Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Azeri wonande Firo Alkur'aana raɓɓinaango.

Tonngoode hello ngoo: 97:77 close

external-link copy
122 : 4

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ سَنُدۡخِلُهُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ وَعۡدَ ٱللَّهِ حَقّٗاۚ وَمَنۡ أَصۡدَقُ مِنَ ٱللَّهِ قِيلٗا

Allaha iman gətirib Ona yaxınlaşdıran saleh əməllər edənləri isə qəsirləri altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəyik. Bu, Allahın vədi sayəsində olacaqdır. Uca Allahın vədi haqqdır. Allaha vədinə əsla xilaf çıxmaz. Sözündə Allahdan daha doğru danışan kimsə ola bilməz. info
التفاسير:

external-link copy
123 : 4

لَّيۡسَ بِأَمَانِيِّكُمۡ وَلَآ أَمَانِيِّ أَهۡلِ ٱلۡكِتَٰبِۗ مَن يَعۡمَلۡ سُوٓءٗا يُجۡزَ بِهِۦ وَلَا يَجِدۡ لَهُۥ مِن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا

Ey Müsəlmanlar! Nicat tapmaq, uğura nail olmaq nə si­zin ar­zunuzla nə də Kitab əh­li­nin arzusu ilə­dir. Əksinə, bu, əmələ bağlı olan bir işdir. Sizdən kim bir pis iş tutarsa, Qiyamət günü onun cəzasını ala­caq və o, Allah­dan başqa özünə fayda verən nə bir dost, nə də onu zərərdən qoruyan bir yar­dımçı tapa­r. info
التفاسير:

external-link copy
124 : 4

وَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّٰلِحَٰتِ مِن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ وَلَا يُظۡلَمُونَ نَقِيرٗا

Uca Allaha haqqı ilə iman gətirib saleh işlər görən kişilər və ya qadınlar, məhz onlardır imanla əməli bir araya cəm edib, Cənnətə daxil olan kimsələr. Onların etdikləri əməllərin savabından heç bir şey, hətta xurma çər­də­yinin üzərindəki oyuq qədər kiçik bir şeydə olsa belə naqis edil­məz. info
التفاسير:

external-link copy
125 : 4

وَمَنۡ أَحۡسَنُ دِينٗا مِّمَّنۡ أَسۡلَمَ وَجۡهَهُۥ لِلَّهِ وَهُوَ مُحۡسِنٞ وَٱتَّبَعَ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفٗاۗ وَٱتَّخَذَ ٱللَّهُ إِبۡرَٰهِيمَ خَلِيلٗا

Niyyətini yalnız Allah üçün edib, aşkarda və gizlində özünü Alla­ha təslim edən, şəriətə gözəl bir şəkildə tade olan və əslən Muhəmmədin - səllallahu aleyhi və səlləmin - dini olan, şirkdən və küfrdən tövhidə və imana meyil edib İbra­himin - aleyhissəlam - dini­nə tabe olan şəxs­dən din baxı­mın­dan daha gö­zəl kimsə yoxdur. Allah İb­ra­him - aleyhissəlam - peyğəmbəri insanlar içərisindən kamil bir məhəbbətlə dost seçmişdir. info
التفاسير:

external-link copy
126 : 4

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٖ مُّحِيطٗا

Göylərdə və yerdə nə mülk varsa, hamısı tək Allaha məxsusdur. Allah məxluqatından elm, qüdrət və idarə etmə baxımdan hər şeyi əhatə etmişdir. info
التفاسير:

external-link copy
127 : 4

وَيَسۡتَفۡتُونَكَ فِي ٱلنِّسَآءِۖ قُلِ ٱللَّهُ يُفۡتِيكُمۡ فِيهِنَّ وَمَا يُتۡلَىٰ عَلَيۡكُمۡ فِي ٱلۡكِتَٰبِ فِي يَتَٰمَى ٱلنِّسَآءِ ٱلَّٰتِي لَا تُؤۡتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرۡغَبُونَ أَن تَنكِحُوهُنَّ وَٱلۡمُسۡتَضۡعَفِينَ مِنَ ٱلۡوِلۡدَٰنِ وَأَن تَقُومُواْ لِلۡيَتَٰمَىٰ بِٱلۡقِسۡطِۚ وَمَا تَفۡعَلُواْ مِنۡ خَيۡرٖ فَإِنَّ ٱللَّهَ كَانَ بِهِۦ عَلِيمٗا

Ey Peyğəmbər! Səndən qadınlar və onların leyhinə və əleyhinə olan haqqları barədə soruşanlar. De: "Allah sizə soruşduğunuz və həmçinin Quranda sizə oxunan ayələrdə mal-dövlətinə tamah salaraq evlənməyə izin vermədiyiniz qadınlar, Allahın onlar üçün fərz buyurduğu mehr və mirasdan paylarını verməyərək evlənmək istədiyiniz himayənizdəki yetim qızlar və zəif uşaqlara haqsızlıq edib əllərindək mala sahib çıxaraq miras paylarını mənimsəməməyinizi və yetimlərə dünyada və axirətdə onlara fayda verən işlərə yönəldərək ədalətlə rəftar etmənizin vacib olmasını bəyan edir". Siz yetimlərə və onlardan qeyrilərinə nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir və sizə bunun əvəzini verəcəkdir. info
التفاسير:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• ما عند الله من الثواب لا يُنال بمجرد الأماني والدعاوى، بل لا بد من الإيمان والعمل الصالح.
• Allah yanında olan savab sadəcə olaraq puç xülyalar və iddalar ilə nail olunmur, əksinə savaba nail olmaq üçün iman edib, saleh əməl etmək lazımdır. info

• الجزاء من جنس العمل، فمن يعمل سوءًا يُجْز به، ومن يعمل خيرًا يُجْز بأحسن منه.
• Cəza əməlin növündəndir. Pislik edən şəxs, onun cəzasını görəcək. Yaxşılıq edən şəxs isə onunda daha gözəl mükafat alacaqdır. info

• الإخلاص والاتباع هما مقياس قبول العمل عند الله تعالى.
• İxlas və Peyğəmbərə - səllallahu aleyhi və səlləmin - tabeçilik, uca Allah qatında əməlin qəbul olması üçün şərtdir. info

• عَظّمَ الإسلام حقوق الفئات الضعيفة من النساء والصغار، فحرم الاعتداء عليهم، وأوجب رعاية مصالحهم في ضوء ما شرع.
• İslam qadınlar və uşaqlar kimi zəif təbəqədən olan insanların hüquqlarını qorumuş, onlara qarşı haqsızlıq etməyi haram etmiş və şəriət çərşivəsinə onların qayğısına qalmağı vacib etmişdir. info