Traduzione dei Significati del Sacro Corano - Traduzione azera dell'Abbreviata Esegesi del Nobile Corano

external-link copy
15 : 19

وَسَلَٰمٌ عَلَيۡهِ يَوۡمَ وُلِدَ وَيَوۡمَ يَمُوتُ وَيَوۡمَ يُبۡعَثُ حَيّٗا

Doğulduğu gün, ölə­rək bu həyatdan çıxacağı gün və Qiyamət günü qəbirdən diri olaraq qaldırılacağı gün ona Allahın sa­lamı olsun! Bu üç məqam insanın qarşılaşdığı ən çətin məqamlardır. Əgər insan bu üç məqamdan sağ-salamat keçərsə, bundan sonra gələnlərdə onun heç bir qorxusu olmaz. info
التفاسير:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• الصبر على القيام بالتكاليف الشرعية مطلوب.
• Dinin öhdəliklərini yerinə yetirərkən səbirli olmaq tələb olunur. info

• علو منزلة بر الوالدين ومكانتها عند الله، فالله قرنه بشكره.
• Ata-ananın Allah yanında dərəcəsinin uca olması və elə buna görə də uca Allah ata-anaya şükür etməyi, Özünə şükür etməklə bir yerdə zikir etmişdir. info

• مع كمال قدرة الله في آياته الباهرة التي أظهرها لمريم، إلا أنه جعلها تعمل بالأسباب ليصلها ثمرة النخلة.
• Uca Allah Məryəmə açıq-aydın ayələrini mükəmməl qüdrəti ilə göstərməyə qadir olmasına rəğmən, yenə də ağacdakı xurmaların ona tərəf tökülməsini müəyyən səbəblərə bağlamışdır. info