Traduzione dei Significati del Sacro Corano - Traduzione azera - Ali Khan Musaev

Numero di pagina:close

external-link copy
102 : 6

ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ خَٰلِقُ كُلِّ شَيۡءٖ فَٱعۡبُدُوهُۚ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ

O Allah sizin Rəbbinizdir. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Hər şeyi xəlq edən Odur! (Elə isə) Ona ibadət edin! O, hər şeyi qoruyandır. info
التفاسير:

external-link copy
103 : 6

لَّا تُدۡرِكُهُ ٱلۡأَبۡصَٰرُ وَهُوَ يُدۡرِكُ ٱلۡأَبۡصَٰرَۖ وَهُوَ ٱللَّطِيفُ ٱلۡخَبِيرُ

Gözlər Onu dərk etməz. O isə gözləri dərk edər. O, Lətifdir (qullarına qarşı şəfqətlidir). (Hər şeydən) Xəbərdardır. info
التفاسير:

external-link copy
104 : 6

قَدۡ جَآءَكُم بَصَآئِرُ مِن رَّبِّكُمۡۖ فَمَنۡ أَبۡصَرَ فَلِنَفۡسِهِۦۖ وَمَنۡ عَمِيَ فَعَلَيۡهَاۚ وَمَآ أَنَا۠ عَلَيۡكُم بِحَفِيظٖ

(De): “Artıq sizə Rəbbinizdən açıq-aydın dəlillər gəldi. Kim (onları) görsə, (xeyri) onun özünə, kim görməsə, (zərəri) onun öz əleyhinə olar. Mən sizin üstünüzdə nəzarətçi deyiləm”. info
التفاسير:

external-link copy
105 : 6

وَكَذَٰلِكَ نُصَرِّفُ ٱلۡأٓيَٰتِ وَلِيَقُولُواْ دَرَسۡتَ وَلِنُبَيِّنَهُۥ لِقَوۡمٖ يَعۡلَمُونَ

Biz ayələri: “(Həm) sən dərs almısan”– desinlər, (həm də) bilən bir qövüm üçün Onu (Quranı) açıqlayaq deyə beləcə (müfəssəl) izah edirik. info
التفاسير:

external-link copy
106 : 6

ٱتَّبِعۡ مَآ أُوحِيَ إِلَيۡكَ مِن رَّبِّكَۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ وَأَعۡرِضۡ عَنِ ٱلۡمُشۡرِكِينَ

Rəbbindən sənə vəhy olunana tabe ol! Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Müşriklərdən isə üz çevir. info
التفاسير:

external-link copy
107 : 6

وَلَوۡ شَآءَ ٱللَّهُ مَآ أَشۡرَكُواْۗ وَمَا جَعَلۡنَٰكَ عَلَيۡهِمۡ حَفِيظٗاۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٖ

Əgər Allah istəsəydi, onlar şərik qoşmazdılar. Biz səni onların üstündə nəzarətçi qoymamışıq və sən onları qoruyan da deyilsən. info
التفاسير:

external-link copy
108 : 6

وَلَا تَسُبُّواْ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ فَيَسُبُّواْ ٱللَّهَ عَدۡوَۢا بِغَيۡرِ عِلۡمٖۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمۡ ثُمَّ إِلَىٰ رَبِّهِم مَّرۡجِعُهُمۡ فَيُنَبِّئُهُم بِمَا كَانُواْ يَعۡمَلُونَ

(Müşriklərin) Allahdan başqa tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsizlikləri ucbatından, düşməncəsinə Allahı söyərlər. Biz hər bir ümmətə öz əməllərini beləcə gözəlləşdirdik. Sonra isə onların dönüşü öz Rəbbinə olacaq, Allah da onlara nə etdikləri barədə xəbər verəcəkdir. info
التفاسير:

external-link copy
109 : 6

وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَئِن جَآءَتۡهُمۡ ءَايَةٞ لَّيُؤۡمِنُنَّ بِهَاۚ قُلۡ إِنَّمَا ٱلۡأٓيَٰتُ عِندَ ٱللَّهِۖ وَمَا يُشۡعِرُكُمۡ أَنَّهَآ إِذَا جَآءَتۡ لَا يُؤۡمِنُونَ

(Kafirlər) Allahın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De: “Ayələr ancaq Allahın yanındadır. Siz haradan bilirsiniz? O (ayələr) gəldikdə onlar yenə də iman gətirməyəcəklər!” info
التفاسير:

external-link copy
110 : 6

وَنُقَلِّبُ أَفۡـِٔدَتَهُمۡ وَأَبۡصَٰرَهُمۡ كَمَا لَمۡ يُؤۡمِنُواْ بِهِۦٓ أَوَّلَ مَرَّةٖ وَنَذَرُهُمۡ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ

Biz onların ürəklərini və gözlərini ilk dəfə Ona (Qurana) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində çaşqın bir halda tərk edərik. info
التفاسير: