Traduzione dei Significati del Sacro Corano - Traduzione azera - Ali Khan Musaev

Muhəmməd

external-link copy
1 : 47

ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعۡمَٰلَهُمۡ

Kafirlərin və (insanları) Allahın yolundan azdıranların əməllərini (Allah) puça çıxarmışdır. info
التفاسير:

external-link copy
2 : 47

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَءَامَنُواْ بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٖ وَهُوَ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡ كَفَّرَ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَأَصۡلَحَ بَالَهُمۡ

İman gətirib saleh əməllər edənlərin və Rəbbindən haqq olaraq Muhammədə nazil edilənə inananların Allah günahlarını örtmüş və (din və dünya) işlərini islah etmişdir. info
التفاسير:

external-link copy
3 : 47

ذَٰلِكَ بِأَنَّ ٱلَّذِينَ كَفَرُواْ ٱتَّبَعُواْ ٱلۡبَٰطِلَ وَأَنَّ ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّبَعُواْ ٱلۡحَقَّ مِن رَّبِّهِمۡۚ كَذَٰلِكَ يَضۡرِبُ ٱللَّهُ لِلنَّاسِ أَمۡثَٰلَهُمۡ

Bu ona görədir ki, kafirlər batilə tabe olmuş, iman gətirənlər isə Rəbbindən gələn haqqa tabe olmuşlar. Allah, insanlara özlərinə aid misalları belə çəkər. info
التفاسير:

external-link copy
4 : 47

فَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُواْ فَضَرۡبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثۡخَنتُمُوهُمۡ فَشُدُّواْ ٱلۡوَثَاقَ فَإِمَّا مَنَّۢا بَعۡدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلۡحَرۡبُ أَوۡزَارَهَاۚ ذَٰلِكَۖ وَلَوۡ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنۡهُمۡ وَلَٰكِن لِّيَبۡلُوَاْ بَعۡضَكُم بِبَعۡضٖۗ وَٱلَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعۡمَٰلَهُمۡ

(Ey möminlər!) Kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları məğlub etdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Müharibə bitdikdə isə onları ya fidyəsiz, ya da fidyə alıb azad edin. Bu (Allahın hökmüdür). Əgər Allah istəsəydi, onlardan (döyüşsüz də) intiqam alardı. Lakin O, sizi biri-birinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Onun yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz. info
التفاسير:

external-link copy
5 : 47

سَيَهۡدِيهِمۡ وَيُصۡلِحُ بَالَهُمۡ

(Allah) onları doğru yola yönəldəcək, onların (din və dünya) işlərini islah edəcək info
التفاسير:

external-link copy
6 : 47

وَيُدۡخِلُهُمُ ٱلۡجَنَّةَ عَرَّفَهَا لَهُمۡ

və onları (dünyada) özlərinə tanıtdığı Cənnətə daxil edəcəkdir. info
التفاسير:

external-link copy
7 : 47

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تَنصُرُواْ ٱللَّهَ يَنصُرۡكُمۡ وَيُثَبِّتۡ أَقۡدَامَكُمۡ

Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək etsəniz, O da sizə kömək edər və qədəmlərinizi (döyüşdə və ya sirat körpüsündə) sabit edər. info
التفاسير:

external-link copy
8 : 47

وَٱلَّذِينَ كَفَرُواْ فَتَعۡسٗا لَّهُمۡ وَأَضَلَّ أَعۡمَٰلَهُمۡ

Məhv olsun kafirlər! Allah onların əməllərini puça çıxardar. info
التفاسير:

external-link copy
9 : 47

ذَٰلِكَ بِأَنَّهُمۡ كَرِهُواْ مَآ أَنزَلَ ٱللَّهُ فَأَحۡبَطَ أَعۡمَٰلَهُمۡ

Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət etdilər, O da onların əməllərini puça çıxartdı. info
التفاسير:

external-link copy
10 : 47

۞ أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ دَمَّرَ ٱللَّهُ عَلَيۡهِمۡۖ وَلِلۡكَٰفِرِينَ أَمۡثَٰلُهَا

Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Allah onları yerlə yeksan etmişdir. Kafirləri də buna bənzərləri gözləyir. info
التفاسير:

external-link copy
11 : 47

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ مَوۡلَى ٱلَّذِينَ ءَامَنُواْ وَأَنَّ ٱلۡكَٰفِرِينَ لَا مَوۡلَىٰ لَهُمۡ

Bu ona görədir ki, Allah möminlərin Dostudur. Kafirlərin isə dostu yoxdur. info
التفاسير: