ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
19 : 13

۞ أَفَمَن يَعۡلَمُ أَنَّمَآ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ ٱلۡحَقُّ كَمَنۡ هُوَ أَعۡمَىٰٓۚ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ

Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, korla eyni ola bilərmi?! (Bundan) ancaq ağıl sahibləri ibrət alarlar. info
التفاسير:

external-link copy
20 : 13

ٱلَّذِينَ يُوفُونَ بِعَهۡدِ ٱللَّهِ وَلَا يَنقُضُونَ ٱلۡمِيثَٰقَ

O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar. info
التفاسير:

external-link copy
21 : 13

وَٱلَّذِينَ يَصِلُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيَخۡشَوۡنَ رَبَّهُمۡ وَيَخَافُونَ سُوٓءَ ٱلۡحِسَابِ

O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), (üstəlik,) həm Rəbbindən, həm də pis haqq-hesabdan qorxurlar. info
التفاسير:

external-link copy
22 : 13

وَٱلَّذِينَ صَبَرُواْ ٱبۡتِغَآءَ وَجۡهِ رَبِّهِمۡ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَنفَقُواْ مِمَّا رَزَقۡنَٰهُمۡ سِرّٗا وَعَلَانِيَةٗ وَيَدۡرَءُونَ بِٱلۡحَسَنَةِ ٱلسَّيِّئَةَ أُوْلَٰٓئِكَ لَهُمۡ عُقۡبَى ٱلدَّارِ

O kəslər ki, Rəbbinin üzünü diləyərək (Onun rizasını qazanmaq üçün) səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu – info
التفاسير:

external-link copy
23 : 13

جَنَّٰتُ عَدۡنٖ يَدۡخُلُونَهَا وَمَن صَلَحَ مِنۡ ءَابَآئِهِمۡ وَأَزۡوَٰجِهِمۡ وَذُرِّيَّٰتِهِمۡۖ وَٱلۡمَلَٰٓئِكَةُ يَدۡخُلُونَ عَلَيۡهِم مِّن كُلِّ بَابٖ

özlərinin, əməlisaleh atalarının, zövcələrinin və övladlarının daxil olacaqları Ədn cənnətləri hazırlanmışdır. Mələklər (Cənnətdəki) hər bir qapıdan onların yanına daxil olub (deyəcəklər): info
التفاسير:

external-link copy
24 : 13

سَلَٰمٌ عَلَيۡكُم بِمَا صَبَرۡتُمۡۚ فَنِعۡمَ عُقۡبَى ٱلدَّارِ

“(Dünyadakı çətinliklərə) səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdu necə də gözəldir!” info
التفاسير:

external-link copy
25 : 13

وَٱلَّذِينَ يَنقُضُونَ عَهۡدَ ٱللَّهِ مِنۢ بَعۡدِ مِيثَٰقِهِۦ وَيَقۡطَعُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ أُوْلَٰٓئِكَ لَهُمُ ٱللَّعۡنَةُ وَلَهُمۡ سُوٓءُ ٱلدَّارِ

Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədən kimsələrə gəlincə, onlar lənətə düçar olacaqlar. Onlar üçün pis yurd vardır. info
التفاسير:

external-link copy
26 : 13

ٱللَّهُ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ وَفَرِحُواْ بِٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا فِي ٱلۡأٓخِرَةِ إِلَّا مَتَٰعٞ

Allah istədiyi kimsənin ruzisini bol edər, (istədiyinin) də azaldar. (Kafirlər) dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür. info
التفاسير:

external-link copy
27 : 13

وَيَقُولُ ٱلَّذِينَ كَفَرُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَةٞ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِيٓ إِلَيۡهِ مَنۡ أَنَابَ

Kafirlər deyirlər: “Kaş ki ona Rəbbindən bir ayət endiriləydi?” De: “Allah istədiyini azdırar. Tövbə edib Ona tərəf yönələn kimsəni isə doğru yola yönəldər”. info
التفاسير:

external-link copy
28 : 13

ٱلَّذِينَ ءَامَنُواْ وَتَطۡمَئِنُّ قُلُوبُهُم بِذِكۡرِ ٱللَّهِۗ أَلَا بِذِكۡرِ ٱللَّهِ تَطۡمَئِنُّ ٱلۡقُلُوبُ

Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar. info
التفاسير: