ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
5 : 12

قَالَ يَٰبُنَيَّ لَا تَقۡصُصۡ رُءۡيَاكَ عَلَىٰٓ إِخۡوَتِكَ فَيَكِيدُواْ لَكَ كَيۡدًاۖ إِنَّ ٱلشَّيۡطَٰنَ لِلۡإِنسَٰنِ عَدُوّٞ مُّبِينٞ

(Yəqub) dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa onlar sənə qarşı hiylə qurarlar. Çünki şeytan insanın açıq-aydın düşmənidir. info
التفاسير:

external-link copy
6 : 12

وَكَذَٰلِكَ يَجۡتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِ وَيُتِمُّ نِعۡمَتَهُۥ عَلَيۡكَ وَعَلَىٰٓ ءَالِ يَعۡقُوبَ كَمَآ أَتَمَّهَا عَلَىٰٓ أَبَوَيۡكَ مِن قَبۡلُ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٞ

Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan öncə ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yəqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir”. info
التفاسير:

external-link copy
7 : 12

۞ لَّقَدۡ كَانَ فِي يُوسُفَ وَإِخۡوَتِهِۦٓ ءَايَٰتٞ لِّلسَّآئِلِينَ

Yusif və onun qardaşlarının hekayətində (bu haqda) soruşanlar üçün ibrətlər vardır. info
التفاسير:

external-link copy
8 : 12

إِذۡ قَالُواْ لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰٓ أَبِينَا مِنَّا وَنَحۡنُ عُصۡبَةٌ إِنَّ أَبَانَا لَفِي ضَلَٰلٖ مُّبِينٍ

Bir vaxt (Yusifin qardaşları) belə demişdilər: “Biz (güclü) bir dəstə olduğumuz halda, Yusif və onun (doğma) qardaşı (Binyamin) atamıza bizdən daha sevimlidir. Həqiqətən atamız açıq- aşkar yanlışlıq içindədir”. info
التفاسير:

external-link copy
9 : 12

ٱقۡتُلُواْ يُوسُفَ أَوِ ٱطۡرَحُوهُ أَرۡضٗا يَخۡلُ لَكُمۡ وَجۡهُ أَبِيكُمۡ وَتَكُونُواْ مِنۢ بَعۡدِهِۦ قَوۡمٗا صَٰلِحِينَ

(Aralarından biri dedi:) “Yusifi ya öldürün, ya da onu (uzaq) bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız”. info
التفاسير:

external-link copy
10 : 12

قَالَ قَآئِلٞ مِّنۡهُمۡ لَا تَقۡتُلُواْ يُوسُفَ وَأَلۡقُوهُ فِي غَيَٰبَتِ ٱلۡجُبِّ يَلۡتَقِطۡهُ بَعۡضُ ٱلسَّيَّارَةِ إِن كُنتُمۡ فَٰعِلِينَ

Onlardan biri dedi: “Yusifi öldürməyin! Əgər (ona qarşı) nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!”. info
التفاسير:

external-link copy
11 : 12

قَالُواْ يَٰٓأَبَانَا مَا لَكَ لَا تَأۡمَ۬نَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُۥ لَنَٰصِحُونَ

Onlar dedilər: “Atacan! Sənə nə olub ki, Yusifi bizə etibar etmirsən? Həqiqətən də, biz ona xeyir istəyirik. info
التفاسير:

external-link copy
12 : 12

أَرۡسِلۡهُ مَعَنَا غَدٗا يَرۡتَعۡ وَيَلۡعَبۡ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ

Sabah onu bizimlə (gəzməyə) göndər, bir qədər əylənib oynasın. Biz onu mütləq qoruyacağıq!” info
التفاسير:

external-link copy
13 : 12

قَالَ إِنِّي لَيَحۡزُنُنِيٓ أَن تَذۡهَبُواْ بِهِۦ وَأَخَافُ أَن يَأۡكُلَهُ ٱلذِّئۡبُ وَأَنتُمۡ عَنۡهُ غَٰفِلُونَ

(Yəqub) dedi: “Doğrusu onu aparmağınız məni kədərləndirər. Siz ondan xəbərsiz ikən onu canavar yeməsindən qorxuram”. info
التفاسير:

external-link copy
14 : 12

قَالُواْ لَئِنۡ أَكَلَهُ ٱلذِّئۡبُ وَنَحۡنُ عُصۡبَةٌ إِنَّآ إِذٗا لَّخَٰسِرُونَ

Onlar: “Biz (güclü) bir dəstə olduğumuz halda canavar onu yesə, onda biz ziyana uğrayarıq”– deyə cavab verdilər. info
التفاسير: