Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Azeri wonande Firo Alkur'aana raɓɓinaango.

Tonngoode hello ngoo:close

external-link copy
92 : 4

وَمَا كَانَ لِمُؤۡمِنٍ أَن يَقۡتُلَ مُؤۡمِنًا إِلَّا خَطَـٔٗاۚ وَمَن قَتَلَ مُؤۡمِنًا خَطَـٔٗا فَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖ وَدِيَةٞ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهۡلِهِۦٓ إِلَّآ أَن يَصَّدَّقُواْۚ فَإِن كَانَ مِن قَوۡمٍ عَدُوّٖ لَّكُمۡ وَهُوَ مُؤۡمِنٞ فَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖۖ وَإِن كَانَ مِن قَوۡمِۭ بَيۡنَكُمۡ وَبَيۡنَهُم مِّيثَٰقٞ فَدِيَةٞ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهۡلِهِۦ وَتَحۡرِيرُ رَقَبَةٖ مُّؤۡمِنَةٖۖ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ شَهۡرَيۡنِ مُتَتَابِعَيۡنِ تَوۡبَةٗ مِّنَ ٱللَّهِۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا

Səhvən baş verməsi istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Kim səhvən bir mö­mi­ni öl­dü­rərsə, o zaman o, əməlininin kəffarəsi olaraq mö­min bir kölə azad etməli və qatilin yaxınları ölə­nin malına varis olan yaxın qohum-əqrəbasına qan­bahası ver­məli­dir. Ölənin qohum-əqrəbası qanbahasını bağışla­ması isə müstəsnadır. Əgər ölən adam mö­min olduğu hal­da, sizlə onlar arasında düş­­mənçilik olan bir qövmdəndirsə, o zaman qatil yalnız mö­min bir kölə azad et­mə­li­dir və qan­bahası isə vermir. Əgər ölən adam mömin deyil, lakin sizinlə onlar arasında zimmət əhli kimi müqavilə olan bir qövmdəndir­sə, qatilin yaxınları ölə­nin malına varis olan yaxın qohum-əqrəbasına qan­bahası verməli və o, əməlininin kəffarəsi olaraq mö­min bir kölə azad et­məlidir. Əgər azad etməyə mömin bir kölə tapa bilməzsə yaxud mömin bir kölə azad etməyə maddi imkanı olmazsa, Allah etdiyi günahdan töv­bə­si­nin qəbul etməsi üçün, o, iki ay iftar etmədən, ar­dıcıl oruc tutmalıdır. Allah qullarının əməllərini və niyyətlərini biləndir və O, işlərində və şəri hökmlərində hikmət sahibidir! info
التفاسير:

external-link copy
93 : 4

وَمَن يَقۡتُلۡ مُؤۡمِنٗا مُّتَعَمِّدٗا فَجَزَآؤُهُۥ جَهَنَّمُ خَٰلِدٗا فِيهَا وَغَضِبَ ٱللَّهُ عَلَيۡهِ وَلَعَنَهُۥ وَأَعَدَّ لَهُۥ عَذَابًا عَظِيمٗا

Kim bir mö­mi­ni qəsdən, haqsız yerə öldü­rərsə, əgər bunu özünə halal görərsə, yaxud bu günahdan tövbə etməzsə, onun cəzası içə­ri­sin­də əbədi qala­cağı Cəhən­nəmə daxil olmaqdır. Allah ona qəzəb­lə­nər, onu Öz rəhmətindən qovar və o, böyük bir günah etdiyinə görə onun üçün bö­yük bir əzab hazırlayar.
info
التفاسير:

external-link copy
94 : 4

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا ضَرَبۡتُمۡ فِي سَبِيلِ ٱللَّهِ فَتَبَيَّنُواْ وَلَا تَقُولُواْ لِمَنۡ أَلۡقَىٰٓ إِلَيۡكُمُ ٱلسَّلَٰمَ لَسۡتَ مُؤۡمِنٗا تَبۡتَغُونَ عَرَضَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا فَعِندَ ٱللَّهِ مَغَانِمُ كَثِيرَةٞۚ كَذَٰلِكَ كُنتُم مِّن قَبۡلُ فَمَنَّ ٱللَّهُ عَلَيۡكُمۡ فَتَبَيَّنُوٓاْۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا

Ey Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olan kimsələr! Allah yolun­da cihad etmək üçün çıxdığınız za­man kimə qarşı döyüşəcəyinizi diqqət edin və sizə özünün İslamda olduğuna dəlalət edən əlamət göstərdiyi bir halda, onu öldürüb və bununla ondan qənimət əldə etmək kimi, fani dünya mən­­fə­əti­nə can ataraq: "Sən mömin de­yil­sən, sən yalnız canına və malına görə qorxaraq özünü İslamda olduğunu göstərirsən!"– de­mə­yin. Allah yanın­da çox qə­nimətlər vardır, bu, ondan daha xeyirli və daha böyükdür. Əvvəl­lər siz də öz qövmündən imanını gizlədən kimsə kimi idi­­niz, Allah sizə İslam dini ilə mərhəmət gös­tərdi və qanınızı qorudu. Odur ki, kimə qarşı vu­ruşacağınıza diqqət edin! Şüb­həsiz ki, etdiyiniz əməllərdən, hətta kiçik bir şey də olsa belə, Allaha heç nə gizli qalmaz və O, əməllərinizin müqabilini sizə verəcəkdir. info
التفاسير:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• جاء القرآن الكريم معظِّمًا حرمة نفس المؤمن، وناهيًا عن انتهاكها، ومرتبًا على ذلك أشد العقوبات.
• Qurani Kərim mömin kimsənin şənini uca tutmuş, ona qarşı haqsızlıq etməkdən çəkinditmiş və ona qarşı haqsızlıqa yol verildiyi təqdirdə bunu edən kimsəyə şiddətli əzab olacağını vəd vermişdir. info

• من عقيدة أهل السُّنَّة والجماعة أن المؤمن القاتل لا يُخلَّد أبدًا في النار، وإنما يُعذَّب فيها مدة طويلة ثم يخرج منها برحمة الله تعالى.
• Qatil mömin kimsənin əbədiyyən cəhənnəmdə qalmaması və orada uzun müddət əzab çəkdikdən sonra uca Allahın rəhməti ilə Cəhənnəmdən çıxması, əhli sünnət vəl-camaatın əqidəsindəndir. info

• وجوب التثبت والتبيُّن في الجهاد، وعدم الاستعجال في الحكم على الناس حتى لا يُعتدى على البريء.
• Cihadda, döyüşməzdən öncə, kiminlə döyüşəcəyini müəyyən edib, dəqiqləşdirməyin və günahsız insanı qətlə yetirməməsi üçün, insanlara hökm verməkdə tələsməməyin vacibliyi. info