クルアーンの対訳 - アゼルバイジャン語対訳 - Khan Mosaiv

ページ番号:close

external-link copy
79 : 10

وَقَالَ فِرۡعَوۡنُ ٱئۡتُونِي بِكُلِّ سَٰحِرٍ عَلِيمٖ

Firon: “Bütün bilikli sehrbazları yanıma gətirin!”– dedi. info
التفاسير:

external-link copy
80 : 10

فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ

Sehrbazlar gəldikdə Musa onlara: “Nə atacaqsınızsa, atın!”– dedi. info
التفاسير:

external-link copy
81 : 10

فَلَمَّآ أَلۡقَوۡاْ قَالَ مُوسَىٰ مَا جِئۡتُم بِهِ ٱلسِّحۡرُۖ إِنَّ ٱللَّهَ سَيُبۡطِلُهُۥٓ إِنَّ ٱللَّهَ لَا يُصۡلِحُ عَمَلَ ٱلۡمُفۡسِدِينَ

Onlar (əllərindəki ipləri və dəyənəkləri) atdıqda Musa: “Sizin gördüyünüz iş sehrdir. Həqiqətən, Allah onu boşa çıxaracaqdır. Çünki Allah fitnə-fəsad törədənlərin əməlini islah etməz”– dedi. info
التفاسير:

external-link copy
82 : 10

وَيُحِقُّ ٱللَّهُ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُجۡرِمُونَ

Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcəkdir. info
التفاسير:

external-link copy
83 : 10

فَمَآ ءَامَنَ لِمُوسَىٰٓ إِلَّا ذُرِّيَّةٞ مِّن قَوۡمِهِۦ عَلَىٰ خَوۡفٖ مِّن فِرۡعَوۡنَ وَمَلَإِيْهِمۡ أَن يَفۡتِنَهُمۡۚ وَإِنَّ فِرۡعَوۡنَ لَعَالٖ فِي ٱلۡأَرۡضِ وَإِنَّهُۥ لَمِنَ ٱلۡمُسۡرِفِينَ

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar (hakim) və həddi aşanlardan idi. info
التفاسير:

external-link copy
84 : 10

وَقَالَ مُوسَىٰ يَٰقَوۡمِ إِن كُنتُمۡ ءَامَنتُم بِٱللَّهِ فَعَلَيۡهِ تَوَكَّلُوٓاْ إِن كُنتُم مُّسۡلِمِينَ

Musa: “Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və müsəlman olmusunuzsa, Ona təvəkkül edin!”– dedi. info
التفاسير:

external-link copy
85 : 10

فَقَالُواْ عَلَى ٱللَّهِ تَوَكَّلۡنَا رَبَّنَا لَا تَجۡعَلۡنَا فِتۡنَةٗ لِّلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ

Onlar dedilər: “Biz Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Bizi zalım qövmün fitnəsinə məruz qoyma! info
التفاسير:

external-link copy
86 : 10

وَنَجِّنَا بِرَحۡمَتِكَ مِنَ ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ

Və bizi Öz mərhəmətinlə kafir qövmdən xilas et!” info
التفاسير:

external-link copy
87 : 10

وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰ وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوۡمِكُمَا بِمِصۡرَ بُيُوتٗا وَٱجۡعَلُواْ بُيُوتَكُمۡ قِبۡلَةٗ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ

Biz Musaya və onun qardaşına: “Qövmünüz üçün Misirdə evlər hazırlayın, evlərinizi namazgah edin və namaz qılın. Möminləri müjdələ!”– deyə vəhy etdik. info
التفاسير:

external-link copy
88 : 10

وَقَالَ مُوسَىٰ رَبَّنَآ إِنَّكَ ءَاتَيۡتَ فِرۡعَوۡنَ وَمَلَأَهُۥ زِينَةٗ وَأَمۡوَٰلٗا فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا رَبَّنَا لِيُضِلُّواْ عَن سَبِيلِكَۖ رَبَّنَا ٱطۡمِسۡ عَلَىٰٓ أَمۡوَٰلِهِمۡ وَٱشۡدُدۡ عَلَىٰ قُلُوبِهِمۡ فَلَا يُؤۡمِنُواْ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ

Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlara (bu mal-dövləti insanları) Sənin yolundan azdırmaq üçünmü verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et, qəlblərini də sərtləşdir ki, ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər”. info
التفاسير: