Traduzione dei Significati del Sacro Corano - Traduzione azera dell'Abbreviata Esegesi del Nobile Corano

əl-Casiyə

Alcuni scopi di questa Sura comprendono:
بيان أحوال الخلق من الآيات الشرعية والكونية، ونقض حجج منكري البعث المتكبرين وترهيبهم.
Şəri (şəriətə) və kovni (kainata aid) dəlillər xüsusunda məxluqatın əhvalının bəyan edilməsi, habelə, dirilməyi inkar edən təkəbbürlü kimsələrin dəlillərinin batil edilməsi və onların qorxudulması. info

external-link copy
1 : 45

حمٓ

﴾Ha. Mim.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır. info
التفاسير:

external-link copy
2 : 45

تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ

Quran heç kəsin üstün gələ bilməyəcəyi Qüdrətli, həm də, yaratmaq, qədəri yazmaq və işləri idarə etmək xüsusunda Hikmət sahibi olan Allah tərəfindən nazil edilmişdir. info
التفاسير:

external-link copy
3 : 45

إِنَّ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ لَأٓيَٰتٖ لِّلۡمُؤۡمِنِينَ

Həqiqətən, göylərdə və yerdə mö­minlər üçün Allahın qüdrətinə və Onun vəhdaniyyətinə işarə edən dəlillər vardır. Çünki dəlillərdən ibrət alanlar elə məhz möminlərdir. info
التفاسير:

external-link copy
4 : 45

وَفِي خَلۡقِكُمۡ وَمَا يَبُثُّ مِن دَآبَّةٍ ءَايَٰتٞ لِّقَوۡمٖ يُوقِنُونَ

Ey insanlar! Sizin yaradılışınızda - əvvəlcə nütfə, sonra qan laxtası, sonra da ət parçası olmanızda və Allahın yer üzünə yaydığı can­lılarda, Allahın Xaliq olduğuna yəqinliklə iman gə­tirmiş kimsələr üçün Onun vəhdaniyyətinə dəlalət edən dəlillər vardır. info
التفاسير:

external-link copy
5 : 45

وَٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن رِّزۡقٖ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَا وَتَصۡرِيفِ ٱلرِّيَٰحِ ءَايَٰتٞ لِّقَوۡمٖ يَعۡقِلُونَ

Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın göy­dən yağmur en­dirib onun vasitəsilə, heç bir bitki bitməyən qurumuş bir yerdə bitkilər bitirib oranı canlandırmasında və küləkləri də sizin mənfəətiniz üçün bəzən bir istiqamətdən, bəzən də başqa bir istiqamətdən gətirməsində, başa düşən insanlar üçün dəlillər var. Onlar bu dəlillərə əsaslanaraq Allahın vəhdaniyyətini, Onun ölüləri dirildəcəyinə qadir olduğunu və ümumiyyətlə, hər şeyə qadir olduğunu isbat edirlər. info
التفاسير:

external-link copy
6 : 45

تِلۡكَ ءَايَٰتُ ٱللَّهِ نَتۡلُوهَا عَلَيۡكَ بِٱلۡحَقِّۖ فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَ ٱللَّهِ وَءَايَٰتِهِۦ يُؤۡمِنُونَ

Ey Peyğəmbər! Biz bu ayələri və dəlilləri sənə bir həqiqət olaraq oxuyuruq. On­lar Allahın Öz quluna nazil etdiyi sözünə və Onun dəlillərinə inanmadıqdan sonra, hansı sözə inana­caq və hansı dəlili qəbul edəcəklər?! info
التفاسير:

external-link copy
7 : 45

وَيۡلٞ لِّكُلِّ أَفَّاكٍ أَثِيمٖ

Əzaba düçar olsun və həlaka uğrasın hər bir yalançı və çox günah edən kimsə! info
التفاسير:

external-link copy
8 : 45

يَسۡمَعُ ءَايَٰتِ ٱللَّهِ تُتۡلَىٰ عَلَيۡهِ ثُمَّ يُصِرُّ مُسۡتَكۡبِرٗا كَأَن لَّمۡ يَسۡمَعۡهَاۖ فَبَشِّرۡهُ بِعَذَابٍ أَلِيمٖ

Bu kafir Allahın Qurandakı ayələrinin ona oxunduğunu eşidir, sonra guya özünə oxunan o ayələri eşitmirmiş kimi, haqqa boyun əyməyə təkəb­bür göstərərək küfr və asilik etməyinə davam edir. Ey Peyğəmbər! Ona axirətdə başına gələcək müsibət - orada onu gözləyən ağ­rı­lı-acılı bir əzab barədə xəbər ver. info
التفاسير:

external-link copy
9 : 45

وَإِذَا عَلِمَ مِنۡ ءَايَٰتِنَا شَيۡـًٔا ٱتَّخَذَهَا هُزُوًاۚ أُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٞ مُّهِينٞ

O, ayələrimizdən bir şey ona bildirildikdə, onu məsxərəyə qoyur. Quranı məsxərəyə qoyan kimsələr üçün qiyamət günü alçaldıcı bir əzab vardır. info
التفاسير:

external-link copy
10 : 45

مِّن وَرَآئِهِمۡ جَهَنَّمُۖ وَلَا يُغۡنِي عَنۡهُم مَّا كَسَبُواْ شَيۡـٔٗا وَلَا مَا ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ أَوۡلِيَآءَۖ وَلَهُمۡ عَذَابٌ عَظِيمٌ

Qarşıda - axirətdə onları Cəhən­nəm odu göz­lə­yir. Nə qazandıqları var-dövlət, nə də Allah­dan başqa tapındıqları bütlər onla­rı Allahın əzabın­dan qur­ta­ra bilər. Qiyamət günü onlar böyük bir əzaba düçar olacaqlar. info
التفاسير:

external-link copy
11 : 45

هَٰذَا هُدٗىۖ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ لَهُمۡ عَذَابٞ مِّن رِّجۡزٍ أَلِيمٌ

Rəsulumuz Muhəmmədə (səllallahu aleyhi və səlləm) nazil etdiyimiz bu kitab doğru yol gös­təricisidir. Allahın Öz rəsuluna nazil etdiyi ayələrini inkar edən kimsə­lə­ri ağ­rılı-acılı ən pis əzab gözləyir. info
التفاسير:

external-link copy
12 : 45

۞ ٱللَّهُ ٱلَّذِي سَخَّرَ لَكُمُ ٱلۡبَحۡرَ لِتَجۡرِيَ ٱلۡفُلۡكُ فِيهِ بِأَمۡرِهِۦ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ

Ey insanlar! Gəmilərin Allahın əmri ilə dənizdə üzüb getməsi və sizin də müxtəlif halal qazanc yolları ilə Onun lütfündən ruzi ax­tarmanız üçün dənizi sizə ram edən yalnız Allah­dır. Bəlkə, Allahın sizə verdiyi nemətlərə şükür edəsiniz. info
التفاسير:

external-link copy
13 : 45

وَسَخَّرَ لَكُم مَّا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا مِّنۡهُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ

Pak və müqəddəs Allah göylərdə olan günəşi, ayı və ulduzları, habelə, yerdə olan çayları, ağacları, dağları və s. sizə ram etmişdir. Sizə bəxş edilən bütün bu nemətlər Allahın lütfü sayəsindədir. Həqiqətən, onların sizin üçün ram edilməsində Allahın ayələri barədə düşünən və onlardan ibrət alan bir qövm üçün Allahın qüdrətinə və Onun vəhdaniyyətinə dəlalət edən dəlillər var­dır.
info
التفاسير:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• الكذب والإصرار على الذنب والكبر والاستهزاء بآيات الله: صفات أهل الضلال، وقد توعد الله المتصف بها.
Yalan danışmaq, günah işlərdə israrlı olmaq, təkəbbürlük göstərmək və Allahın ayələrinə istehza etmək zəlalət əhlinin xislətlərindəndir. Uca Allah bu xislətləri özündə cəm edənləri azabla təhdid etmişdir. info

• نعم الله على عباده كثيرة، ومنها تسخير ما في الكون لهم.
Allahın Öz qullarına verdiyi nemətlər çoxdur və bu nemətlərdən biri də kainta olanları onlara ram etməsidir. info

• النعم تقتضي من العباد شكر المعبود الذي منحهم إياها.
İnsanlara verilən nemətlər, onlardan bu nemətləri onlara verən Allaha şükür etməyi tələb edir. info