Firo maanaaji al-quraan tedduɗo oo - Eggo maanaaji Kur'aana e haala Azerbejan - Ali Khan Mosayif

Tonngoode hello ngoo: 262:262 close

external-link copy
16 : 15

وَلَقَدۡ جَعَلۡنَا فِي ٱلسَّمَآءِ بُرُوجٗا وَزَيَّنَّٰهَا لِلنَّٰظِرِينَ

Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik. info
التفاسير:

external-link copy
17 : 15

وَحَفِظۡنَٰهَا مِن كُلِّ شَيۡطَٰنٖ رَّجِيمٍ

Onları (Allahın rəhmətindən) qovulmuş hər bir şeytandan qoruduq. info
التفاسير:

external-link copy
18 : 15

إِلَّا مَنِ ٱسۡتَرَقَ ٱلسَّمۡعَ فَأَتۡبَعَهُۥ شِهَابٞ مُّبِينٞ

Lakin (şeytanlardan) kim (göy əhlinin söhbətinə) xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər. info
التفاسير:

external-link copy
19 : 15

وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ شَيۡءٖ مَّوۡزُونٖ

Biz yeri üzünü genişləndirdik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik. info
التفاسير:

external-link copy
20 : 15

وَجَعَلۡنَا لَكُمۡ فِيهَا مَعَٰيِشَ وَمَن لَّسۡتُمۡ لَهُۥ بِرَٰزِقِينَ

Orada həm sizin üçün, həm də sizin ruzi vermədiyiniz kimsələr üçün dolanışıq vasitələri yaratdıq. info
التفاسير:

external-link copy
21 : 15

وَإِن مِّن شَيۡءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٖ مَّعۡلُومٖ

(Kainatda) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk. info
التفاسير:

external-link copy
22 : 15

وَأَرۡسَلۡنَا ٱلرِّيَٰحَ لَوَٰقِحَ فَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَسۡقَيۡنَٰكُمُوهُ وَمَآ أَنتُمۡ لَهُۥ بِخَٰزِنِينَ

Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) olaraq göndərdik və göydən yağmur endirib onunla sizi suladıq. Yoxsa, onu yığıb saxlayan siz deyilsiniz. info
التفاسير:

external-link copy
23 : 15

وَإِنَّا لَنَحۡنُ نُحۡيِۦ وَنُمِيتُ وَنَحۡنُ ٱلۡوَٰرِثُونَ

Şübhəsiz ki, dirildən də, öldürən də, Bizik. (Hər şeyə) varis olan (əbədi olan) da Bizik. info
التفاسير:

external-link copy
24 : 15

وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَقۡدِمِينَ مِنكُمۡ وَلَقَدۡ عَلِمۡنَا ٱلۡمُسۡتَـٔۡخِرِينَ

Həqiqətən, sizdən öncə kimlərin gəlib-getdiyini də, sonradan kimlərin gələcəyini də bilirik. info
التفاسير:

external-link copy
25 : 15

وَإِنَّ رَبَّكَ هُوَ يَحۡشُرُهُمۡۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٞ

Həqiqətən, Rəbbin onları (bir yerə) toplayacaqdır. Çünki O, hikmət sahibidir, (hər şeyi) biləndir. info
التفاسير:

external-link copy
26 : 15

وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ

Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq. info
التفاسير:

external-link copy
27 : 15

وَٱلۡجَآنَّ خَلَقۡنَٰهُ مِن قَبۡلُ مِن نَّارِ ٱلسَّمُومِ

İblisi (və onun nəslini) isə daha öncə (Adəmdən əvvəl) qızmar alovdan yaratmışdıq. info
التفاسير:

external-link copy
28 : 15

وَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَٰٓئِكَةِ إِنِّي خَٰلِقُۢ بَشَرٗا مِّن صَلۡصَٰلٖ مِّنۡ حَمَإٖ مَّسۡنُونٖ

Bir zaman Rəbbin mələklərə (belə) demişdi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam! info
التفاسير:

external-link copy
29 : 15

فَإِذَا سَوَّيۡتُهُۥ وَنَفَخۡتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُۥ سَٰجِدِينَ

Mən ona biçim verib, ruhumdan üfürdüyüm zaman siz ona (hörmət əlaməti olaraq) səcdə edin!” info
التفاسير:

external-link copy
30 : 15

فَسَجَدَ ٱلۡمَلَٰٓئِكَةُ كُلُّهُمۡ أَجۡمَعُونَ

Beləliklə, mələklərin hamısı (ona) səcdə etdi. info
التفاسير:

external-link copy
31 : 15

إِلَّآ إِبۡلِيسَ أَبَىٰٓ أَن يَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ

Yalnız İblisdən başqa. O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi. info
التفاسير: