Traduzione dei Significati del Sacro Corano - Traduzione azera - Ali Khan Musaev

Numero di pagina:close

external-link copy
58 : 7

وَٱلۡبَلَدُ ٱلطَّيِّبُ يَخۡرُجُ نَبَاتُهُۥ بِإِذۡنِ رَبِّهِۦۖ وَٱلَّذِي خَبُثَ لَا يَخۡرُجُ إِلَّا نَكِدٗاۚ كَذَٰلِكَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَشۡكُرُونَ

Torpağı münbit məmləkətin bitkiləri, Rəbbinin izni ilə bol-bol məhsul verər. Torpağı pis olan məmləkədən isə faydasız bitkilərdən başqa bir şey çıxmaz. Biz ayələri şükür edən bir qövmə beləcə müfəssəl izah edirik. info
التفاسير:

external-link copy
59 : 7

لَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ

Biz Nuhu öz qövmünə (elçi) göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (heç bir) ilahınız yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram”. info
التفاسير:

external-link copy
60 : 7

قَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِهِۦٓ إِنَّا لَنَرَىٰكَ فِي ضَلَٰلٖ مُّبِينٖ

Qövmünün zadəganları dedilər: “Həqiqətən də, biz səni açıq-aydın azğınlıq içində olduğunu görürük!” info
التفاسير:

external-link copy
61 : 7

قَالَ يَٰقَوۡمِ لَيۡسَ بِي ضَلَٰلَةٞ وَلَٰكِنِّي رَسُولٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ

(Nuh) dedi: “Ey qövmüm! Mən heç də azmamışam. Lakin mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm. info
التفاسير:

external-link copy
62 : 7

أُبَلِّغُكُمۡ رِسَٰلَٰتِ رَبِّي وَأَنصَحُ لَكُمۡ وَأَعۡلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ

Mən, Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edir və sizə öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm. info
التفاسير:

external-link copy
63 : 7

أَوَعَجِبۡتُمۡ أَن جَآءَكُمۡ ذِكۡرٞ مِّن رَّبِّكُمۡ عَلَىٰ رَجُلٖ مِّنكُمۡ لِيُنذِرَكُمۡ وَلِتَتَّقُواْ وَلَعَلَّكُمۡ تُرۡحَمُونَ

(Allahdan) qorxub bəlkə mərhəmətə nail olasınız deyə, sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə təəccübmü edirsiniz?” info
التفاسير:

external-link copy
64 : 7

فَكَذَّبُوهُ فَأَنجَيۡنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ فِي ٱلۡفُلۡكِ وَأَغۡرَقۡنَا ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَآۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمًا عَمِينَ

(Kafirlər) onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Həqiqətən də, onlar kor bir qövm idilər. info
التفاسير:

external-link copy
65 : 7

۞ وَإِلَىٰ عَادٍ أَخَاهُمۡ هُودٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ

Ad qövmünə də qardaşları Hudu (elçi göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (heç bir) ilahınız yoxdur. Məgər (Allahın qəzəbindən, əzabından) qorxmursunuz?” info
التفاسير:

external-link copy
66 : 7

قَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦٓ إِنَّا لَنَرَىٰكَ فِي سَفَاهَةٖ وَإِنَّا لَنَظُنُّكَ مِنَ ٱلۡكَٰذِبِينَ

(Hud) qövmünün kafir zadəganları dedilər: “Biz səni səfeh sayırıq və həqiqətən də, səni yalançılardan hesab edirik!” info
التفاسير:

external-link copy
67 : 7

قَالَ يَٰقَوۡمِ لَيۡسَ بِي سَفَاهَةٞ وَلَٰكِنِّي رَسُولٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ

O dedi: “Ey qövmüm! Mən heç də səfeh deyiləm. Lakin mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm. info
التفاسير: