Firo maanaaji al-quraan tedduɗo oo - Eggo maanaaji Kur'aana e haala Azerbejan - Ali Khan Mosayif

Tonngoode hello ngoo:close

external-link copy
71 : 15

قَالَ هَٰٓؤُلَآءِ بَنَاتِيٓ إِن كُنتُمۡ فَٰعِلِينَ

(Lut) dedi: “Bunlar (ümmətimin qadınları) mənim qızlarımdır. Əgər edəcəksinizsə (onlarla evlənə bilərsiniz)!” info
التفاسير:

external-link copy
72 : 15

لَعَمۡرُكَ إِنَّهُمۡ لَفِي سَكۡرَتِهِمۡ يَعۡمَهُونَ

(Ey Muhəmməd!) Həyatına and olsun ki, onlar şəhvətləri içində veyl-veyl gəzirdilər. info
التفاسير:

external-link copy
73 : 15

فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُشۡرِقِينَ

Günəş doğarkən qorxunc səs onları yaxaladı. info
التفاسير:

external-link copy
74 : 15

فَجَعَلۡنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمۡطَرۡنَا عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن سِجِّيلٍ

O şəhərin altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq. info
التفاسير:

external-link copy
75 : 15

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡمُتَوَسِّمِينَ

Bunda, düşünən kimsələr üçün dəlillər vardır. info
التفاسير:

external-link copy
76 : 15

وَإِنَّهَا لَبِسَبِيلٖ مُّقِيمٍ

O diyar (Məkkədən Şama gedən) yolun üzərində yerləşir. info
التفاسير:

external-link copy
77 : 15

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ

Şübhəsiz ki, bunda möminlər üçün dəlillər vardır. info
التفاسير:

external-link copy
78 : 15

وَإِن كَانَ أَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ لَظَٰلِمِينَ

Əykə əhalisi də zalımlardan idi. info
التفاسير:

external-link copy
79 : 15

فَٱنتَقَمۡنَا مِنۡهُمۡ وَإِنَّهُمَا لَبِإِمَامٖ مُّبِينٖ

Onlardan da intiqam aldıq. Hər iki şəhər (Lut qövmü Sədum və Əykə əhalisi) aydın görünən yol üzərində yerləşir. info
التفاسير:

external-link copy
80 : 15

وَلَقَدۡ كَذَّبَ أَصۡحَٰبُ ٱلۡحِجۡرِ ٱلۡمُرۡسَلِينَ

(Salehin tayfası da) Hicr əhalisi də peyğəmbərləri yalançı saydı. info
التفاسير:

external-link copy
81 : 15

وَءَاتَيۡنَٰهُمۡ ءَايَٰتِنَا فَكَانُواْ عَنۡهَا مُعۡرِضِينَ

Biz onlara ayələrimizi göndərdik, lakin onlar o ayələrdən üz çevirdilər. info
التفاسير:

external-link copy
82 : 15

وَكَانُواْ يَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتًا ءَامِنِينَ

Onlar dağlarda əmin-amanlıq içində (özlərinə) evlər yonurdular. info
التفاسير:

external-link copy
83 : 15

فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ مُصۡبِحِينَ

Sübh çağında onları qorxunc səs yaxaladı. info
التفاسير:

external-link copy
84 : 15

فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ

Qazandıqları (dünya malı və qurduqları evlər) isə onlara heç bir fayda vermədi. info
التفاسير:

external-link copy
85 : 15

وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّۗ وَإِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٞۖ فَٱصۡفَحِ ٱلصَّفۡحَ ٱلۡجَمِيلَ

Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. (Qiyamət) saatı mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla. info
التفاسير:

external-link copy
86 : 15

إِنَّ رَبَّكَ هُوَ ٱلۡخَلَّٰقُ ٱلۡعَلِيمُ

Həqiqətən, Rəbbin (hər şeyi) Yaradandır, (hər şeyi) Biləndir. info
التفاسير:

external-link copy
87 : 15

وَلَقَدۡ ءَاتَيۡنَٰكَ سَبۡعٗا مِّنَ ٱلۡمَثَانِي وَٱلۡقُرۡءَانَ ٱلۡعَظِيمَ

(Ey Peyğəmbər!) Biz sənə təkrarlanan yeddi ayəni (əl-Fatihə surəsini və ya yeddi surəni: əl-Bəqərə, Ali-İmran, ən-Nisa, əl-Maidə, əl-Ənam, əl-Əraf, əl-Ənfal) və əzəmətli Quranı verdik. info
التفاسير:

external-link copy
88 : 15

لَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَٱخۡفِضۡ جَنَاحَكَ لِلۡمُؤۡمِنِينَ

Kafirlərdən bəzilərinə verdiyimiz (fani) dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminləri (mərhəmət) qanadının altına al info
التفاسير:

external-link copy
89 : 15

وَقُلۡ إِنِّيٓ أَنَا ٱلنَّذِيرُ ٱلۡمُبِينُ

və de: “Şübhəsiz ki, mən sizi (Allahın əzabı) ilə açıq-aşkar qorxudanam!” info
التفاسير:

external-link copy
90 : 15

كَمَآ أَنزَلۡنَا عَلَى ٱلۡمُقۡتَسِمِينَ

Biz (Quranı) bölən kimsələrə də, beləcə, əzab endirmişdik. info
التفاسير: