Traduction des sens du Noble Coran - La traduction azerbaïdjanaise du Résumé dans l'Exégèse du noble Coran

əl-Qiyamə

Parmi les objectifs de la sourate:
إظهار قدرة الله على بعث الخلق وجمعهم يوم القيامة.
Allahın məxluqatı diriltməsinə və Qiyamət günü onları bir yerə toplamasına qadir olduğunu göstərmək. info

external-link copy
1 : 75

لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ

Allah insanların aləmlərin Rəbbi üçün ayağa qalxacaqları günə - qiyamət gününə and içir. info
التفاسير:

external-link copy
2 : 75

وَلَآ أُقۡسِمُ بِٱلنَّفۡسِ ٱللَّوَّامَةِ

Uca Allah, özünü yaxşı işlər görmək xüsusunda naqisliyə yol verdiyinə və günah işlər gördüyünə görə sahibini qınayıb, peşmançılıq çəkən təmiz nəfsə and içir. İnsanları haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün Uca Allah onların dirildəcəklərinə dair bu iki şeyə and içir. info
التفاسير:

external-link copy
3 : 75

أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَلَّن نَّجۡمَعَ عِظَامَهُۥ

Yoxsa insan elə düşünür ki, o öldükdən sonra onu diriltmək üçün Biz onun sümüklərini yığa bilməyəcəyik?! info
التفاسير:

external-link copy
4 : 75

بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّيَ بَنَانَهُۥ

Xeyr, Biz onun sümüklərini yığmaqdan əlavə onun barmaq uclarını əvvəlki kamil xilqətinə qaytarmağa qadirik. info
التفاسير:

external-link copy
5 : 75

بَلۡ يُرِيدُ ٱلۡإِنسَٰنُ لِيَفۡجُرَ أَمَامَهُۥ

Lakin insan dirilməni inkar etməklə, gələcəkdə durmadan günah işlər görməkdə davam etmək fikrindədir. info
التفاسير:

external-link copy
6 : 75

يَسۡـَٔلُ أَيَّانَ يَوۡمُ ٱلۡقِيَٰمَةِ

O, qiyaməti inkar etmək məqsədilə: "Qiyamət nə vaxt qopacaq?" – deyə soruşur. info
التفاسير:

external-link copy
7 : 75

فَإِذَا بَرِقَ ٱلۡبَصَرُ

Gözlər vaxtı ilə yalan saydığını gördüyü zaman bərələ qaldıqda və dəhşətə gəldikdə, info
التفاسير:

external-link copy
8 : 75

وَخَسَفَ ٱلۡقَمَرُ

Ayın nuru getdikdə, info
التفاسير:

external-link copy
9 : 75

وَجُمِعَ ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ

Günəş və ay cismləri bir-birinə qovuşduğu zaman – info
التفاسير:

external-link copy
10 : 75

يَقُولُ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذٍ أَيۡنَ ٱلۡمَفَرُّ

O gün günahkar insan deyəcək: "Hara qaçaq?!" info
التفاسير:

external-link copy
11 : 75

كَلَّا لَا وَزَرَ

O gün günahkar insanın nə qaçmağa bir yeri, nə daldalanacaq bir sığınağı, nə də imdadına çatan bir köməkçisi olacaqdır. info
التفاسير:

external-link copy
12 : 75

إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمُسۡتَقَرُّ

Ey Peyğəmbər! O gün haqq-hesaba çəkilmək və əməllərin əvəzini almaq üçün qayıdış və dönüş ancaq sənin Rəbbinə olacaqdır. info
التفاسير:

external-link copy
13 : 75

يُنَبَّؤُاْ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذِۭ بِمَا قَدَّمَ وَأَخَّرَ

O gün insana etdiyi və etməyib sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir. info
التفاسير:

external-link copy
14 : 75

بَلِ ٱلۡإِنسَٰنُ عَلَىٰ نَفۡسِهِۦ بَصِيرَةٞ

Doğrusu, insanın əzaları onun qazandığı günalara şahidlik etməklə, öz əleyhinə şahidlik edəcəkdir. info
التفاسير:

external-link copy
15 : 75

وَلَوۡ أَلۡقَىٰ مَعَاذِيرَهُۥ

İnsan günahsız olduğunu isbat etmək üçün üzürlər gətirsə belə, bu ona fayda veməyəcəkdir. info
التفاسير:

external-link copy
16 : 75

لَا تُحَرِّكۡ بِهِۦ لِسَانَكَ لِتَعۡجَلَ بِهِۦٓ

Ey Peyğəmbər! Quranı unutmayasan deyə tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! info
التفاسير:

external-link copy
17 : 75

إِنَّ عَلَيۡنَا جَمۡعَهُۥ وَقُرۡءَانَهُۥ

Şübhəsiz ki, onun sənin qəlbində cəm etmək və sənin dilində oxunmasını rahatlaşdırmaq Bizə aiddir. info
التفاسير:

external-link copy
18 : 75

فَإِذَا قَرَأۡنَٰهُ فَٱتَّبِعۡ قُرۡءَانَهُۥ

Elçimiz Cəbrail sənə Quran oxuduqda sus və onun qiraətini dinlə.
info
التفاسير:

external-link copy
19 : 75

ثُمَّ إِنَّ عَلَيۡنَا بَيَانَهُۥ

Sonra onu sənə izah etmək də, sözsüz ki, Bizə aiddir. info
التفاسير:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• مشيئة العبد مُقَيَّدة بمشيئة الله.
Bəndənin istəyi Allahın istəyinə bağlıdır. info

• حرص رسول الله صلى الله عليه وسلم على حفظ ما يوحى إليه من القرآن، وتكفّل الله له بجمعه في صدره وحفظه كاملًا فلا ينسى منه شيئًا.
Rəsulullahın (səllallahu aleyhi və səlləm) Qurandan özünə vəhy ediləni əzbərləməyə həris olması və Uca Allahın onu Rəsulullahın (səllallahu aleyhi və səlləm) qəlbində və hafizəsində, ondan heç bir şey untmayacağı kamil bir şəkildə cəm edəcəyini öhdəsinə götürməsi. info