ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
6 : 13

وَيَسۡتَعۡجِلُونَكَ بِٱلسَّيِّئَةِ قَبۡلَ ٱلۡحَسَنَةِ وَقَدۡ خَلَتۡ مِن قَبۡلِهِمُ ٱلۡمَثُلَٰتُۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغۡفِرَةٖ لِّلنَّاسِ عَلَىٰ ظُلۡمِهِمۡۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ ٱلۡعِقَابِ

(Müşriklər) səni yaxşılıqdan öncə pisliyə (əzabın gəlməsinə) tələsdirirlər. Halbuki onlardan əvvəl (neçə-neçə) ibrətamiz cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zülmünə rəğmən (tövbə edənləri) bağışlayandır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir. info
التفاسير:

external-link copy
7 : 13

وَيَقُولُ ٱلَّذِينَ كَفَرُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَةٞ مِّن رَّبِّهِۦٓۗ إِنَّمَآ أَنتَ مُنذِرٞۖ وَلِكُلِّ قَوۡمٍ هَادٍ

Kafir olanlar: “Niyə Rəbbindən ona bir ayət endirilməyib?”– deyirlər. Sən ancaq (Allahın əzabı ilə) qorxudansan. Hər qövmün (doğru yol göstərən) bir rəhbəri vardır. info
التفاسير:

external-link copy
8 : 13

ٱللَّهُ يَعۡلَمُ مَا تَحۡمِلُ كُلُّ أُنثَىٰ وَمَا تَغِيضُ ٱلۡأَرۡحَامُ وَمَا تَزۡدَادُۚ وَكُلُّ شَيۡءٍ عِندَهُۥ بِمِقۡدَارٍ

Hər bir dişinin (bətnində) nə daşıdığını (oğlan yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (uşağın doqquz aydan tez yaxud gec doğulacağını) Allah bilir. Onun yanında hər şeyin müəyyən ölçüsü var. info
التفاسير:

external-link copy
9 : 13

عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ ٱلۡكَبِيرُ ٱلۡمُتَعَالِ

(Allah) qeybi və aşkarı biləndir, Böyükdür, Ucadır. info
التفاسير:

external-link copy
10 : 13

سَوَآءٞ مِّنكُم مَّنۡ أَسَرَّ ٱلۡقَوۡلَ وَمَن جَهَرَ بِهِۦ وَمَنۡ هُوَ مُسۡتَخۡفِۭ بِٱلَّيۡلِ وَسَارِبُۢ بِٱلنَّهَارِ

Aranızdan sözü gizlədən də, onu açıq deyən də, gecə gizlənən də, gündüz gəzib dolanan da (Allah üçün) eynidir. info
التفاسير:

external-link copy
11 : 13

لَهُۥ مُعَقِّبَٰتٞ مِّنۢ بَيۡنِ يَدَيۡهِ وَمِنۡ خَلۡفِهِۦ يَحۡفَظُونَهُۥ مِنۡ أَمۡرِ ٱللَّهِۗ إِنَّ ٱللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوۡمٍ حَتَّىٰ يُغَيِّرُواْ مَا بِأَنفُسِهِمۡۗ وَإِذَآ أَرَادَ ٱللَّهُ بِقَوۡمٖ سُوٓءٗا فَلَا مَرَدَّ لَهُۥۚ وَمَا لَهُم مِّن دُونِهِۦ مِن وَالٍ

Onu (insanı) həm önündən, həm də arxasından təqib edən mələklər vardır. Onlar Allahın əmri ilə onu qoruyurlar. Bir qövm özünü dəyişmədikcə, Allah da onları dəyişməz. Əgər Allah hər hansı bir qövmə pislik istəsə, onun qarşısını heç nə ala bilməz. Onların Allahdan başqa hamisi yoxdur. info
التفاسير:

external-link copy
12 : 13

هُوَ ٱلَّذِي يُرِيكُمُ ٱلۡبَرۡقَ خَوۡفٗا وَطَمَعٗا وَيُنشِئُ ٱلسَّحَابَ ٱلثِّقَالَ

(İldırımdan) qorxasınız və (yağışın yağmasına) ümid bəsləyəsiniz deyə, sizə şimşək göstərən və (yağışla dolu) ağır buludları var edən Odur. info
التفاسير:

external-link copy
13 : 13

وَيُسَبِّحُ ٱلرَّعۡدُ بِحَمۡدِهِۦ وَٱلۡمَلَٰٓئِكَةُ مِنۡ خِيفَتِهِۦ وَيُرۡسِلُ ٱلصَّوَٰعِقَ فَيُصِيبُ بِهَا مَن يَشَآءُ وَهُمۡ يُجَٰدِلُونَ فِي ٱللَّهِ وَهُوَ شَدِيدُ ٱلۡمِحَالِ

Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan (təriflər deyirlər). (Allah) ildırımlar göndərib istədiyini vurur. (Kafirlər) Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir. info
التفاسير: