Traduzione dei Significati del Sacro Corano - Traduzione azera dell'Abbreviata Esegesi del Nobile Corano

Numero di pagina:close

external-link copy
160 : 26

كَذَّبَتۡ قَوۡمُ لُوطٍ ٱلۡمُرۡسَلِينَ

Lutun qövmü, peyğəmbərləri Lutu - aleyhissəlam - yalan saymaqla göndərilən bütün peyğəmbərləri yalançı saymış oldular. info
التفاسير:

external-link copy
161 : 26

إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ لُوطٌ أَلَا تَتَّقُونَ

Nəsəb baxımından qardaşları olan Lut onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan şərik qoşmağı tərk edib, Ondan qorxmayacaqsınızmı?
info
التفاسير:

external-link copy
162 : 26

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ

Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə uca Allah göndərmişdir. Mən, Allahdan sizə təbliğ etdiyimdə əminəm. Allah adında sizə nə artıq, nə də ki, əksik bir şey şöyləmərəm. info
التفاسير:

external-link copy
163 : 26

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ

Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin. info
التفاسير:

external-link copy
164 : 26

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ

Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim müka­fa­tım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil. info
التفاسير:

external-link copy
165 : 26

أَتَأۡتُونَ ٱلذُّكۡرَانَ مِنَ ٱلۡعَٰلَمِينَ

Doğrudanmı, siz insan­lar içində ancaq kişilərə arxalarından ya­xın­lıq edirsiniz?! info
التفاسير:

external-link copy
166 : 26

وَتَذَرُونَ مَا خَلَقَ لَكُمۡ رَبُّكُم مِّنۡ أَزۡوَٰجِكُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٌ عَادُونَ

Uca Allahın şəhvətlərinizi ödəyəsiz deyə sizin üçün yarat­dığı qadınlarınıza öndən yaxınlaşmağı tərk edir­si­niz?! Siz, hə­qiqətən də, çirkin bu əməli etməklə Allahın qoyduğu həddi aşan adamlarsı­nız". info
التفاسير:

external-link copy
167 : 26

قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلۡمُخۡرَجِينَ

Qövmü ona belə dedi: "Ey Nuh! Əgər bu işimizdə bizə mane olmağa çalışsan və bizi bu işdən çəkindirməyə son qoymasan, mütləq sən və səninlə birğə olanlar yurdumuzdan daşqalaq edilərək, qovulub çıxarılanlardan olacaqsınız!" info
التفاسير:

external-link copy
168 : 26

قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ ٱلۡقَالِينَ

Lut onlara dedi: "Həqiqətən, mən sizin bu çirkin əməl­lərinizə nifrət və qəzəb edən­lərdə­nəm! info
التفاسير:

external-link copy
169 : 26

رَبِّ نَجِّنِي وَأَهۡلِي مِمَّا يَعۡمَلُونَ

Lut Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Bunların etdikləri bu çirkin əməllərinə görə başlarına gələcək əzabdan məni və ailə­mi xi­las et!" info
التفاسير:

external-link copy
170 : 26

فَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ

Biz onun duasını qəbul edib, onu və onun bütün ailəsini xilas etdik. info
التفاسير:

external-link copy
171 : 26

إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ

Yalnız Lutun zövcəsindən başqa. Çünki o, kafir idi. Beləliklə də, o, geridə qalıb həlak olanlardan oldu. info
التفاسير:

external-link copy
172 : 26

ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ

Lut və onun ailəsi Sədum diyarından çıxdıqdan sonra Biz Lutun geridə qalan qövmünü ən şiddətli bir şəkildə məhv edik. info
التفاسير:

external-link copy
173 : 26

وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ

Biz onların üstünə yağışın yağdığı kimi göydən daş­lar yağdırdıq. Lutun, uca Allahın əzabından xəbərdar edib, çəkindirtdiyi bu yağış necə də pis bir yağışı imiş! Bu əzab onların başına etdikləri çirkin əmələri üzündə gəldi. info
التفاسير:

external-link copy
174 : 26

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ

Şübhəsiz ki, etdikləri çirkin əməlləri üzündən Lutun qövmünə göndərilən bu əzabda, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. info
التفاسير:

external-link copy
175 : 26

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ

Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir. info
التفاسير:

external-link copy
176 : 26

كَذَّبَ أَصۡحَٰبُ لۡـَٔيۡكَةِ ٱلۡمُرۡسَلِينَ

Mədyən yaxınlığındakı sarmaşıq ağacları olan kəndin əhalisi də peyğəmbərləri Şueybi -Aleyhissəlam- yalançı saymaqla göndərilən bütün peyğəmbərləri ya­lançı saymış oldular.
info
التفاسير:

external-link copy
177 : 26

إِذۡ قَالَ لَهُمۡ شُعَيۡبٌ أَلَا تَتَّقُونَ

O zaman peyğəmbərləri Şueyb onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan başqasına ibadəti tərk edib Allahdan çəkinmirsinizmi? info
التفاسير:

external-link copy
178 : 26

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ

Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə uca Allah göndərmişdir. Mən, Allahdan sizə təbliğ etdiyimdə əminəm. Allahın mənə təbliğ etməyi əmr etdiyinə heç bir ziyadə və naqislik etmərəm. info
التفاسير:

external-link copy
179 : 26

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ

Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin. info
التفاسير:

external-link copy
180 : 26

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ

Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim müka­fa­tım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil. info
التفاسير:

external-link copy
181 : 26

۞ أَوۡفُواْ ٱلۡكَيۡلَ وَلَا تَكُونُواْ مِنَ ٱلۡمُخۡسِرِينَ

İnsanlara satdığınız zaman ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın!
info
التفاسير:

external-link copy
182 : 26

وَزِنُواْ بِٱلۡقِسۡطَاسِ ٱلۡمُسۡتَقِيمِ

Başqası üçün çəkdiyiniz zaman düz tərəzi ilə çəkin! info
التفاسير:

external-link copy
183 : 26

وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ

İnsanların haqqnı əksiltməyin və yer üzündə günahlar etməklə orada fitnə-fə­sad törətməyin! info
التفاسير:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• اللواط شذوذ عن الفطرة ومنكر عظيم.
• livat (homoseksualizim): cinsi azğınlıq, çirkin davranış və böyük bir günahdır. info

• من الابتلاء للداعية أن يكون أهل بيته من أصحاب الكفر أو المعاصي.
• Dəvətçi kimsənin başına gələn imtahanlardan biri də, ailə üzvlərindən hər hansı birinin küfür və günah əhlindən olmasıdır. info

• العلاقات الأرضية ما لم يصحبها الإيمان، لا تنفع صاحبها إذا نزل العذاب.
• Əgər insan iman etməyibsə, Allahın əzabı gəldiyi zaman ona kimsə o əzabdan qurtara bilməz. info

• وجوب وفاء الكيل وحرمة التَّطْفِيف.
• Ölçüyə və tərəziyə tam riayət etməyin vacib, ölçudə və tərəzidə əksiltməyin isə haram olması bəyan edilmişdir. info