クルアーンの対訳 - アゼルバイジャン語対訳 - Khan Mosaiv

ページ番号:close

external-link copy
45 : 27

وَلَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ فَإِذَا هُمۡ فَرِيقَانِ يَخۡتَصِمُونَ

Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi (elçi) göndərdik. Onlar isə bir-biri ilə mübarizə aparan iki firqəyə (möminlərə və kafirlərə) bölündülər. info
التفاسير:

external-link copy
46 : 27

قَالَ يَٰقَوۡمِ لِمَ تَسۡتَعۡجِلُونَ بِٱلسَّيِّئَةِ قَبۡلَ ٱلۡحَسَنَةِۖ لَوۡلَا تَسۡتَغۡفِرُونَ ٱللَّهَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ

O dedi: “Ey qövmüm! Nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Kaş ki Allahdan bağışlanmağınızı diləsəydiniz. Ola bilsin ki, sizə rəhm oluna”. info
التفاسير:

external-link copy
47 : 27

قَالُواْ ٱطَّيَّرۡنَا بِكَ وَبِمَن مَّعَكَۚ قَالَ طَٰٓئِرُكُمۡ عِندَ ٱللَّهِۖ بَلۡ أَنتُمۡ قَوۡمٞ تُفۡتَنُونَ

Onlar dedilər: “Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa uğradıq”. (Saleh) dedi: “Sizin uğursuzluğunuz Allahdandır. Siz sınağa çəkilən bir qövmsünüz”. info
التفاسير:

external-link copy
48 : 27

وَكَانَ فِي ٱلۡمَدِينَةِ تِسۡعَةُ رَهۡطٖ يُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ وَلَا يُصۡلِحُونَ

Şəhərdə doqquz kişi var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər. info
التفاسير:

external-link copy
49 : 27

قَالُواْ تَقَاسَمُواْ بِٱللَّهِ لَنُبَيِّتَنَّهُۥ وَأَهۡلَهُۥ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِۦ مَا شَهِدۡنَا مَهۡلِكَ أَهۡلِهِۦ وَإِنَّا لَصَٰدِقُونَ

Onlar dedilər: “Öz aranızda Allaha and için ki, gecə ona və ailəsinə basqın edib (onları) öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”. info
التفاسير:

external-link copy
50 : 27

وَمَكَرُواْ مَكۡرٗا وَمَكَرۡنَا مَكۡرٗا وَهُمۡ لَا يَشۡعُرُونَ

Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar (bunu) hiss etmədilər. info
التفاسير:

external-link copy
51 : 27

فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ مَكۡرِهِمۡ أَنَّا دَمَّرۡنَٰهُمۡ وَقَوۡمَهُمۡ أَجۡمَعِينَ

Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün qövmləri ilə birlikdə yerlə yeksan etdik. info
التفاسير:

external-link copy
52 : 27

فَتِلۡكَ بُيُوتُهُمۡ خَاوِيَةَۢ بِمَا ظَلَمُوٓاْۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَعۡلَمُونَ

Zülmləri üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən bir qövm üçün ibrət vardır. info
التفاسير:

external-link copy
53 : 27

وَأَنجَيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ

İman gətirib (Allahdan) qorxanları isə xilas etdik. info
التفاسير:

external-link copy
54 : 27

وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ وَأَنتُمۡ تُبۡصِرُونَ

Lutu da (yada sal). Bir zaman o öz qövmünə demişdi: “Gözünüz görə-görə murdar işmi görəcəksiniz? info
التفاسير:

external-link copy
55 : 27

أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ شَهۡوَةٗ مِّن دُونِ ٱلنِّسَآءِۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ تَجۡهَلُونَ

Siz qadınları qoyub şəhvətlə kişilərəmi yaxınlaşacaqsınız? Xeyir, siz cahil bir qövmsünüz!” info
التفاسير: