ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
16 : 42

وَٱلَّذِينَ يُحَآجُّونَ فِي ٱللَّهِ مِنۢ بَعۡدِ مَا ٱسۡتُجِيبَ لَهُۥ حُجَّتُهُمۡ دَاحِضَةٌ عِندَ رَبِّهِمۡ وَعَلَيۡهِمۡ غَضَبٞ وَلَهُمۡ عَذَابٞ شَدِيدٌ

Allahın dəvəti qəbul olunduqdan (insanlar iman gətirdikdən) sonra Onun barəsində mübahisə edənlərin dəlili Rəbbinin yanında batildir. Onlar qəzəbə düçar olacaqlar. Axirətdə isə onlar üçün şiddətli əzab vardır. info
التفاسير:

external-link copy
17 : 42

ٱللَّهُ ٱلَّذِيٓ أَنزَلَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ وَٱلۡمِيزَانَۗ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ قَرِيبٞ

Kitabı və tərəzini haqq olaraq nazil edən Allahdır. Nə bilirsən, bəlkə də Qiyamət saatı yaxındır. info
التفاسير:

external-link copy
18 : 42

يَسۡتَعۡجِلُ بِهَا ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِهَاۖ وَٱلَّذِينَ ءَامَنُواْ مُشۡفِقُونَ مِنۡهَا وَيَعۡلَمُونَ أَنَّهَا ٱلۡحَقُّۗ أَلَآ إِنَّ ٱلَّذِينَ يُمَارُونَ فِي ٱلسَّاعَةِ لَفِي ضَلَٰلِۭ بَعِيدٍ

Ona (Qiyamətə) inanmayanlar onun tez gəlib çatmasını istəyirlər. Ona inanlar (möminlər) isə ondan qorxar və onun haqq olduğunu bilirlər. Bilin ki, Qiyamət saatı barəsində mübahisə edənlər dərin bir azğınlıq içindədirlər. info
التفاسير:

external-link copy
19 : 42

ٱللَّهُ لَطِيفُۢ بِعِبَادِهِۦ يَرۡزُقُ مَن يَشَآءُۖ وَهُوَ ٱلۡقَوِيُّ ٱلۡعَزِيزُ

Allah qullarına qarşı Lütfkardır. O, istədiyini ruziləndirir. O, Qüvvətlidir, Qüdrətlidir. info
التفاسير:

external-link copy
20 : 42

مَن كَانَ يُرِيدُ حَرۡثَ ٱلۡأٓخِرَةِ نَزِدۡ لَهُۥ فِي حَرۡثِهِۦۖ وَمَن كَانَ يُرِيدُ حَرۡثَ ٱلدُّنۡيَا نُؤۡتِهِۦ مِنۡهَا وَمَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِن نَّصِيبٍ

Kim axirət savabını istərsə, Biz onun savabını artırarıq. Kim də dünya qazancını istərsə, Biz ona də ondan (dünya qazancından) verərik. Axirətdə onun heç bir payı olmaz. info
التفاسير:

external-link copy
21 : 42

أَمۡ لَهُمۡ شُرَكَٰٓؤُاْ شَرَعُواْ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمۡ يَأۡذَنۢ بِهِ ٱللَّهُۚ وَلَوۡلَا كَلِمَةُ ٱلۡفَصۡلِ لَقُضِيَ بَيۡنَهُمۡۗ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ

Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün qanuni edən şəriklərimi vardır?! Əgər (cəzanın gecikdirilməsinə dair) qəti Söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab vardır. info
التفاسير:

external-link copy
22 : 42

تَرَى ٱلظَّٰلِمِينَ مُشۡفِقِينَ مِمَّا كَسَبُواْ وَهُوَ وَاقِعُۢ بِهِمۡۗ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فِي رَوۡضَاتِ ٱلۡجَنَّاتِۖ لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمۡۚ ذَٰلِكَ هُوَ ٱلۡفَضۡلُ ٱلۡكَبِيرُ

(Ey Peyğəmbər! Qiyamət günü) zalımların qazandıqları (günahlar) özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. İman gətirib saleh əməllər edənlər isə Cənnət bağlarında olacaqlar. Onlar üçün Rəbbinin yanında istədikləri hər şey vardır. Bu, böyük lütfdür. info
التفاسير: