ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
45 : 42

وَتَرَىٰهُمۡ يُعۡرَضُونَ عَلَيۡهَا خَٰشِعِينَ مِنَ ٱلذُّلِّ يَنظُرُونَ مِن طَرۡفٍ خَفِيّٖۗ وَقَالَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ ٱلۡخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَأَهۡلِيهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَآ إِنَّ ٱلظَّٰلِمِينَ فِي عَذَابٖ مُّقِيمٖ

(Cəhənnəmin) qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: “Şübhəsiz ki, (əsl) ziyana uğrayanlar, Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır”. Bilin ki, zalımlar daimi əzab içində olacaqlar. info
التفاسير:

external-link copy
46 : 42

وَمَا كَانَ لَهُم مِّنۡ أَوۡلِيَآءَ يَنصُرُونَهُم مِّن دُونِ ٱللَّهِۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن سَبِيلٍ

Onlara Allahdan başqa kömək edəcək dostlar olmayacaqdır. Allah kimi zəlalətə salsa, onun üçün heç bir (qurtuluş) yolu olmaz. info
التفاسير:

external-link copy
47 : 42

ٱسۡتَجِيبُواْ لِرَبِّكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِۚ مَا لَكُم مِّن مَّلۡجَإٖ يَوۡمَئِذٖ وَمَا لَكُم مِّن نَّكِيرٖ

(Ey insanlar!) Allah tərəfindən qarşısıalınmaz gün (qiyamət günü) gəlməzdən öncə Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı) inkar edə bilməyəcəksiniz. info
التفاسير:

external-link copy
48 : 42

فَإِنۡ أَعۡرَضُواْ فَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ حَفِيظًاۖ إِنۡ عَلَيۡكَ إِلَّا ٱلۡبَلَٰغُۗ وَإِنَّآ إِذَآ أَذَقۡنَا ٱلۡإِنسَٰنَ مِنَّا رَحۡمَةٗ فَرِحَ بِهَاۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ فَإِنَّ ٱلۡإِنسَٰنَ كَفُورٞ

Əgər üz dördənsələr, bil ki, Biz səni onlara nəzarətçi göndərməmişik. Sənin üzərinə düşən yalnız (sənə əmr olunanı) təbliğ etməkdir. Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinər. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir müsibət üz verdikdə isə insan çox nankordur. info
التفاسير:

external-link copy
49 : 42

لِّلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ يَخۡلُقُ مَا يَشَآءُۚ يَهَبُ لِمَن يَشَآءُ إِنَٰثٗا وَيَهَبُ لِمَن يَشَآءُ ٱلذُّكُورَ

Göylərin və yerin mülkü Allaha məxsusdur. O, istədiyini yaradır. İstədiyinə qız, istədiyinə də oğlan verər. info
التفاسير:

external-link copy
50 : 42

أَوۡ يُزَوِّجُهُمۡ ذُكۡرَانٗا وَإِنَٰثٗاۖ وَيَجۡعَلُ مَن يَشَآءُ عَقِيمًاۚ إِنَّهُۥ عَلِيمٞ قَدِيرٞ

Yaxud onları, oğlan və qız olmaqla cüt verər, istədiyini də sonsuz edər. Həqiqətən, O, (hər şeyi) biləndir, qadirdir. info
التفاسير:

external-link copy
51 : 42

۞ وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ ٱللَّهُ إِلَّا وَحۡيًا أَوۡ مِن وَرَآيِٕ حِجَابٍ أَوۡ يُرۡسِلَ رَسُولٗا فَيُوحِيَ بِإِذۡنِهِۦ مَا يَشَآءُۚ إِنَّهُۥ عَلِيٌّ حَكِيمٞ

Allah insanla ancaq vəhy vasitəsilə və ya pərdə arxasından danışar yaxud bir elçi (mələk) göndərər, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir. info
التفاسير: