلَةٖ مِّاْئَةُ حَبَّةٖۗ وَٱللَّهُ يُضَٰعِفُ لِمَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ

Mallarını Allah yolun­da xərclə­yənlərin savabının misalı əkinçinin münbit torpaqda əkdiyi yeddi sün­bül verən bir to­xumun misalına bənzəyir ki, bu sünbül­lə­rin hər bi­rin­də yüz ədəd dən vardır. Allah is­tə­diyi qulunun savabını ar­tı­rar və mükafatını hesabsız verər. Allahın lütfü, bəxşi genişdir və kimin üçün mükafatın qat-qat artırmaqa layiq olduğunu bi­lən­dir. info
التفاسير:

external-link copy
262 : 2

ٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ ثُمَّ لَا يُتۡبِعُونَ مَآ أَنفَقُواْ مَنّٗا وَلَآ أَذٗى لَّهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ

Mallarını Allahın itaətinə və razılığına xərclə­yənlərin və sonra xərclə­dik­lə­ri­nin ardından onların savabını puç edən söz yaxud əməl ilə minnət qoy­ma­yan və əziyyət vermə­yən­lə­rin mükafatları Rəbbi ya­nındadır. Qiyamət günü on­lara heç bir qorxu olmayacaq və Allahın onlara verdiyi böyük nemətinə görə də kədərlənmə­yə­cəklər. info
التفاسير:

external-link copy
263 : 2

۞ قَوۡلٞ مَّعۡرُوفٞ وَمَغۡفِرَةٌ خَيۡرٞ مِّن صَدَقَةٖ يَتۡبَعُهَآ أَذٗىۗ وَٱللَّهُ غَنِيٌّ حَلِيمٞ

Möminin qəlbinə sevinc daxil edən gözəl söz demək və sənə pislik edəni əff etmək, sədəqə verdiyin kimsəyə ardından minnət qoyaraq əziyyətlə verilən sə­də­qədən da­ha yaxşıdır. Allahın qullarına ehtiyacı yoxdur, O, həlimdir və onlara əzab verməyə tələsməz. info
التفاسير:

external-link copy
264 : 2

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُبۡطِلُواْ صَدَقَٰتِكُم بِٱلۡمَنِّ وَٱلۡأَذَىٰ كَٱلَّذِي يُنفِقُ مَالَهُۥ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤۡمِنُ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۖ فَمَثَلُهُۥ كَمَثَلِ صَفۡوَانٍ عَلَيۡهِ تُرَابٞ فَأَصَابَهُۥ وَابِلٞ فَتَرَكَهُۥ صَلۡدٗاۖ لَّا يَقۡدِرُونَ عَلَىٰ شَيۡءٖ مِّمَّا كَسَبُواْۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Sə­də­qələ­ri­nizin savabını, Alla­ha, axirət gününə və o gün Allahın verəcəyi savaba və əzaba inan­mayan şəxs kimi sədəqə verdiyiniz kimsəyə minnət qoy­maqla və əziyyət verməklə puç etməyin. Çünki bu cür sədəqə verənlərin məsəli, özünü insanlara gös­tərib, təriflənməsi məqsə­dilə malını xərclə­yən insanın məsəlinə bənzər. Belə insanın misalı üzə­rində torpaq olan ha­mar daşın misalına bənzə­yir ki, şid­dətli bir yağış o daşın üzərində olan torpaqı aparıb, üzərində heç bir şey olmayan, onu çılpaq hala sal­mış daşa bənzəyir. Özlərini insanlara göstərmək üçün malını xərcləyən kimsə də əməllərinin və xərclədiyinin savabını belə puç edər, sonda Allah yanında o, heç bir şeyə nail ola bilməz. Allah kafir qövmü, Onu, razı salan əməllərə yönəltməz və etdikləri əməllər və xərclədikləri mallar onlara fayda verməz. info
التفاسير:
سوودەکانی ئایەتەکان لەم پەڕەیەدا:
• مراتب الإيمان بالله ومنازل اليقين به متفاوتة لا حد لها، وكلما ازداد العبد نظرًا في آيات الله الشرعية والكونية زاد إيمانًا ويقينًا.
• Allaha imanın və Ona olan yəqinliyin mərtəbələri müxtəlifdir və bunun son həddi yoxdur. İnsan, Allahın şəri və kövni ayələrinə nə qədər çox düşünərsə, bir o qədər də Allaha imanı və yəqinliyi artar. info

• بَعْثُ الله تعالى للخلق بعد موتهم دليل ظاهر على كمال قدرته وتمام عظمته سبحانه.
• Uca Allahın insanları öldükdən sonra diriltməsi, Onun qüdrətinin kamil və əzəmətinin isə tam olmasına açıq-aydın dəlildir. info

• فضل الإنفاق في سبيل الله وعظم ثوابه، إذا صاحبته النية الصالحة، ولم يلحقه أذى ولا مِنّة محبطة للعمل.
• Allah yolunda xərcləməyin fəziləti və savabının böyük olması. Bu mükafata yalnız, ixlasla xərclədiyi zaman və xərclədiyinin ardından, minnət qoyub, əziyyət verərək əməlini puç etməyən insan nail ola bilər. info

• من أحسن ما يقدمه المرء للناس حُسن الخلق من قول وفعل حَسَن، وعفو عن مسيء.
• İnsanın başqalarına qarşı etdiyi ən yaxşı işlərdən biridə, onlara gözəl əxlaqla yaxşı söz söyləmək, yaxşılıq etmək və pislik edəni əff etməkdir. info