ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
87 : 12

يَٰبَنِيَّ ٱذۡهَبُواْ فَتَحَسَّسُواْ مِن يُوسُفَ وَأَخِيهِ وَلَا تَاْيۡـَٔسُواْ مِن رَّوۡحِ ٱللَّهِۖ إِنَّهُۥ لَا يَاْيۡـَٔسُ مِن رَّوۡحِ ٱللَّهِ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡكَٰفِرُونَ

Ey Oğullarım! Gedin, Yusifdən və qardaşından bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi üzməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidlərini üzərlər”. info
التفاسير:

external-link copy
88 : 12

فَلَمَّا دَخَلُواْ عَلَيۡهِ قَالُواْ يَٰٓأَيُّهَا ٱلۡعَزِيزُ مَسَّنَا وَأَهۡلَنَا ٱلضُّرُّ وَجِئۡنَا بِبِضَٰعَةٖ مُّزۡجَىٰةٖ فَأَوۡفِ لَنَا ٱلۡكَيۡلَ وَتَصَدَّقۡ عَلَيۡنَآۖ إِنَّ ٱللَّهَ يَجۡزِي ٱلۡمُتَصَدِّقِينَ

Onlar (Misirə gəlib Yusifin) hüzuruna daxil olduqda dedilər: “Ey hökmdar! Bizə və ailəmizə müsibət üz vermişdir. Bir az dəyərsiz mal gətirmişik. Bizə bunların əvəzində ölçünü tam et və bizə sədəqə ver. Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar”. info
التفاسير:

external-link copy
89 : 12

قَالَ هَلۡ عَلِمۡتُم مَّا فَعَلۡتُم بِيُوسُفَ وَأَخِيهِ إِذۡ أَنتُمۡ جَٰهِلُونَ

(Yusif) dedi: “Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiyinizi bilirsinizmi?” info
التفاسير:

external-link copy
90 : 12

قَالُوٓاْ أَءِنَّكَ لَأَنتَ يُوسُفُۖ قَالَ أَنَا۠ يُوسُفُ وَهَٰذَآ أَخِيۖ قَدۡ مَنَّ ٱللَّهُ عَلَيۡنَآۖ إِنَّهُۥ مَن يَتَّقِ وَيَصۡبِرۡ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ

Onlar dedilər: “Yoxsa sən Yusifsən?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub (pis əməllərdən çəkinsə) və səbir etsə, (bilsin ki,) Allah yaxşı iş görənlərin mükafatını puç etməz”. info
التفاسير:

external-link copy
91 : 12

قَالُواْ تَٱللَّهِ لَقَدۡ ءَاثَرَكَ ٱللَّهُ عَلَيۡنَا وَإِن كُنَّا لَخَٰطِـِٔينَ

Onlar dedilər: “Allaha and olsun ki, Allah səni bizdən üstün etdi. Biz isə (sənə olan münasibətdə, əlbəttə,) günah etmişik”. info
التفاسير:

external-link copy
92 : 12

قَالَ لَا تَثۡرِيبَ عَلَيۡكُمُ ٱلۡيَوۡمَۖ يَغۡفِرُ ٱللَّهُ لَكُمۡۖ وَهُوَ أَرۡحَمُ ٱلرَّٰحِمِينَ

(Yusif) dedi: “Bu gün sizə heç bir qınaq yoxdur. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir. info
التفاسير:

external-link copy
93 : 12

ٱذۡهَبُواْ بِقَمِيصِي هَٰذَا فَأَلۡقُوهُ عَلَىٰ وَجۡهِ أَبِي يَأۡتِ بَصِيرٗا وَأۡتُونِي بِأَهۡلِكُمۡ أَجۡمَعِينَ

Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. (Sonra da) bütün ailənizlə birlikdə yanıma gəlin”. info
التفاسير:

external-link copy
94 : 12

وَلَمَّا فَصَلَتِ ٱلۡعِيرُ قَالَ أَبُوهُمۡ إِنِّي لَأَجِدُ رِيحَ يُوسُفَۖ لَوۡلَآ أَن تُفَنِّدُونِ

Karvan (Misir torpağından) ayrılıb geri qayıtdıqda, ataları (yanındakı övladlarına) dedi: “Mən, Yusifin qoxusunu hiss edirəm. Kaş ki məni ağılsız saymayaydınız”. info
التفاسير:

external-link copy
95 : 12

قَالُواْ تَٱللَّهِ إِنَّكَ لَفِي ضَلَٰلِكَ ٱلۡقَدِيمِ

Onlar dedilər: “Allaha and olsun ki, sən hələ də köhnə yanlışlığın içindəsən”. info
التفاسير: