Traduzione dei Significati del Sacro Corano - Traduzione azera dell'Abbreviata Esegesi del Nobile Corano

Numero di pagina:close

external-link copy
11 : 70

يُبَصَّرُونَهُمۡۚ يَوَدُّ ٱلۡمُجۡرِمُ لَوۡ يَفۡتَدِي مِنۡ عَذَابِ يَوۡمِئِذِۭ بِبَنِيهِ

Hər bir insan öz yaxınını görəcək və ondan gizli qalmayacaqdır. Bununla yanaşı o qiyamətin dəhştindən heç kəs heç kəsdən bir söz soruşmayacaq. Cəhənnəmlik olan kəs özünü əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz övladlarını, info
التفاسير:

external-link copy
12 : 70

وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ

Həyat yoldaşını və qardaşını, info
التفاسير:

external-link copy
13 : 70

وَفَصِيلَتِهِ ٱلَّتِي تُـٔۡوِيهِ

Ona çətin vaxtlarında dəstək vermiş qohum-əqrəbasını info
التفاسير:

external-link copy
14 : 70

وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗا ثُمَّ يُنجِيهِ

Və yer üzündə olan insanların, cinlərin və digərlərinin hamısını – təki bu fidyə onu xilas etsin, onu Cəhənnəm odundan qurtarsın. info
التفاسير:

external-link copy
15 : 70

كَلَّآۖ إِنَّهَا لَظَىٰ

Bu iş heç də bu günahkarln təmənna etdiyi kimi deyildir. Həqiqətən də, o, alovu şölələnən Oddur – info
التفاسير:

external-link copy
16 : 70

نَزَّاعَةٗ لِّلشَّوَىٰ

Alovunun və şöləsinin şiddəti ilə başın dərisini sıyırıb çıxaran bir od. info
التفاسير:

external-link copy
17 : 70

تَدۡعُواْ مَنۡ أَدۡبَرَ وَتَوَلَّىٰ

O od çağırır haqdan üz çevirəni və ondan üz döndərəni, iman gətirməyib yaxşı iş görməyəni, info
التفاسير:

external-link copy
18 : 70

وَجَمَعَ فَأَوۡعَىٰٓ

Və mal-dövlət yığıb, ondan Allah yolunda xərcləməyə xəsislik edəni. info
التفاسير:

external-link copy
19 : 70

۞ إِنَّ ٱلۡإِنسَٰنَ خُلِقَ هَلُوعًا

Həqiqətən də, insan olduqca kəmhövsələ həris yaradılmışdır. info
التفاسير:

external-link copy
20 : 70

إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعٗا

Ona bir xəstəlik və ya kasıblıq üz verdikdə hövsələdən çıxar, info
التفاسير:

external-link copy
21 : 70

وَإِذَا مَسَّهُ ٱلۡخَيۡرُ مَنُوعًا

Könlünü şad edəcək bol məhsul və var-dövlət nəsib olduqda isə ondan Allah yolunda xərcləməyə xəsislik edər. info
التفاسير:

external-link copy
22 : 70

إِلَّا ٱلۡمُصَلِّينَ

Yalnız namaz qılanlardan başqa. Onlar bu pis sifətlərdən uzaqdırlar. info
التفاسير:

external-link copy
23 : 70

ٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ دَآئِمُونَ

O kəslər ki, namazlarını davamlı qılırlar, heç bir iş onları namazdan yayındırmır və onu öz vaxtında yerinə yetirirlər. info
التفاسير:

external-link copy
24 : 70

وَٱلَّذِينَ فِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ مَّعۡلُومٞ

O kəslər ki, onların mallarında müəyyən edilmiş vacib bir haqq vardır. info
التفاسير:

external-link copy
25 : 70

لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ

Onlar bu haqqı, istəyən kimsəyə və hər hansı bir səbəbə görə həya edib istəmədiyi üçün ruzidən məhrum qalan kimsəyə verirlər. info
التفاسير:

external-link copy
26 : 70

وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوۡمِ ٱلدِّينِ

O kəslər ki, qiyamət gününün vaqe olacağını, Allahın hər kəsə layiq olan cəzanı və ya mükafatı verəcəyini təsdiq edirlər. info
التفاسير:

external-link copy
27 : 70

وَٱلَّذِينَ هُم مِّنۡ عَذَابِ رَبِّهِم مُّشۡفِقُونَ

O kəslər ki, özlərinin yaxşı işlər görmələrinə rəğmən, Rəbbinin əzabından qorxurlar. info
التفاسير:

external-link copy
28 : 70

إِنَّ عَذَابَ رَبِّهِمۡ غَيۡرُ مَأۡمُونٖ

Şübhəsiz ki, sənin Rəbbinin əzabı qorxuludur və ağllı kimsə ondan xilas olacağına arxayın ola bilməz. info
التفاسير:

external-link copy
29 : 70

وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ

O kəslər ki, ayıb yerlərini qoruyub zinadan uzaq dururlar. info
التفاسير:

external-link copy
30 : 70

إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ

Yalnız zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Onlar bu qadınlarla yaxınlıq etdiklərinə görə əsla qınanmazlar. info
التفاسير:

external-link copy
31 : 70

فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ

Həyat yoldaşları və cariyələrdən başqası ilə yaxınlıq etmək istəyənlər isə Allahın həddini aşanlardır. info
التفاسير:

external-link copy
32 : 70

وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ

O kəslər ki, özəlrinə verilmiş mal-dövlət, sirr və s. bu kimi əmanətləri qoruyur və insanlarla bağladıqları əhdlərini pozmurlar, nə öz əmanətlərinə xəyanət edir, nə də əhdlərinə vəfazıslıq edirlər. info
التفاسير:

external-link copy
33 : 70

وَٱلَّذِينَ هُم بِشَهَٰدَٰتِهِمۡ قَآئِمُونَ

O kəslər ki, özlərindən tələb edilən şahidliklərdə ədalətli mövqe tutur. O, etdiyi şahidliyində nə qohumun tərəfini tutur, nə də ədavət apararaq düşmənin əleyhinə haqsız yerə şahidlik edir.
info
التفاسير:

external-link copy
34 : 70

وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ

O kəslər ki, namazlarını qoruyur - onları vaxtlı-vaxtında və lazımi qaydada, dəstəmazlı və rahat halda, başqa bir fikirlə ondan yayınmadan qılırlar. info
التفاسير:

external-link copy
35 : 70

أُوْلَٰٓئِكَ فِي جَنَّٰتٖ مُّكۡرَمُونَ

Bu sifətləri özlərində əks etdirən kimsələrə Cənnət bağlarında hörmət göstəriləcək, onlara tükünməz nemətlər bəxş ediləcək və Allahın üzünə baxmaq nəsib olacaqdır. info
التفاسير:

external-link copy
36 : 70

فَمَالِ ٱلَّذِينَ كَفَرُواْ قِبَلَكَ مُهۡطِعِينَ

Ey Peyğəmbər! Səni yalançı saymağa tələsən qövmünün müşriklərinə nə olub belə?! info
التفاسير:

external-link copy
37 : 70

عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ

Sənin sağından və solundan dəstə-dəstə sənin ətrafına yığışırlar. info
التفاسير:

external-link copy
38 : 70

أَيَطۡمَعُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُدۡخَلَ جَنَّةَ نَعِيمٖ

Yoxsa onların hər biri öz küfründə qaldığı halda, Allahın onu içində əbədi zövq alacağı Nəim cənnətinə daxil edəcəyinə ümid edir?! info
التفاسير:

external-link copy
39 : 70

كَلَّآۖ إِنَّا خَلَقۡنَٰهُم مِّمَّا يَعۡلَمُونَ

Bu iş heç də onların təsəvvür etdiyi kimi deyil. Biz onları bildikləri şeydən xəlq etmişik. Biz onları dəyərsiz nütfədən yartmışıq. Onlar özlərinə nə bir xeyir, nə də bir zərər verməyə qadir olmayan zəif məxluq olduqları bir halda, necə təkəbbür edirlər?! info
التفاسير:

external-link copy
40 : 70

فَلَآ أُقۡسِمُ بِرَبِّ ٱلۡمَشَٰرِقِ وَٱلۡمَغَٰرِبِ إِنَّا لَقَٰدِرُونَ

Məşriqlərin və məğriblərin, günəşin, ayın və ulduzların Rəbbi olan Uca Allah: "Biz qadirik"- deyə Özünə and içir.
info
التفاسير:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• شدة عذاب النار حيث يود أهل النار أن ينجوا منها بكل وسيلة مما كانوا يعرفونه من وسائل الدنيا.
Cəhənnəmin odunun şiddətli olması. Belə ki, Cəhənnəm əhli ondan xilas olmaq üçün bildikləri dünya vasitələrinin hər birindən istifadə etmək istəyəcəklər. info

• الصلاة من أعظم ما تكفَّر به السيئات في الدنيا، ويتوقى بها من نار الآخرة.
Namaz dünyadakı günahları silib aparan və axirətdə sahibini Cəhənnəm odundan qoruyan ən böyük amillərdəndir. info

• الخوف من عذاب الله دافع للعمل الصالح.
Allahın əzabından qorxmaq, insanı yaxşı iş görməyə sövq edən amildir. info